Qaynar xəbər portalı

Kitab dünyası


Bu ilin avqustun sonlarından sentyabradək Şəkidə keçirilməsi nəzərdə tutulan keramika və heykəltəraşlıq üzrə I beynəlxalq simpozium təxirə salınıb. Bu barədə APA-ya Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev məlumat verib. Onun sözlərinə görə, belə bir simpozium Azərbaycanda ilk dəfə keçirildiyinə görə, bu tədbirə ciddi hazırlaşmaq lazımdır. Simpoziuma hazırlıq mərhələsi isə sentyabrın 3-dən 10-na kimi keçiriləcək. Ə. Qarayev deyib ki, hazırlıq tədbirlərində Türkiyə, Rusiya, Gürcüstan, Bosnya və Türkmənistanın nümayəndələri iştirak edəcək. Həmin ölkələrin nümayəndələrinin bu ayın sonu Bakıya səfərlərinin gerçəkləşəcəyini bildirən ittifaq katibi, beynəlxalq simpoziumun 2008-ci ilin yazında keçiriləcəyini vurğulayıb: “Bu il ancaq hazırlıqla məşğul olacağıq. Xarici qonaqlarla simpoziumun proqramını müəyyən edəcəyik. Bu layihə ilk dəfə həyata keçirildiyi üçün çox məsuliyyət tələb edir. Biz isə hər şeyin yüksək səviyyədə təşkil olunmasını istəyirik”. Gələn il həyata keçiriləcək simpoziumda 21 gün ərzində yerli və xarici ölkələrin keramika və heykəltəraşlıq ustaları tərəfindən müxtəlif əl işləri hazırlanacaq. Simpozium çərçivəsində hazırlanan əl işləri Şəki şəhərinə hədiyyə olunacaq: “Simpoziumun hər iki ildən bir keçirilməsi nəzərdə tutulub. Hələlik simpoziumda beş ölkədən nümayəndə iştirak edəcək. Bu siyahı daha sonrakı illərdə artırılacaq. Yetərincə keramika və heykəltəraşlıq nümunələri toplandıqdan sonra isə Şəkidə keramika və heykəltəraşlıq muzeyi yaradılacaq. Əgər birinci il əl işlərin keyfiyyəti bizi qane etsə, elə bu ildən başlayaraq muzeyin eksponatlarını toplayacağıq”.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: