Qaynar xəbər portalı

Kitab dünyası


Gənc şairənin bu adda şeirlər kitabı çapdan çıxıb

Gənc şairə Leyla Mətinin “Nədən yazım?” adlı ilk şeirlər kitabı çapdan çıxıb. “Nurlan” nəşriyyatında buraxılan topluda şairənin “Bir mən bilirəm ki”, “Mən ola bilsən”, “Xəzər”, “Həyat nədir?”, “Uzaqsan” adlı şeirləri dərc olunub.
Xatırladaq ki, son illər Leyla Mətin imzası ilə yerli mətbuatda silsilə şeirlər çap olunub. Şairə eyni zamanda Türkiyə Şairləri Birliyinin İnternet səhifəsində, Azərbaycan yazarlarının təsis etdikləri “Bizimki” gənc ədəbi elektron jurnalında şeirləri ilə çıxış edib.40 səhifəlik “Nədən yazım” toplusunda Leyla Mətin məhəbbətdən, doğma Xəzərdən yazıb, İlahiyə ünvanladığı kəlmələri dilə gətirib. Misralarında özünü əcaib zamanın bəndəsi kimi qələmə verən müəllif bəlkə də əsri səhv saldığını söyləyir.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 1 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: