Layihə hələ qüvvədədir
“Qorxma, mən səninləyəm” filminin davamının çəkilməsi layihəsi hələ də qüvvədədir. Hazırda bununla bağlı fikirlər yürüdülür. “OLAYLAR”ın məlumatına görə, hazırda Bakıda olan həmyerlimiz Yuli Qusman bu barədə məlumat verib. Qeyd edək ki, filmin davamının çəkilməsində Yuli Qusmanın da iştirakı olacaq. Filmin davamının çəkilməsində Y.Qusman israrlı olsa da, narahat olduğunu da gizlətməyib: “Məni narahat edən odur ki, filmin davamı heç vaxt orijinaldakı kimi olmur. Hər bir halda “Qorxma, mən səninləyəm” hamının yaxşı bələd olduğu ekran işidir və Rusiya kanallarında çox göstərilib. Yəni film sadəcə hadisələrin davamı olmamalıdır”.
Bakının KVN-dən də söz açan Y.Qusman bildirib ki, KVN-in üçüncüsünün yaranacağı günü gözləyir. Çünki “Bakılı oğlanlar” əldə etdikləri böyük uğuru davam etdirmədilər.
« Yuli Qusman: “Bakının kinoteatrlarının vəziyyəti məni narahat edir…” | Əsas səhifə | GÖVHƏR HƏSƏNZADƏ YAŞIL TEATRDAN GETDİ »




Bölmə: 








