Mənim adım T.-dir. Mən bu oğlanın ilk hekayəsinin balaca bir qəhrəmanıyam. Bəlkə də mən bu oğlanın ilk qəhrəmanıyam, uydurmağa çalışdığı ilk qəhrəman. Mənə dediyinə görə, ümumiyyətlə, qəhrəman sözündən və qəhrəmanlıq anlayışından zəhləsi gedir. Səbəbini izah etmiyib. Açığı mənə elə gəlir ki, bu oğlan çox şeyin səbəbini bilmir. Nədən, niyə xoşu gəldiyini və niyə zindeyi-zəhləsi getdiyini bilmir. Həm də onu deyib ki, bu, çap üçün yazmağa hazırlaşdığı ilk hekayəsidir. Əvvəllər hekayə yazmağa cəhd edib, amma həmin hekayəni kiminsə oxuyacağını heç ağlına da gətirməyib. Bu hekayəsini isə dıqqılı bir oxucu dairəsi üçün hesablayıb. Amma dediyinə görə hekayənin bəyənilib-bəyənilməyəcəyi vecinə deyil. İndi də keçək onun mənim üçün uydurduğu hekayəyə.
Mən yuxarıda da müəllifin qeyd etdiyi kimi T.-yəm (əvvəlcə istəyirdi adımı Tarik qoysun, sonra fikirləşdi ki, bu çox mənasızdı, eləcə T. yazmaq daha gözəl və cəlbedicdir). Arıq, ortaboylu bir oğlanam.
Dünən, dostumla kədərimizin üstünü düzəltmək üçün hərəmizə 2 dənə “Arizona” pivəsi aldıq, Karib dənizinin sahilində oturub pivələri içdik. Mən bədəncə zəif olduğumdan, spirtli içki çox az-az içdiyimdən bədənim içkiyə öyrəşməyib və tez kefli oluram. Dostumsa eşşək şeydi, nə qədər içir-içsin keflənmək bilmir, içən kimi də Çe Gevara haqqında danışmağa başlıyır, Meksika şairlərindən şeirlər deyir, Kuba folklorundan, Kanada aşıqlarından dəm vurur.
Mənsə içən kimi depresiyaya düşürəm. Dünənsə ümumiyyətlə, içib depresiyaya düşməmək qeyri-mümkün idi. Çünki, sevgilim olacaq birisi vardı ya, ona zəng etdim telefonu açmadı. Əsəbləşən kimi siqaret yandırıram. Əslində siqaretin heç bir fiziksəl təsiri yoxdur əsəblərə, amma psixoloji kömək edir adama. Dünən o qədər siqaret çəkmişdim ki, bu gün tezdən bütün bədənim tütün iyi verirdi.
Dünən axşam bir təhər evə qayıtdıqdan sonra tez keçdim kompüterimin qabağına. MSN-də başımı qatmaq fikrim var idi, bir az stress atmaq, depresiyanı dağıtmaq üçün. Amma ağlıma yeni ideyalar gəldi: intihar. Yox, heç də özümü öldürmək fikrim yox idi. Mən ölüm barədə düşünəndə belə, təşvişə düşürəm, həyacanlanıram, tez su içmək, hardasa uzanmaq istəyirəm. Ona görə də ağlıma “intihar” deyə bir ideya gəldiyində düşünməyin ki, özümü öldürməyi fikirləşmişdim. Sadəcə dostlarla və sevgilim olacaq o mənasız afro-amerikanla bir az məzələnmək istəyirdim. MSN-ə daxil olan kimi başladım bütün dostlarıma ismarıc göndərməyə ki, bəs özümü öldürürəm, gəlmişəm sizinlə sağollaşmağa. Başladılar təşvişə düşməyə. Dedilər ki, a kişi etmə, eləmə, cavansan özünə qıyma. Hələ nə yaşın var ki? Nə görmüsən ki? Mən dedim ki, yox, bunu mütləq etməliyəm. Başqa çarəm yoxdur. O qədər ciddi danışırdım ki, artıq özümü də inandırmışdım buna və özüm də qorxuya düşmüşdüm bir az. Bunları yazıb internetdən çıxdım. Telefonuma 50-60 zəng, bir o qədər də SMS gəldi. Heç birinə cavab vermədim. Kubada səfərdə olan anama zəng ediblər ki, bəs oğlun özünü öldürür, xəbərin var? Gördüm anam da zəng edir. Yenə telefona cavab vermədim ki, qoy bir az daha ciddiləşsin məsələ. Artıq onların və özümün xəyallarında kəndiri boğazıma keçirmiş olmalıydım. Bircə qalırdı ki, ayağımın altındakı oturacağı kimsə itələsin. Yox! Bunu mən özüm edə bilməzdim. (Bu yerdə müəllifin özünü də gülmək tutur, yanındakı üzümdən bir gilə atır ağzına və mahnını dəyişir, daha sərt bir şeylər qoyur ki, yazdığı hekayə maraqlı alınsın. Amma mən bu gici başa sala bilmirəm ki, üzüm yeyə-yeyə yazılan hekayə heç bir zaman maraqlı ola bilməz. Üzüm yeyə-yeyə ciddi sənət əsəri yaratmaq mümkün deyil).
Sonra o afro-amerikana bir SMS yazdım: “Mən ölməmişdən qabaq son dəfə sənin səsini eşitmək, danışmaq istəyirəm səninlə, zəng edirəm, lütfən telefonu aç”.
Cavabında mənə nə yazdığını bilmək istəyirsinizsə hekayəmizi sona qədər oxuyun. Çünki onun cavabı bu hekayənin sonluğudur. Həm də bu hekayə elə o cavab üzərində qurulub.
Məndən cəmi bir neçə yaş böyük, 3 kq ağır, 4 sm hündür olan bu hekayənin müəllifi elə yazı prosesində yeni bir şey kəşf edir. Kəşfini mənə də dedi. Mənimsə insanlardan gizlin heç nəyim olmadığına görə onu sizinlə bölüşürəm. Müəlifimin dediyinə görə Tanrıya inanmayan insanları 2 yerə bölmək olar. Birincilərin Tanrıya inanmamalarının kökündə mənfi faktorlar dayanır. Yəni onlar axirətin, cənnət-cəhhənnəmin olmadığını dərk edirlər və etdikləri pisliklərə görə cəza almayacaqlarını bilirlər. Yəni onlarda insan sevgisi yoxdur. Əslində onların Tanrını insandan üstün tutan dindarlardan mahiyyətcə heç bir fərqi yoxdur. İkincilərsə, birincilərin tam əksinə olaraq insanı, insan faktorunu önə çəkirlər, onlar üçün öncə insandır, onlar Tanrıya yox, insana inanırlar, onların ateist olmalarının səbəbi humanist olmalarıdır.
Ayyy… Bilirəm, mənim kimi sizin də başınız ağrıdı. İndi keçək afro-amerikanın yazdığı cavaba. Təsəvvür edin, özünüzü öldürürsünüz, həyatda son bir arzunuz var ki, sevdiyiniz qadınla telefonda danışasınız, amma onun sizə verdiyi cavab bu olur: “Qardaşım evdədir, T., danışa bilmərəm”.
« Əbülfəs Qarayev: “Qara Qarayevin erməni bəstəkarı olduğunu yazan müəllifi Azərbaycana dəvət edəcəyik” | Əsas səhifə | Əbülfəz Qarayev Rasim Balayevin ittihamlarını əsassız sayır »




Bölmə: 



(9 səs, təxmini: 3.67 ilə 5)






Rəbiqə adlı istifadəçi, Avqust 29, 2007 tarixində, saat 23:40 yazıb:
Əvvəlcə təbrik edirəm… Achigi, hekayəni oxuyanda çox təəccübləndim - üslub çox xoşuma gəldi… Gözləmirdim - çünki şeirlərindəki sentimental Elmin deyildi bu… Bu uğurdu ki, feqrli obrazlara daxil ola bilirsən… Hələ iki il əvvəl sənin şeirlərini, yazılarini Alatoranda oxuyanda da bu qədər təəccüblənmişdim…Səndə alınacaq, əminəm… davam et… yenilərini gözləyirəm…
Emin adlı istifadəçi, Avqust 29, 2007 tarixində, saat 23:51 yazıb:
Maraqli hekayedi,ilk isidi,xosuma geldi.Yazilarina davam etmesini isterdim.Ugurlar,Elmin…
oxumayici adlı istifadəçi, Avqust 29, 2007 tarixində, saat 23:58 yazıb:
pive ile geder =)
ozu de meselen Miller pivesi ile. daha nzs’le falan yox.
Guler_miryahya adlı istifadəçi, Avqust 30, 2007 tarixində, saat 00:31 yazıb:
Salam eziz ve hormetli cenab Elmin Hesenli. Hekayeniz postmodern uslubundadi.hmmmm…..Felsefeden uzaq adi yazidi….
:)Zarafat edirem dostum.Tebrikler ilk yazini. Heqiqeten beyendim. Ozune de dedim her zaman hesed apardigim mezeli uslub.Ve sakit maraqli hekaye:)
Bilirsen mene Ispan yazicilarinin sakit yay hekayelerini xatirlatdi.Dinceldim.Teshekkurler.
Seyidsasha adlı istifadəçi, Avqust 30, 2007 tarixində, saat 01:07 yazıb:
Ne qeder menasiz, mahiyyetsiz ve seviyyesiz yazi olsada, Qesem muellimin insana utanc bexs eden yazilarindan muqayise edilmeyecek qeder maraqlidir.
Aidka S. adlı istifadəçi, Avqust 30, 2007 tarixində, saat 02:03 yazıb:
duzu bele maragli 1 shey alinacagini gozlemirdim..en cox beyendiyim yeri ise en sonuncu cumleleri oldu…aferin!!!!
Rəbiqə adlı istifadəçi, Avqust 30, 2007 tarixində, saat 02:15 yazıb:
Yeri gəlmişkən, bayaq yazmağı deməyi unutdum - bu hekayəni oxumaq üçün o gecəni yaşamağa dəyərdi… amma çalış gələn dəfə də İntihardan yazmayasan - biz də gecə saat 3-ə qədər narahat olmayaq…
Uğurlar!!!
scorpion adlı istifadəçi, Avqust 30, 2007 tarixində, saat 10:02 yazıb:
Muellif imzasını qoymayasaydı ele dushunmek olardi ki, bu Seymur Baycanın yazısıdı…
Bir filmimizde deyildiyi kimi:”Yene hemin tezlik, hemin koordinat…”
Şahanə adlı istifadəçi, Avqust 30, 2007 tarixində, saat 11:02 yazıb:
Yaxsidi, Elmin, uqurlar…
Bir azca da yazi diline fikir versen, lap yaxsi olar…
aynure adlı istifadəçi, Avqust 30, 2007 tarixində, saat 13:10 yazıb:
Bu hekaye mene Selinceri xatirlatdi. Chox sade, anlasiqli bir hekaye. Ama gah turkce, gah azerbaycanca ifadeler ishletmeyin ne derecede dogrudur?
rebiqe adlı istifadəçi, Avqust 30, 2007 tarixində, saat 15:02 yazıb:
Ushaqlar, bura Elminin hekasyesine sherh yazin… meni oz bolmemde muzakire ede bilersiniz… yeri gelmishken, narahat olmayin, men bashqalarina sedrlik etmeyi sevmirem…
Tarik adlı istifadəçi, Avqust 30, 2007 tarixində, saat 22:26 yazıb:
Axirda noldu?Oldurdun ozunu?:)))
Oldurme,sen hele bize lazimsan.Yoxsa gelen defeki hekayeler qehremansiz qalar.
Jale adlı istifadəçi, Avqust 31, 2007 tarixində, saat 00:23 yazıb:
Elmin,tebrik etmek olar,seni,her halda ilk ishindir,hekayeden texmini ne demek istediyini anladim,yeni qrupdaki gundelik muzakire movzularindan biri olan…”ezizinem mentalitet”meselesi ve s….Belelikle,sene yeni ugurlar arzu edirem,geleceyinle bagli proqnozu daki vermiwik de…….
Aynur adlı istifadəçi, Avqust 31, 2007 tarixində, saat 00:23 yazıb:
hmmmm…………maragli idi
Ayaz adlı istifadəçi, Avqust 31, 2007 tarixində, saat 08:38 yazıb:
BU tarixi qannunauygunluqdur/
medeni Intibahlardan sonra medeni chokuntu dovru bashlayir/
bahsin sag olsun EDEBIYYAT
pishik adlı istifadəçi, Avqust 31, 2007 tarixində, saat 16:48 yazıb:
mence ustunde bir azda islesen Alatorana vere bilersen.
beyendim :)…
Little Miss Sunshine adlı istifadəçi, Avqust 31, 2007 tarixində, saat 18:01 yazıb:
Maraqli ve qeyri adi bir hekaye idi chox xoshuma geldi.Tebrik edirem:)
Emin adlı istifadəçi, Sentyabr 1, 2007 tarixində, saat 02:22 yazıb:
men bu hekayeni oxuyanda bosaldim
Agnostik adlı istifadəçi, Sentyabr 1, 2007 tarixində, saat 12:45 yazıb:
Duzu bir shey basha dushmedim. Bunun sebebi “Arizona” ola biler, lakin nezere alsaq ki hekaye dogrudan da qarmaqarishiq bir sheydi, onda gunahi ustumnen atmaga 1 balaca da olsun haqqim var. Amma oz aramizdi, yene de basha dushe bilmedim, Ateistin Afro Amerikana ne dexli var axi.. yaxud ele uzume.
Ne ise, bele umumi gorunush chox xoshuma geldi her halda…
Behram (Azad_Fikir) adlı istifadəçi, Sentyabr 4, 2007 tarixində, saat 16:24 yazıb:
Elmin, hekayəni oxuyarkən səninlə başqa bir vaxt içdiyimiz və ikimizin də ard-arda siqaret yandırdığımız gecə yadıma düşdü. Üzülmə dostum, ne kadar kötü kokarsak o kadar iyi…
Şahanə adlı istifadəçi, Sentyabr 4, 2007 tarixində, saat 17:54 yazıb:
Elmin, sen o afro-amerikandan berk yapissan yaxsi olardi…
seni hamidan yaxsi taniyan oyumush…
elminhesenli adlı istifadəçi, Oktyabr 27, 2007 tarixində, saat 16:28 yazıb:
Dostlar, maraqli orasidir ki, hekayenin qehremani olan AFROAMERIKAN burada sherh yazib…
elminhesenli adlı istifadəçi, Fevral 5, 2008 tarixində, saat 23:12 yazıb:
bu hekayenin davamini yazmaq isteyirem
Novarg adlı istifadəçi, Fevral 6, 2008 tarixində, saat 16:03 yazıb:
-)) kef ele…
Rebiqe adlı istifadəçi, Fevral 6, 2008 tarixində, saat 18:34 yazıb:
Hekaye ile bagli ozun bilersen, amma intihar barede mesajlara cavab veren ve bu defe de saat 3-de atana zeng vurub seni sorushan deyilem, arxayin ol… bu defe kechmeyecek…
elminhesenli adlı istifadəçi, Fevral 7, 2008 tarixində, saat 23:26 yazıb:
rebiqe, yooo bu defe maraqli sheyler bash verir =) hekayeleri yazmaq yox yashamaq daha maraqlidir eeee
gunay adlı istifadəçi, Fevral 26, 2008 tarixində, saat 23:04 yazıb:
deyesen bu yazi coxdan derc olunub,amma men indi oxudum ve cox xoshuma geldi.amma qeyd etmeliyem ki,shahane adli oxucunun sherhini oxuduqdan sonra hekaye yeniden gozumun qabagindan kecdi ve sanki sohbetin neden getdiyini indi anladim ve coxlu guldum:).bu yazmaq ishinde hec bir tecrubem olmasada hekayeni cox beyendim ve inshallah ki,yaxshi olar.UGURLAR,ELMIN BEY!!!
Sebine89 adlı istifadəçi, İyun 10, 2008 tarixində, saat 00:56 yazıb:
Eladir.cox maraqla oxudum.amma deyesen o essek kimi içen dostunu taniyiram:)
rock adlı istifadəçi, Oktyabr 31, 2008 tarixində, saat 04:59 yazıb:
yeri varr)))