Qaynar xəbər portalı

Kitab dünyası


“Rasim Balayevin mənim kinostudiyanın ərazisini özəlləşdirməyimlə bağlı mətbuatda səsləndirdiyi fikirləri əsassız hesab edirəm. Kinostudiya və onun həyəti yalnız kinoya xidmət edib və edəcək. Heç vaxt mən oranı şəxsi işimə görə istifadə etmək fikrində olmamışam”. APA-nın məlumatına bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. R. Balayev kinostudiyanın 4 hektarlıq ərazisinin də mədəniyyət və turizm nazirinin məktubuna əsasən özəlləşdirildiyini bildirib. Nazirin bu ittihama münasibəti belə olub: “Hasara alınmış 4 hektarlıq ərazi dövlət əhəmiyyətlidir. Həmin ərazidə tikiləcək obyekt kinonun inkişafında müəyyən rol oyanacaq. Bunu hamı görəcək. Heç kim narahat olmasın”.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: