Əbülfəs Qarayev: “Qara Qarayevin erməni bəstəkarı olduğunu yazan müəllifi Azərbaycana dəvət edəcəyik”

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 29 Ağustos, 2007

“Qara Qarayevin erməni bəstəkarı olduğunu yazan müəllifi Azərbaycana dəvət edəcəyik. Bu işi tezliklə həyata keçirəcəyik ki, həmin müəllif gəlib Azərbaycan mədəniyyəti ilə tanış olsun. Biz həmin insana lazımi yardım göstərəcəyik”. APA-nın məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir artıq müəllifin səhvini etiraf etdiyini xatırladıb: “Ancaq biz nə qədər çalışsaq da, bu proses ideoloji müharibə ilə bağlıdır və bədnam qonşularımız bu müharibəni dayandırmayacaqlar. Biz heç vaxt yorulmamalıyıq. Bu işlə əlaqədar Azərbaycanın bütün səfirlikləri ciddi iş aparır”.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın