Ukrayna və Meksika solistləri Bakıya gələcək
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Ağustos, 2007Solistlərin Kamera Orkestri ilə konserti planlaşdırılıb
Sentyabrın 26-da Qara Qarayev adına Dövlət Kamera Orkestri M.Maqomayev adına Dövlət Filarmoniyasında konsert verəcək. Konsertdə dirijorluğu Vladimir Runçak, solistliyi isə Ukraynadan gələcək Yozef Ermin edəcək. Bu barədə “OLAYLAR”a filarmoniyanın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, sentyabrın 28-də bu məkanda Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin konserti olacaq. Konsertin bədii rəhbəri və baş dirijoru Rauf Abdullayev, solisti meksikalı Nana Babayevadır. Gecədə P.İ.Çaykovskinin skripka və orkestr üçün konserti təqdim olunacaq.





Yüklənir...