Qaynar xəbər portalı

Kitab dünyası


MiniatürMütəxəssislər mahnının tarixi haqqında müxtəlif versiyalar söyləyirlər

Əsrlərdir müxtəlif musiqiçilərin avazında dolaşan “Sarı gəlin” mahnısının kimə məxsus olduğu barədə müxtəlif versiyalar söylənilir. Tarixən söylənilən fərziyyələr musiqinin ladının klassik Azərbaycan musiqisinə yaxın olduğunu göstərir. Amma ermənilərin bu istiqamətdə son illər apardıqları “təbliğat kampaniyası” dünya musiqiçilərinin diqqətini bir az başqa səmtə yönəldib. Azərbaycan musiqisi ilə öz milli köklərini zənginləşdirməyə can atan ermənilərin bu iddialarının yersiz olduğunu sübuta yetirməkdən ötrü kiçik araşdırma apardıq: tarixi vərəqlədik, din xadimləri, tarixçilər və mahnının əsl ifaçılarından biri ilə görüşdük.
Aldığımız bilgilərə görə, ruslar XIX əsrin 20-30-cu illərində Osmanlı torpaqlarına girərək Ərzuruma qədər əraziləri zəbt ediblər. Rəvayətlərə görə, bu illərdə türk qoşununun başçılarından biri slavyan gözəlinə aşiq olub və “Sarı gəlin” adlı şeir yazıb. Sonra ona musiqi həyatı verilib.
Eyni zamanda, iddia edilir ki, “sarı” sözü rəng anlamında işlədilmir, bu ifadə insanın daxilindəki “sarı sim”ə eyham vurur. Adətən insanların həssas məqamında bu özünü göstərir. Yəni “sarı” sözü şeirdə rəmzi məna daşıyır. “Sarı gəlin” insanın içindəki məhəbbət, nəciblik və ən xoş keyfiyyətlərin məcmusu kimi başa düşülür. Tarixin bəzi məqamlarında “Sarı gəlin”in qadın gözəlliyinə ünvanlandığı da fərziyyə kimi irəli sürülüb.
Din xadimlərinin fikri isə belədir ki, “Qurani-Kərim”in Bəqərə surəsi - “Dirildən sarı inək” hissəsi var. “Sarı” sözünü din xadimləri Həzrət Fatimeyi-Zəhranın xarakteri ilə əlaqələndirirlər. Yəni onun bütün namuslu, nəcib və cənnət qadınlarının rəhbəri olduğu qeyd edilir. Həmin sarı rəng də bütün nəcib keyfiyyətləri özündə birləşdirmiş xanımların rəmzidir. Bu baxımdan “Sarı gəlin”in nəcib qadınlara ithaf edilmiş ürək sözü kimi tarixdə öz yerini tutduğu söylənilir.
Milli Konservatoriyanın elmi-tədqiqat laboratoriyasının rəhbəri Abbasqulu Nəcəfzadənin fikrincə isə, “Sarı gəlin”in söz və musiqisi XVI əsrin məşhur dövlət xadimi, sərkərdə və şairi Şah İsmayıl Xətaiyə məxsusdur. O deyir ki, Şah İsmayıl sarayda rəqqasə qızların oyununa baxarkən orada sarı rəngli libasda bir qız onun diqqətini özünə çəkib. O andaca Xətai belə bir əsər yazıb. Eyni zamanda, Şah İsmayıl azərbaycanlı xanımın saçının ucunu hörmədiyini yazmaqla rəqqasə qızı nəzərdə tutduğuna eyham vurub.
Musiqiçi İbrahim Qasımovun fərziyyəsində də bu məqam öz əksini tapır. Ud ifaçısı onu da əlavə etdi ki, bu fakt Əzizə Cəfərzadənin tarixi əsərində yığcam şəkildə öz əksini tapıb.
“Eyni zamanda, Anadolu türkləri də musiqi əsərinin onlara məxsus olduğu barədə müəyyən dövrlərdə iddialarla çıxış ediblər. Amma tarixi yazılarda buna rast gəlinməyib”, - deyə İ.Qasımov bildirdi.
Abbasqulu Nəcəfzadə isə öz növbəsində bildirdi ki, “Sarı gəlin” muğam ladı üzərində köklənib: “Muğamların Azərbaycana məxsus olduğunu nəzərə alsaq, bir o qədər baş sındırmamalıyıq. Sadəcə, faktı doğrultmalıyıq”.
“Sarı gəlin”in müasir dövrümüzdə ən gözəl ifaçılarından biri, xalq artisti Akif İslamzadənin məsələyə baxışı isə bir az fərqli oldu: “Tam əminliklə deyərdim ki, “Sarı gəlin” mahnısının tarixi İslamdan əvvələ gedib çıxır. Amma bəzi musiqiçilər elə hesab edirlər ki, bu əsərin 150-200 illik tarixi var. İntonasiyasına görə, mahnı çox arxaikdir - 3-4 notun üzərində qurulub. VII əsrin əvvəllərində “sarı” sözü rəmzi mənada “böyük”, “dağ” anlamında qəbul edilib. Qədim türk anlayışında isə “sarı” “kübar”, “incə” deməkdir. Bizdə bu ifadə iki anlayışda - “rəng” və “ürəyimin sarı siminə toxunma” kimi istifadə edilir. İslamdan əvvəl Oğuz tayfalarının ortaq bir mədəniyyəti olub. Tarixi mənbələrdə göstərilir ki, oğuzlar daha çox bu intonasiyada musiqi mədəniyyətini inkişaf etdiriblər və mahnı zamanla formalaşaraq günümüzə gəlib çıxıb. O vaxt qıza elçiliyə gedəndə 35 yaşlı qız anasının yox, nənənin yanına gələrdilər. Görünür, ilk dəfədən sevgi oxu daşa dəyən cavanlardan biri “səni mənə verməzlər, ay nənən ölsün, sarı gəlin” deyə belə bir musiqi yaradıb”.
A.İslamzadə xatırlatdı ki, mahnını ötən əsrdə yaşadan ifaçılardan biri babası, qarabağlı Bəbiş Qədimov olub. Anası Sara Qədimovanın arxivində qorunan musiqi əsəri Akif İslamzadənin lent yazılarında yaşayır.
AYNA






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə axşamı, Avqust 28th, 2007 tarixində 10:00 radələrində Musiqi bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

7 şərh var


  1. pishik adlı istifadəçi, Avqust 28, 2007 tarixində, saat 14:37 yazıb:

    mence burdaki versiyalardan hec biri dogru deyil…


  2. Şahanə adlı istifadəçi, Avqust 28, 2007 tarixində, saat 17:12 yazıb:

    men esitmisem ki, “sari gelin” cicek adidir, mahnida da qiz ciceye benzedildiyi ucun bele soylenib…

    Amma ne gozel deyir

    Sacin ucun hormezler - qadin yalniz olende sacinin ucu horuler

    Gulu sulu dermezler - gul sehli-sehli derilende tez solur, olur

    Bu sevda ne sevdadi
    Seni mene vermezler - seni mene vermemek de olumdur…

    uch olum faktinin bir bende cem edilmesi mohtesemdir!

    kim deyir ki, biz bekara xalqiq??((((


  3. MANIS adlı istifadəçi, Avqust 29, 2007 tarixində, saat 00:23 yazıb:

    Şahanə xanım, 3-cü ölüm rəmzini necə sübut edə bilərsiniz? Axı, “səni mənə verməzlər”də ölümdən söz açılmır, sadəcə təəssüf edilir. :)

    O ki, qaldı mahnıya, əlbəttə ki, versiyalar ağlabatan deyil və həddən artıq populistdir. Mahnını intonasiysından aydın olur ki, bu Anadolunun şərq tərəfinin türküsüdür.
    Müəllif isə yəqin ki, orada yaşayan xalqlardan birinin-çox güman ki, türkdilli tayfalardan birinin nümayəndəsidir. Təbii ki, bütün xalq yaradıcılığı kimi bu da zaman-zaman müəyyən dəyişiklərlə dəyişib və əsası budur ki, cilalanıb.


  4. Şahanə adlı istifadəçi, Avqust 29, 2007 tarixində, saat 10:51 yazıb:

    Manis bey, muellif evvelce 2 setirde hansi hallarin olume sebeb olacaqini bildirir. 3-cu de ele bunun mentiqi davamidir de… seni mene vermemek de olumdur, sulu derilmish gulun olumu kimi, ucu horulmush sacin sahibi kimi…

    Bu mahnini yaradanin qebri nurla dolsun!


  5. Novarg adlı istifadəçi, Avqust 29, 2007 tarixində, saat 16:45 yazıb:

    Hrant Dink`i defn edende bu mahnini seslendirirdiler…

    Indi men aydinlashdira bilmirem, bu mahniya daha chox kim sahib chixir; Hrant Dink`in defninde seslendiren ermenilermi, yoxsa bu mahniya “Deyirman” adli bir qrupun aranjimaninda qulaq asan bizmi…?

    Her iki ifaya qulaq asan ne deyer…?


  6. Şahanə adlı istifadəçi, Avqust 29, 2007 tarixində, saat 16:52 yazıb:

    “Deyirman” en sonuncu olandi axi… bu qrupun bir cox mahnisini beyensem de, mehz “Sari gelin” ve klipde gorunub yox olan Merlin Monronun hec yeri yoxdu…

    Esrlerle xalq musiqi aletlerinin musayieti ile, oten esrin sonlarinda Akif Islamzadenin ifasinda esitdiyimiz mahnidan danismaliyiq… sahib cixmaq meselesi de bir xeyli qeliz meseledi…


  7. şəhryar adlı istifadəçi, Avqust 31, 2007 tarixində, saat 22:37 yazıb:

    bu mətləbi köçürüb arab alfabetinan veblogimda yaymişam.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: