Qaynar xəbər portalı

Kitab dünyası


Yaşar NuriDünən xalq artisti Yaşar Nurinin 56 yaşı tamam olub. Aktyor 1951-ci ilin bu günündə Bakıda dünyaya göz açıb. Yaşar Nuri bu günə qədər çalışdığı Akademik Milli Dram Teatrında 50-dən çox tamaşada, 20-dən çox televiziya tamaşalarında və bir çox filimlərdə iştirak edib. Səhnədə yaratdığı parlaq obrazlara görə aktyor 1981-ci ildə Azərbaycan respublikasının əməkdar artisti, 1989-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Hazırda prezident təqaüdçüsüdür. Tamaşıçılar onu «Bəyin oğurlanması», «Yol əhvalatı» və başqa filmlərdən həmçinin «Səni axtarıram», «Evləri köndələn yar», «Qonşu, qonşu olsa», «Ac həriflər» kimi bir çox televiziya tamaşalarından tanıyıb sevib.

Kultaz






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: