“Moskovskaya premyera” kinofestivalında həmyerlimiz Rüstəm İbrahimbəyovun “Əlvida, cənub şəhəri” filmi “ART-liniya” proqramının tamaşaçı rəğbətinə görə ən yaxşı film mükafatına layiq görülüb. APA-nın Rusiya bürosunun məlumatına görə, “Azərbaycanfilm” kinostidiyası və “İbrus” stidiyasının birgə istehsal etdiyi filmin ssenari müəllifi və prodüseri Rüstəm İbrahimov, rejissoru Oleq Səfərəliyevdir. Filmdə Rusiya və Azərbaycan aktyorları rol alıb. Qeyd edək ki, “Moskovskaya premyera” festivalı digər festivallardan köklü şəkildə fərqlənir. Bu festivalda peşəkar münsiflər heyəti yoxdur, mükafatların sahibləri tamaşaçılar arasında keçirilən anket sorğusunun nəticələrinə görə müəyyənləşdirilir. Festivalın yekununda keçirilən sorğunun nəticələrinə görə “Əlvida, cənub şəhəri” filmi ən çox səs toplayıb.


Sen
3
Rüstəm İbrahimbəyovun “Əlvida, cənub şəhəri” filmi “Moskovskaya premyera” kinofestivalının mükafatına layiq görülüb
Bölmə: Xəbərlər |
Göndər
|
Çap et
| 175 oxunma 








