İlə görə arxiv: Ağustos 2007


Dəvəçi rayonunda yazıçı, rəssam və bəstəkarlar üçün istirahət evləri tikiləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 21 Ağustos, 2007

“Azərbaycan prezidentinin yazıçılar üçün yaradıcılıq şəraitinin yaradılması ilə bağlı imzaladığı sərəncamdan sonra yeni yaradıcılıq evinin yaradılması məsələsi yaxın vaxtlarda həll olunacaq.



Bakıda Niyazinin 95 illiyi qeyd olundu

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 21 Ağustos, 2007

Dünən Azərbaycanın görkəmli dirijoru və bəstəkarı Niyazinin 95 yaşı tamam oldu. Yubiley rəqəmdir. «TrendLife»ın verdiyi məlumata görə, bu məqsədlə onun ev muzeyində anım mərasimi keçirildi.



Lit.az – yeni ədəbiyyat saytı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 20 Ağustos, 2007

Azərbaycan internet məkanında daha bir ədəbiyyat saytı fəaliyyətə başladı. Lit.az ünvanında yerləşən saytın yaradıcıları yaş və ədəbi baxış fərqi qoymadan hamını dərc etmək və çoxəsrlik tarixi köklərə malik Azərbaycan ədəbiyyatını təbliğ etmək məqsədi daşıdıqlarını bildirirlər:



Bədii əsər yazmaq Rusiyada təhlükəli məşğuliyyətə çevrilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 20 Ağustos, 2007

Moskva prokurorluğu cinayətkar aləmlə əlaqədar olan polislər haqda yazan Pavel Astaxovu məsuliyyətə cəlb etməyin yollarını araşdırır
Polislərin fəaliyyətini tənqid edən bədii əsər yazmaq artıq Rusiyada təhlükəli məşğuliyyətə çevrilib. Ən azından ona görə ki, əsər uydurma polislər, qanun müdafiəçiləri haqda olsa da, bəzən onlar həqiqəti də deyə bilir. Bu həqiqət isə həmişə hamını sevindirmir.



Bakı Uşaq Teatrında yeni tamaşa

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 20 Ağustos, 2007

Bakı Uşaq Teatrı heyvanxana həyatından bəhs edən “Heyvanxanada” adlı yeni tamaşa hazırlayır.



DEPRESSİYA

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 19 Ağustos, 2007

Cavidan
Hərdən
gecələrin soyuğuna
bürünüb də düşünürəm,
görəsən
sən
qadını
necə sevirsən?…
***
Yalan deyirdi.
Gözlərinin içinə qədər yalan danışırdı.
Gözlərinin içinə baxa-baxa aldadırdı onu.
Ağzında çeynədiyi, əlində qopartdığı, süfrədə üzünə baxan çörəyə də yalandan and içdi.



Musiqili Komediya Teatrı yeni tamaşa hazırlayır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 19 Ağustos, 2007

Dövlət Musiqili Komediya Teatrının yaradıcı kollektivi tanınmış türk yazıçısı Əziz Nesinin “ Öldür məni, əzizim” əsərini səhnələşdirəçəkdir.



Kazanda III Beynəlxalq Müsəlman Kino Festivalı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 19 Ağustos, 2007

Sentyabrın 6-dan 12-dək Kazanda “Qızıl minbər” III Beynəlxalq müsəlman kinosu festivalı keçiriləcəkdir. Festivalda 40 ölkədən 150 film nümayiş etdiriləcəkdir.



Dahi cazmen Rouç öldü

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 18 Ağustos, 2007

Dünyanın ən böyük caz musiqiçilərindən biri olan 84 yaşlı Maks Rouç dünən Nyu-Yorkda vəfat edib.
“Blue Note Record” şirkətindən verilən məlumata görə, cazmen uzun sürən xəstəlikdən sonra Manhettendəki hospitalda dünyasını dəyişib.



TƏQİB (İkinci hissə)

Yazar: Admin | Bölmə: Kino | Tarix: 18 Ağustos, 2007

Qısametrajlı bədii filmin ədəbi ssenarisi
ANAR
(Əvvəli burada)
…Osman təəccüblə Mehmana baxdı.
- Əlimərdan bəy Topçubaşı musavat vaxtı Parlamanın sədri olub, İsmayıl bəy Qasprinskini pantürkist sayırdılar, Həsən bəy Zərdabi yəqin bilirsiniz, bizim ilk qəzetimizin – “Əkinçi”nin redaktoru olub.
- Elə ancaq bununçün tuta bilərdilər?
- Yəqin bilərmişlər ki, tutublar, on il Sibirə sürgün ediblər, ordan qayıtmadı.



Orxan Pamukun “QAR” romanı üzərinə

Yazar: Həmid Herisçi | Bölmə: Köşələr | Tarix: 18 Ağustos, 2007

Bu müsahibə bir neçə il öncə alınıb və “Alatoran” dərgisində dərc olunub. Onda Orxan Pamuk hələ Nobel mükafatı almamışdı, Azərbaycanda da heç bir kitabı nəşr olunmamışdı. Yazıçının adı yeni-yeni Azərbaycan ədəbi dəhlizlərində səslənməyə başlamışdı.
Müsahibə yazıçının möhtəşəm əsərlərindən olan “Qar” romanının təhlili baxımından əvəzsizdir. Xatırladaq ki, Orxanın bu şəkildə təhlili təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün [...]



Vısotskiy- Böyük insanın balaca faciələri

Yazar: Admin | Bölmə: Musiqi | Tarix: 17 Ağustos, 2007

“Taleyə az inanıram…özümə isə daha az!”
O, 25 yanvar 1938-ci ildə Moskvada hərbçi ailəsində anadan olub. Dünya müharibəsi illərində anası Nina Maksimovna ilə birgə Orenburqa deportasiya olunur. 1943-cü ilin yayında yenidən Moskvaya dönürlər.
13 yaşından başlayaraq Vısotskiy dərslərə getməməyə və dostları ilə məclislər düzəltməyə, kart oynamağa başlayır.
1955-ci ildə Vısotskiy orta məktəbi bitirir və Moskva Mühəndis İnşaat İnstitutuna [...]



IX “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalında nümayiş olunacaq filmlərin adları açıqlanıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 17 Ağustos, 2007

Sentyabrın 5-dən 10-dək IX “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı keçiriləcək. Festivalın təşkilat komitəsindən APA-ya verilən məlumata görə, Kinofestivalda ötən illərdə olduğu kimi, əsasən uğurlu ekran taleyinə malik filmlər göstəriləcək.



Bu gün SSRİ xalq artisti Müslüm Maqomayevin 65 yaşı tamam olur

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 17 Ağustos, 2007

Bu gün Azərbaycanın görkəmli musiqiçisi, Azərbaycan və SSRİ-nin xalq artisti, uzun illərdir, Moskvada yaşayan həmyerlimiz Müslüm Maqomayevin 65 yaşı tamam olur.



Ömrün uzun olsun, Ustad!

Yazar: Qan Turalı | Bölmə: Ədəbiyyat | Tarix: 17 Ağustos, 2007

Qan Turalı
Bəxtiyar Vahabzadənin 82 yaşına
Şam əgər yaşamır demək
Şamın yaşamağı yanmağındadır
Bəxtiyar Vahabzadə
Dünənki “Yeni Müsavat” qəzetində oxuyuruq: “Bu gün ünlü şairimiz Bəxtiyar Vahabzadənin doğum günüdü. Çağdaş Azərbaycan ədəbiyyatının və dövrümüzün ən görkəmli simalarından olan Bəxtiyar Vahabzadə həm də milli məfkurənin parlaq daşıyıcılarından biridi. Yaradıcılığı büsbütün milli ruhdan yoğrulan böyük şairimizin əsərlərinin qayəsini həmişə Vətənə, xalqa, onun [...]



Mənim briqadir balam

Yazar: Aliyə | Bölmə: Publisistika | Tarix: 17 Ağustos, 2007

xırdapara qeydlər
Aliyə
İlk növbədə çox maraqlı bir əhvalatı yazmaq istəyirəm. Bu əyalətin mədəniyyətə münasibətinə aiddi. Hələ keçən əsrin ortalarında mənim ulu nənəm, yəni babamın anası körpə nəvələrini əzizləyərmiş. Çox qəribə sözlərlə. Kəndə təzə gəlmiş sözlərlə: «Ay mədəni, ay kolxoz, ay sovxoz, ay briqadir balam…» Qulağı təzə söz eşitmiş ulu nənəm bu sözü nəvəsinə aid edəndə [...]



Qaloş və Mefistofel

Yazar: Aydın Talıbzadə | Bölmə: Publisistika | Tarix: 16 Ağustos, 2007

(kübarlıq fenomeni)
Qaloş qara, parıltılı bir cisimdir. Rezindən hazırlanar. Tarixi bir filan qədər. Yağışda, tufanda, qar və çovğunda camaat ondan istifadə edir ki, sürüşməsin, ayaqları su çəkməsin. Kəndistan əhli üçün misli yoxdur. Ancaq heç bir evdə onu içəri buraxmazlar. Çünki yaş olar, palçıq olar. Hara getsə aləmi ləkələr, bulaşdırar. Odur ki, qapıda cütlənib qalar, məlul-məlul sahibini [...]



DİQQƏT! FOTOMÜSABİQƏ

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 16 Ağustos, 2007

“ANALAR VƏ UŞAQLAR ÖLMƏSİN”
AZƏRFOTO AGENTLİYİ və Böyük Britaniyanın Oxfam təşkilatı peşəkar və həvəskar fotoqraflar arasında fotomüsabiqə elan edib.
Fotomüsabiqə Oxfam təşkilatının maliyyələşdirdiyi və Yoxsulluğun Azaldılması üzrə Qlobal Çağırış Azərbaycan Milli Koalisiyasının həyata keçirdiyi “Səhiyyə ilə bağlı Minilliyin İnkişaf Məqsədləri Kampaniyası” layihəsi çərçivəsində keçirilir.



Muxalifət ziyalıları

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 16 Ağustos, 2007

Elnur ASTANBƏYLİ
molodoy25@box.az
Bu həftə rayona getmişdim. Əyalət camaatının xasiyyətidir, Bakıdan gələnləri Nostradamus hesab edirlər. Hamı mənə eyni sualı verirdi: «2008-ci ildə nə olacaq?». Aydındı ki, söhbət prezident seçkilərindən gedir. Açığı, daha məndə belə suallara, məsələn, 2003-cü ildə olduğu kimi, ümid və ehtiras dolu cavab vermək həvəsi qalmayıb. Hətta «hər şey yaxşı olacaq, gələn il irticanı tarixin [...]



Azərbaycan prezidenti xalq artisti Müslüm Maqomayevi təbrik edib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 16 Ağustos, 2007

Bu gün Azərbaycan prezidenti İlham Əliyev xalq artisti Müslüm Maqomayevi yubleyi münasibətilə təbrik edib. APA-nın məlumatına görə, ölkə başçısının təbrik məktubunda M. Maqomayevin yüksək zövqü, fitri musiqi mədəniyyəti və çoxşaxəli yaradıcılıq qabiliyyəti vurğulanaraq, onun böyük bir dövrün əsl rəmzinə çevrildiyi qeyd olunub.