“Bu gün Azərbaycan teatrlarında hazırlanan tamaşalar çox aşağı səviyyədədir. Tamaşaçılara həqiqətən də yazığım gəlir. Belə davam etsə, olan-qalan tamaşaçılar da teatrdan üz döndərəcəklər. Bu problemi vaxtında həll etmək lazımdır”. Bu sözləri APA-ya açıqlamasında sentyabrın 1-də 62 yaşını tamamlayacaq Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının rejissoru və aktyoru, əməkdar artist Vidadi Əliyev deyib. Davamı…

Avq
31
Avq
31
“Şərq-Qərb” Bakı beynəlxalq kinofestivalında 13 film nümayiş olunacaq
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Sentyabrın 5-10 sentyabr tarixlərində Bakıda “Şərq-Qərb” (Est-West) beynəlxalq kinofestivalı keçiriləcək. APA-nın məlumatına görə, bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqında festivalın Təşkilat Komitəsi tədbirə həsr olunmuş mətbuat konfransı keçiriblər. Davamı…
Avq
31
Könüllərin Barış abisi
Bölmə: Musiqi | ≅ 6 şərh var
Barış Manço: «Mən dünyaya müğənni kimi gəlməmişəm…»
Barış Manço 2 yanvar 1942-ci ildə İstanbulda doğulub. İsmayıl Haqqı bəyin və Rikkat Uyanıq xanımın ikinci övladı olan Barış İkinci Cahan Savaşının ən qızğın vaxtında, camaatın çörəkdən qıtlıq çəkdiyi zamanda dünyaya gəlmişdi. Özündən iki ilə əvvəl doğulmuş qardaşının adını Savaş qoymuşdular, təzə körpəyə isə «artıq dünyaya Barış gəlsin» deyibən Barış ismini verdilər. İllər sonra TRT üçün hazırladığı «7-dən 77-yə» adlı proqramında Türkiyədə Barış adını alan ilk adam olduğunu söyləyəcəkdi. Davamı…
Avq
31
Aydın Xan (Əbilov),
yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri
Hər çağın oz dəbləri olur: bir müddət özünə ictimai şüurda yer edən bu ümumilik istər geyimdə, istər estetik düşüncədə, istərsə də mədəniyyət və ədəbiyyatda öz diqtəsini yeridir. Başqa sahələrlə işimiz yoxdur, mədəniyyətdə və ədəbiyyatda son illərin estetik-kulturoloji dəbləri barədə bilgilər, düşünürük ki, Azərbaycanın yaradıcı intellektuallarını da düşündürməli, çağın tələblərinə uyğun ədəbi-mədəni nümunələr yaratmağa həvəsləndirməlidir… Davamı…
Avq
31
Zahir Əzəmətin baş redaktorluğu ilə
Azərbaycanın yeganə müstəqil ədəbiyyat qəzeti olan “Sənət qəzeti” yeni rəhbərliklə nəşrini bərpa edir. Qəzetin yeni baş redaktoru Zahir Əzəmət olacaq.
Z.Əzəmət əvvəllər də 2 il baş redaktorun müavini kimi qəzetin rəhbərliyində çalışıb. Son bir ildə isə “Alma” qəzetinin şef-redaktoru kimi fəaliyyət göstərib. Bu müddət ərzində isə yazıçı Rafiq Tağının “Avropa və biz” yazısına qarşı məhkəmə iddiası açılmış, yazının müəllifi və qəzetin baş redaktoru uyğun olaraq 3 və 4 il müddətinə azadlıqdan mərhum ediliblər. Bununla bağlı olaraq, qəzet bir neçə aydır ki, fəliyyətini dayandırmışdı. Davamı…








