Sentyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binası qarşısında - Fizuli meydanında 135-ci teatr bayramı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzova APA-ya bildirib ki, həmin gün dram teatrlarının mövsümünün təntənəli açılışı keçiriləcək. Onun sözlərinə görə, çox fərqli üslubda keçiriləcək mərasim ənənə halını alacaq və hər il təkrarlanacaq. Karnaval formasındakı tədbirin ssenari müəllifi Azər Mirzəyev, quruluşçu rejissoru Bəhram Osmanovdur. V. Novruzova deyib ki, saat 18:00-da başlanacaq açılış mərasimində xalq və əməkdar artistləri, eləcə də rejissorlar iştirak edəcəklər. Aktyorlar xüsusi karnaval geyimində olacaq.
Musiqi janrlı teatrlar isə mövsümü Üzeyir Musiqi Günündə - sentyabrın 18-də açacaq. Azərbaycanın bütün teatrları hər il iyulun 1-də mövsümü bağlayacaqlar.
« Seymurun yeni romanı: “18,6 cm” | Əsas səhifə | Rüstəm İbrahimbəyovun “Əlvida, cənub şəhəri” filmi “Moskovskaya premyera” kinofestivalının mükafatına layiq görülüb »




Bölmə: 








