Qaynar xəbər portalı

Səməd Vurğun21-24 avqust tarixlərində Türkiyənin Muğla vilayətinə bağlı Datça Bələdiyyəsi tərəfindən Beynəlxalq Şeir festivalı keçirilmişdir. Bu tədbirdə ölkəmizi «Vektor» Beynəlxalq Elm Mərkəzinin prezidenti professor Elçin İsgəndərzadə təmsil etmişdir. Türkiyə, İngiltərə, Almaniya, Yunanıstan, Suriya, Fələstin, Kosova, Bolqarıstan, Makedoniya, QKTC, İordaniya, Livan və digər ölkələrdən tanınmış şairlərin qatıldığı şeir festivalında şəhərin küçələrinə dünyanın on beş klassik şairlərinin adı verilmişdir.
Datça Bələdiyyəsi və «Vektor» BEM arasındakı ötən ilki razılaşmaya görə 100 illik yubileyi şərəfinə küçələrdən birinə Azərbaycanın Xalq şairi Səməd Vurğunun adı verilmişdir. Davamı…


Zahir ƏzəmətZahir Əzəmət

Nanay şairlərin nanay kitabları

Azərbaycanda kitab yazanların sayı kitab oxuyanlardan dəfələrlə çoxdur.
Təkcə Azərbaycan Yazıçılar Birliyinin 1500 üzvü var. Bura Həkim Qəni və Şahin Fazil adına əruzxanələrin, «Şam», «Pərvanə», AYO və s. bu kimi onlarla digər ədəbi dərnək və qurumların üzvlərini, həmçinin heç bir dərnəyin, birliyin, ocağın üzvü olmayan, amma şer yazıb qafiyə güdən on minlərlə Azərbaycan övladının sayını da əlavə etsək, təkcə ədəbiyyatla baş girləyənlərin siyahısı ətrafında müdhiş bir mənzərə yaranar. Və ən dəhşətlisi budur ki, bu adamlar KİTAB OXUMUR! Ya da oxuduqları KİTAB deyil. Davamı…


Nizami k/tTəmirə dayandırılacaq kinoteatrın direktoru belə bir vəd verir

“Nizami” kinoteatrında aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatdıqdan sonra burada dünyanın bahalı kinofilmləri nümayiş olunacaq. Kinoteatrın direktoru İlham Babayev bildirib ki, kinoteatr Moskvanın “İSPA” şirkətinin layihəsi əsasında təmir olunacaq. Davamı…


film“Yeni Dalğa” Prodüser Mərkəzinin səlahiyyətlisi söyləyir ki, filmlərin çəkilişlərinə dövlət vəsait ayırsa da, sponsorların köməyinə ehtiyac duyulur

Məlum olduğu kimi, Azərbaycanda prodüser mərkəzlərinin sayı olduqca azdır. Fəaliyyət göstərən mərkəzlərin əksəriyyəti də əcnəbi müğənnilərin Bakının konsert salonlarında konsertlərini təşkil etməkdən ibarətdir. Əlbəttə, bu çox gəlirli sahədir. Lakin məsələ ondadır ki, prodüser mərkəzlərinin bu istiqamətdə fəaliyyət göstərməsi onların işi haqqında yanlış təsəvvür yaradır. Heç kimə sirr deyil ki, digər dövlətlərdə prodüser mərkəzləri səhnəyə yeni çıxan müğənnilərin tanıdılması, teatr tamaşalarının hazırlanması, yeni filmlərin çəkilməsi ilə məşğul olurlar. Azərbaycanda isə “yeni film çəkilir” ifadəsi işlədiləndə yada düşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası olur. Amma deyəsən, son vaxtlar stereotiplər qırılmağa başlayır. Davamı…


Gənc şairənin bu adda şeirlər kitabı çapdan çıxıb

Gənc şairə Leyla Mətinin “Nədən yazım?” adlı ilk şeirlər kitabı çapdan çıxıb. “Nurlan” nəşriyyatında buraxılan topluda şairənin “Bir mən bilirəm ki”, “Mən ola bilsən”, “Xəzər”, “Həyat nədir?”, “Uzaqsan” adlı şeirləri dərc olunub.
Xatırladaq ki, son illər Leyla Mətin imzası ilə yerli mətbuatda silsilə şeirlər çap olunub. Şairə eyni zamanda Türkiyə Şairləri Birliyinin İnternet səhifəsində, Azərbaycan yazarlarının təsis etdikləri “Bizimki” gənc ədəbi elektron jurnalında şeirləri ilə çıxış edib. Davamı…