Qaynar xəbər portalı

Kitab dünyası


Nizami k/tTəmirə dayandırılacaq kinoteatrın direktoru belə bir vəd verir

“Nizami” kinoteatrında aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatdıqdan sonra burada dünyanın bahalı kinofilmləri nümayiş olunacaq. Kinoteatrın direktoru İlham Babayev bildirib ki, kinoteatr Moskvanın “İSPA” şirkətinin layihəsi əsasında təmir olunacaq.İ.Babayevin sözlərinə görə, bu şirkət indiyə kimi dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən 200-ə yaxın kinoteatrın layihəsini hazırlayıb: “Bu da bizi ümidvar edir ki, təmirdən sonra kinoteatr dünya standartlarına cavab verəcək. Tamaşaçılarımız da artacağına böyük ümid edirik. Çünki hər bir tamaşaçı kinoteatrda daha çox komforta üstünlük verir. Təmirdən sonra biz hər bir tamaşaçının rahatlığını təmin edə biləcəyik. İndi kinoteatrda bahalı filmlərin nümayişi mümkün deyil, çünki tamaşaçı cəlb etmək çətindir və bu bizə sərf etmir”.
Kinoteatrın direktoru deyib ki, təmirdən sonra nümayiş olunacaq filmlərin sayı da artacaq: “Əgər hazırda ayda 10 film nümayiş olunursa, təmirdən sonra filmlərin sayı 40-a yaxın olacaq. Çünki zallarımızın da sayı çoxalacaq. Yerli filmlərin nümayişinə də üstünlük verəcəyik”.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: