İlə görə arxiv: Ağustos 2007


Cavanşir Quliyev : «Hər səhər vicdanını evdə qoysan, axşam çoxlu pulla qayıdarsan»

Yazar: Admin | Bölmə: Musiqi | Tarix: 25 Ağustos, 2007

Fəaliyyətini Şimali Kipr Türk Cümhuriyyətində davam etdirən Cavanşir Quliyev Bakıda məzuniyyətdədir. Bəstəkarla görüş ərəfəsində öyrəndik ki, amerikalı pianoçu Alan Faynberq onun yeni əsərini Santafe şəhərində keçirilən ənənəvi kamera festivalında səsləndirib. Bundan başqa, bəstəkar bir neçə balet üzərində də işləyir. Hər iki respublikanın musiqisini müqayisə edən bəstəkar «TrendLife»a bunları dedi:
- Xalqlar bir-birinə yaxın olsa da, musiqilərimiz [...]



PREZİDENTDƏN MÖHTƏŞƏM QƏRAR

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 24 Ağustos, 2007

Milli və dünya ədəbiyyatı korifeylərinin əsərlərindən ibarət 150 cildlik nəşr olunacaq
Dövlət başçısı İlham Əliyev 150 cilddən ibarət “Dünya ədəbiyyatı kitabxanası”nın nəşr edilməsi barədə bu gün sərəncam imzalayıb.



“Çiçəyim” Uşaq Teatrı azyaşlı aktyorlar axtarır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Ağustos, 2007

“Çiçəyim” Uşaq Teatrı azyaşlı aktyorlar axtarışındadır. Bunu



Almaniyalı fotoqraf Azərbaycanda çəkdiyi fotolardan ibarət sərgi təşkil edəcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Ağustos, 2007

Almaniyalı fotoqraf Silvio Azərbaycanda səfərdədir. Bu barədə APA-ya Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev məlumat verib.



Fikrət Qoca: “Yarımçıq qalan əsas işim xatirələrimi yazmaqdır”

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Ağustos, 2007

“Yarımçıq qalan işlərim çoxdur. Elə söz var ki, mən hələ onu deməyin, tutmağın yolunu tapmamışam, balıq kimi həmişə sürüşüb əlimdən çıxır. Asanlıqla ələ gəlməyən bu sözü necə, hansı yolla ürəyimdən çıxarmağın yolunu hələ axtarıram. Bu yaşda da, hələ ürəyim tamam boşalmayıb.



Qara Qarayev erməni kimi təqdim olunub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Ağustos, 2007

Rusiyalı alim Kiril Tomovun “Yaradıcı ittifaqlar: Sovet bəktəkarların professional təşkilatları, 1939-1953-ci illər” kitabında Stalin dövrünün məşhur bəstəkarları barədə yazarkən Qara Qarayevin də adı çəkilib.



Təqaüd alacaq ədəbiyyatçıların siyahısı bir neçə günə açıqlanacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Ağustos, 2007

“İstedadlı olub, amma tanınmayanlara təqaüd verilməyəcək”
Prezidentin 2007-ci ilin 6 avqustunda yazıçı və şairlərin təqaüdlə təmin edilməsilə bağlı imzaladığı sərəncama uyğun olaraq siyahı hazırlanır. Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlunun “OLAYLAR”a verdiyi məlumata görə, həmin siyahı avqustun sonunda açıqlanmalıdır.



Kamal Abdullanın tamaşası eston teatrında

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Ağustos, 2007

Yazıçı Kamal Abdullanın “Deyirlər ki, Simurq quşu var imiş” əsəri Estoniyanın Uqala Teatrında səhnələşdirilir. Bu barədə APA-ya Dövlət “Yuğ” Teatrının direktoru və baş rejissoru Vaqif İbrahimoğlu məlumat verib.



Azərbaycan mədəniyyəti İstanbulda təbliğ olunub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Ağustos, 2007

700-dən çox iştirakçının qatıldığı Beynəlxalq Konqresdə
Dünən İstanbulda “Qlobal kənd” adlı sərgi açılıb. İstanbul Böyük Şəhər Bələdiyyə başçısı Kadir Topbaşın rəhbərliyi və Türkiyənin məşhur “Anadolu atəşi” qrupunun konserti ilə açılan Beynəlxalq Konqres çərçivəsində baş tutan sərgidə iştirakçılar öz ölkələrinin mədəniyyətləri haqqında məlumat veriblər (“OLAYLAR” İA). Qeyd edək ki, 21-30 avqust tarixləri arasında keçirilən konqres dünyanın ən [...]



Şah İsmayıl Xətainin 520 illiyi keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Ağustos, 2007

İçərişəhərdə təntənəli tədbir düzənlənəcək
Şah İsmayıl Xətainin 520 illiyi münasibətilə keçiriləcək tədbirlər sırasına daha birisi əlavə olunub. Şəhərin müxtəlif mədəniyyət ocaqları ilə yanaşı, İçərişəhərin özündə də təntənəli tədbir keçirilməsi planlaşdırılıb.



Əbülfəs Qarayev jurnalistlərlə görüşəcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Ağustos, 2007

Avqustun sonunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin jurnalistlərlə görüşü planlaşdırılıb. Bu barədə “OLAYLAR”a nazirliyin mətbuat katibi İntiqam Hümbətov məlumat verib.



“Vahid” poeziya evi dağıdıla bilməz”

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Ağustos, 2007

Şahin Verdiyev: “Sənətkarlar üçün ikinci belə yer yoxdur”
Bakının mərkəzində yerləşən “Vahid” bağındakı “Vahid” Poeziya Evinin söküləcəyi deyilsə də, poeziya evinin direktoru Şahin Verdiyev söylənilənləri rədd edir. Ş.Verdiyev “OLAYLAR”a verdiyi açıqlamasında bu kimi xəbərlərin şayiədən savayı bir şey olmadığını deyib.



Duman Ərdəm, “Özgürlük türküsü”- ŞEİRLƏR

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 23 Ağustos, 2007

Azərbaycanın təkcə torpağı deyil, mədəniyyəti, ədəbiyyatı da bölünmüş durumdadır. Bəlkə də bir çox problemlərimizin səbəbi heç bir mənada vahidləşə bilməməyimizdir. “Kultaz” olaraq bu yöndə də bəzi addımlar atmağı düşünürük. Bu gündən biz portalımızda güneyli soydaşlarımızın da mədəni həyatına, yardıcılıq nümunələrinə yer ayıracaq, heç olmasa internet üzərindən bir körpü atmağa çalışacağıq.
İlk olaraq sizlərə Təbrizdə yaşayan istedadlı [...]



Marionet Teatrı dünyada barmaqla sayılası qədərdir

Yazar: Admin | Bölmə: Teatr | Tarix: 23 Ağustos, 2007

Tərlan Qorçuyev: «Bizdə bu teatr ola-ola niyə sayılan ölkələr sırasına düşməyək, Azərbaycanı bu sənətlə təbliğ etməyək?»
…Bu səhnə adi səhnələrdən tamamilə fərqlənir. Təkcə 1 metr eni olması ilə yox. Bu səhnənin oyunçuları da başqadır. Cəmi 25-30 santimetr boyları var. Canlı da deyillər. Amma elə hərəkət edirlər ki, baxan onların həqiqətən də kiçik aktyorlar olduğuna inanar. [...]



Poetik kino, yoxsa kinonun poetikası?

Yazar: Admin | Bölmə: Kino | Tarix: 23 Ağustos, 2007

rejissor Əlisəftər Hüseynov
Kino sənəti ilə poeziyanın əlaqələrinin parametrlərini dəqiq müəyyənləşdirmək üçün «poetik» kino, habelə nəzəri ədəbiyyatlarda çox vaxt «kinonun poeziyası» (poetiçnost kino) anlayışı ilə ifadə olunan «lirik kino» terminlərinə münasibətdə elmi-nəzəri dəqiqləşdirmələr aparmaq lazım gəlir. Məsələ burasındadır ki, elə indinin özündə də kinonun «poetik» və «qeyri-poetik» təsnifatı mübahisəlidir.



Nyu-Yorkdakı məşhur Tarix Muzeyində Azərbaycana həsr olunan daimi guşə yaradılacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Ağustos, 2007

Nyu-York şəhərindəki ABŞ Tarix Muzeyi Azərbaycana həsr olunan uzunmüddətli sərgi-pavilyonun ayrılması barədə qərar qəbul edib. APA-nın ABŞ bürosunun xəbərinə görə, bu, son uç ildə muzey rəhbərliyi ilə Amerika Azərbaycan Cəmiyyətinin (AAC) prezidenti Tomris Azərinin, Nyu-Yorkun Azərbaycandan köçmüş yəhudi icmasının nümayəndəsi Erik Yavdayevin, ölkəmizin ABŞ-da fəaliyyət göstərən diplomatik missiyalarının, hətta Azərbaycandan övladlığa uşaqlar götürmüş amerikalı ailələrinin [...]



“Azərbaycantelefilm”də iki filmin istehsalı başa çatıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Ağustos, 2007

“Azərbaycan telefilm” Yaradıcılıq Birliyində 2007-ci ilin tematik planına uyğun olaraq “Yorulmadım: Rövşən Behcət” və “Şamaxı abidələri” adlı sənədli televiziya filmlərinin istehsalı başa çatıb.



Gürcüstanın ürəyinə tüpürdülər

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Ağustos, 2007

Dünən Gürcüstan Yazıçılar Birliyi binasından çıxarılıb. Qurum XX əsrin əvvəllərindən burada, Tiflisin mərkəzindəki binada məskunlaşmışdı.



Abidin Dino- Nazim Hikmətin həbsxana yoldaşı

Yazar: Admin | Bölmə: Rəssamlıq | Tarix: 21 Ağustos, 2007

Sen mutluluğun resmini yapabilirmisin, Abidin
İşin kolayına kaçmadan ama
Gül yanaklı bebesini emziren
melek yüzlü anneciyin resmini degil
Ne de ak örtüde elmaların
Ne de akvaryumda
su kabarcıklarının arasında
dolanan kırmızı balıqın
…Sen mutluluğun resmini yapabilirmisin, Abidin



CNN-də Azərbaycan filmləri

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 21 Ağustos, 2007

“Yeni Dalğa” Prodüser Mərkəzində istehsal olunan “Cavid ömrü” iki seriyalı bədii filmi və “Qrinviç meridianından kənarda” qısametrajlı bədii filmi Avstraliyada keçiriləcək beynəlxalq film festivalında ölkəmizi təmsil edəcək.