“Sənət qəzeti” nəşrini bərpa edir
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 31 Ağustos, 2007
Zahir Əzəmətin baş redaktorluğu ilə
Azərbaycanın yeganə müstəqil ədəbiyyat qəzeti olan “Sənət qəzeti” yeni rəhbərliklə nəşrini bərpa edir. Qəzetin yeni baş redaktoru Zahir Əzəmət olacaq.
Z.Əzəmət əvvəllər də 2 il baş redaktorun müavini kimi qəzetin rəhbərliyində çalışıb. Son bir ildə isə “Alma” qəzetinin şef-redaktoru kimi fəaliyyət göstərib. Bu müddət ərzində isə yazıçı Rafiq Tağının “Avropa və biz” yazısına qarşı məhkəmə iddiası açılmış, yazının müəllifi və qəzetin baş redaktoru uyğun olaraq 3 və 4 il müddətinə azadlıqdan mərhum ediliblər. Bununla bağlı olaraq, qəzet bir neçə aydır ki, fəliyyətini dayandırmışdı.Z.Əzəmət hələlik qəzetin ayda bir dəfə nəşr olunacağını, bədii, fəlsəfi, kulturoloji mətnlər çap ediləcəyini bildirir: “Belə bir qəzetə ehtiyac var. Biz çalışacağıq ki, qəzetin əvvəlki nüfuzunu bərpa edək. Qəzetdə yerli müəlliflər, tərcümələr, yeni kitabların reklamı, ciddi ədəbi-kulturoloji polemikalar yer alacaq. Bundan əlavə qəzetdə ciddi keyfiyyət dəyişiklikləri olacaq. İstər dizayn, istərsə də materialların səviyyəsi baxımından. Bu qəzetdə hər yerindən duran çap oluna bilməyəcək. Amma bu o demək deyil ki, yazarlar öz mətnlərini bizə göndərməkdən çəkinməlidirlər. Çünki ciddi yazarların və tərcüməçilərin dəstəyinə böyük ehtiyacımız olacaq. Müəlliflər öz yazılarını bizə şəxsən çatdıra və ya sənətqazeti@gmail.com elektron ünvanına göndərə bilərlər.”
Qəzetin yeni sayı sentyabrın 15-də, 24 səhifədə nəşr olunacaq.
Kultaz





Yüklənir...
bu cox yaxshi xeberdir
Zahir, tebrik edirem. Ugurlar!
Chox sevindim bu qezetin berpasina…
Chox gozel…tebrik edirem…En chox lezzet eden, “her yerinden duran” ifadesi oldu, beleleri ise yuzlerledir… Demek, qezet en azi “Alma”dan koklu suretde ferqlenecek…
Ugurlar…
Bax
bu təzə xəbərdi!
qəzetlər iç-içə çıxır daha,
yazarlar iç-içə yaradır,
yazılar iç-içə yazılır…
həm də qəzetlər
indicə bağlanacaqmış kimi açılırlar…
Zahir, bax, ilin-günün belə bir zamanında sənə bitməyən enerji, tükənməyən dostluqlar və bunların fonunda daim artmaqda olan uğurlar arzulayıram…
Necə deyərlər, yaşasın “Sənət”!
Vallah Zahir bey, ideyanizi alqislayiram.. Amma onceden deyim ki, Eger orada Rebiqenin yazilari yer alacaqsa (Serhinden de hiss olunur ki, indiden ayaq yeri qoyur..) men bu qezeti almayacaq ve oxumayacagam..
Ve Siz en azindan 1 nefer oxucu itirmsh olacaqsiniz..
Nezere almanizi xahis edirem..
Seyidsasha, men sizin de evenize bir qezet de alaram – Zahir hech ne irirmeyecek, biz de… Amma sizi deye bilmerem…Gulumseyin…
men seneti oxuya bilmesemde/yeni bir qezetin dogulub ve nesr olmasina sevinirem.zahir sene ugurlar
Rebiqe, sizin alacaginiz 2-ci qezet Zahir beye olsa-olsa 10 qepik xeyir verecek, amma eyni zamanda bir qezet kimi oz funksiyasini itirecekdir..
Amma sizin orada dercedilecek yaziniz boyuk sayda oxucunun qezete olan munasibetini kokunden deyisekec.
Narahat olma, Seyidsasha… bilirem ki, men orada olsam, sen o qezeti daha boyuk maraqla alacaqsan… menimle bagli her sheye reaksiya vermeye bilmirsen axi sen…
Chox yaxshi olardi ki, Zahir bey yeni adla yeni bir qezet neshr edeydi… Men ozune, milletine hormetle yanashan herbir kesi “Senet qezeti”ni oxumamagha chaghiriram.
Dəməli, ədəbi camiyyəmizdə yeni art-savaşlara hazırlaşmalıyıq!!!
Maraqlıdır, görəsən “SQ” özünün əvvəlki prinsiplərini – sənət-kulturoloji istiqamətlərini inkişaf etdirə bilərmi?!!
Uğurlar olsun. Yazılarımıza görə qonarar ödənilsə, “SQ” superpopulyarlaşacaq…
P.S. Zahir Əzəmət bu sayda işləri görməyə həvəs göstərirsə, bəlkə onu Artur müəllimin yerinə baş bakan seçək, HA,!
Zahir bey,sizi tebrik edirem.Elimizden geleni edeceyik ki nehayet ki Azerbaycanda dogurdan da seviyyeli qezet olsun. Her halda men tercume ucun calishacam:)Cunki en azi Seyidsasha kimi oxucularin qezet almamasini istemirem.
Rebiqe,deyesen axi bu Seyid sene vurulub:)