“Azərbaycan qadını toyuq-cücədir!”
Seymur Baycan
Bu yaxınlarda çox istedadlı yazıçı Seymur Baycanın sayca ikinci olan yeni romanı ışıq üzü görüb. Çox guman ki, Cənab Baycan dünya ədəbiyyatı tarixinə gənc yaşlarında bir-birinin ardınca iki memuar roman yazmış yazıçı kimi düşəcək. Roman son illərdə Azərbaycanda yazılmış maraqlı nəsr əsərlərindən biridir. Onun ən uğursuz və zəif tərəfi qadın obrazlarıdır. Hətta məndə olan məlumatlara görə, roman bir neçə nominasiya üzrə feministlərin təsis etdiyi “Femina” anti mükafatını almağa iddialıdır. Sizi bu nominasiyalar ilə tanış edim.Birinci nominasiya “İlin antiqadın romanı”. Sadəcə romanın ilk sətirlərinə baxmaq kifayətdir ki, bunu anlayasan. Xüsusi vurğulamaq istəyirəm ki, bu sitat kitabın ilk səhifəsindədir:
” Anadır, müqəddəs varlıqdır, deyə-deyə qadını başımıza çıxartdınız. Qadın yastıqdır yastıq, döyüldükcə yüngülləşir. Cəhənnəm qadınların ayaqları altındadır. Dayanacaqda dayanan qadının tez-tez saata və güzgüyə baxması xəyanətin ilk əlamətidir. Əvvəlcə qanunlar qadınları pozur, sonra qadınlar qanunları. Kişilər yataqa canını qoyur, qadınlar bədənini. Daha bezmişəm özümə qoyun ətindən bir qadın düzəldib onunla evlənəcəm”.
Əslində bu sitatdan sonra “no comments” deyib yazını bitirmək olardı. Amma Seymurdan fərqli olaraq biz dünyaya 18-ci əsrdə köhnəlmiş ikiqiymətli (ağ-qara, pis-yaxşı) məntiqdən baxmadığımız üçün ədalətliyik və hər kəsin, hətta Seymur ağanın da azad informasiya almaq hüququna hörmətlə yanaşıb siyahını davam edirik. İkinci mükafat “ilin ən gözəl rus, erməni və gürcü qadını obrazı”. Romanda qadın haqqında mənfi fikrlər milliyyətcə azərbaycanlı olan qadınların payına düşür. Başqa millətdən olan qadınlar müəllif tərəfindən gözəl, istəkli, müdrik qadınlar kimi təsvir olunub. Romanda biz müdrik gürcü qadını Nino, gözəl erməni qızı Lusine, Nanna, sadə və cazibədar erməni tarix müəlliməsi, gözəl, valehedici rus qadınları obrazları ilə tanış oluruq. Kitabda bir ağıllı, gözəl Azərbaycan qadını obrazına rast gəlməmək həyatda belələrinin olmaması demək deyil, Seymurun dünyasının Avropada çoxdan həll olunmuş cinslərarası problemi özü üçün həll edə bilməməsi, qadın haqda fikirlərində Cəlilabad avtobuslarının şoferlərilə eyni cür düşünməsi, üstəlik bu ayıbına kor olmayıb onu dilə gətirməsidir. Bəlkə müəllif çoxsaylı Qafqaz səfərləri üzündən Azərbaycanda ağıllı, gözəl, müdrik, sadə qadınlarla tanış ola bilmir. Əslində belə qızlara doğrudan da Seymurun vaxtını keçirdiyi “Arzularımın qanadı”, “Monolit”, “Şirzadın altında”kimi kafelərdə rast gəlmək qeyri – mümkündür. Romanda rus, erməni və gürcü qadınlarının müdrik, ağıllı, gözəl, azərbaycanlı qadını isə yalnız fahişə və “rusdilli çuşka sevgilim” kimi təsvir edilməsinin səbəbləri biz ilk oxucuları çox düşündürdü. Sonda belə nəticəyə gəldim ki, Ə.Haqverdiyevin kinayəyə tutduğu ənənəvi Azərbaycan kişisi kompleksləri postmodernist elan olunmuş yazarımızda da var, Çar Rusiyası kimi uzaqgörən siyasi sistemlər tərəfindən formalaşdırılmış erməni, gürcü qadınına heyranlıq kimi kodlaşdırılan və genlərlə keçən “qan yaddaşı” arxetipi qalib gəlib. Bu yanaşmanı ya da Freydin kitablarıyla izah etmək olar…
Üçüncü mükafat “Ilin maskulin yazarı”. Düşünmədən bu mükafatı Seymur ağaya (yazı boyu Seymura başqa xalqların dilində müraciət (cənab, müsyö) edirəm. Amma öz aramızdır, ağa, ya da əfəndi müraciəti onun patrialxal-qəbilə fikirlərinə daha çox yaraşır) vermək olar. İndiyə qədər mütərəqqi ideyalar daşıyıcısı kimi tanıdığım Seymur Baycanın romanını oxuduqdan sonra “Səndə, Brut” deməkdən başqa bir söz tapmadım. Məni təəcübləndirən və kədərləndirən intelektual insan kimi tanınan və ya tanınmaq istəyən müsyö Baycanın belə elmsiz mövqe ilə çıxış etməsidir. Əgər bu obrazları Aqşin yaratsaydı, mən bunu normal qəbul edərdim. Haşiyə çıxıb deməliyəm ki, “xoruzdöyüşdürən kişi” təfəkkürülə öz azərbaycanlı qadınına “aaz, keç içəri” deyib, sonra onun səviyyəsindən şikayət edən, onda azadlıq, elm, sənət eşqi görməyəndə bundan şikayətlənən, onu ictimai işdə - mətbuatda, sərgi salonunda görəndə isə bunu fahişəlik adlandırıb xırda qeybətlərə məruz qoyan, deməli, qadında nə görmək istədiyini bilməyən patriarxal-qəbilə təfəkkür daşıyıcıları Seymur ağadan başqa, yeni nəsil ziyalılar, AYO-çu kişilər, hətta gənc dalğaçılardır. Saatlarla insanların bərabərhüquqlu olmalarından, qadına necə hörmət etdiklərindən gün işığında, treninqlərdə danışa bilərlər. Amma evdə hamısı qayıdıb olur kişimərkəzçi təfəkkürün primitiv daşıyıcısı, qadının ən ali vəzifəsini küftə-bozbaş bişirməsində görürlər.
Dördüncü mükafat “İlin ən qəddar antiqadın cümləsi”. Romanı oxumayanlar üçün qısa özət. Turistləri İçərişəhər ilə tanış edən romanın qəhrəmanı qrupdan olan təbii ki, yenə ”agıllı və maraq doğuran” rus qızı ilə “flört”ə,ona gül alıb saçlarına düzməyə başlayır. Birdən özü- özünə sual verir: “4 il bir yastığa baş qoyduğum “rusdilli çuşka sevgilim Seva”ya niyə bu vaxta qədər gül almamışam?” Və çox düşünmədən “canı çıxardı rus doğulaydı” kimi qəddar cümləsi ilə özünə bəraət qazandırır. Həlal olsun Seymur ağa, sözsüz bu cümləniz sizin kimi düşünən dostlarınız tərəfindən böyük simpatiya ilə qarşılandı və qarşılanacaq. Özünüz deyib, özünüz əl çalırsız. Avropa, Amerika, Rusiya oxucularının diqqətini çəkməyə iddialısız, amma dünya Taliban düşüncəli kişilərin mətnini oxumur, onlarla dialoq belə, qurmur, onlara yazığı gəlir və bombalayır Əfqanıstanı bombaladığı kimi.
Beşinci mükafat “İlin mühafizəkar kişi yazarı”. Mən öz səsvermə hüqüqumdan və feminist qadınlarla tanışlığımdan istifadə edib təkidlə bu mükafatın Baycan əfəndiyə verilməsinə nail olacağam. Zahirən çox demokrat obrazını yaratsa da, Seymur Baycan romanda qadına verdiyi qiymətlə mühafizəkar şərqli kişidən başqa bir şey olmadığını göstərdi. XX əsrin əvvələrində də intelligentlerimiz əcnəbi xanımların heyranları idilər. Fatmalar, Ayşələr, Banular isə evde interyerin bir hissəsinə çevrilmişdilər. Onlar əcnəbi xanımların zəkasına, özünü aparmasına heyran idilər. O qadınların belə olmasında sözsüz ki, onların kişilərinin rolu böyükdür. Ruslara və Avropalı xanımlara heyran olan intelegentlerin zamanından bir əsr keçir. Dəyişən nədir? Mən elə bir dəyişiklik görmürəm. Yenə xalqın nadanlığı, ziyalılarımızın Kefli İsgəndər həyat tərzi, bunun fonunda müsəlman Şərqi kişisinin qadına paltaryuyan, uşaq böyüdən, yemek hazırlayan ev maşını kimi baxması… Amma bütün bu nadanlıq qadına hissiz, duyğusuz ev əşyası kimi baxmaqdan başlamırmı?
Əslində Nərmin Kamal haqlıdır. Avropalı, amerikan azərbaycanlı qadını alıb özünə xanım edir, yəni bu xoruzdöyüşdürənlərin zövqü-səviyyəsi avropalılardan da üstündür ki, onlar bəyənəni bunlar bəyənmir?! Bizim seymurlarla mübarizə aparmaqdansa qadınla davranmağı bacaran əcnəbi kişilərin qadını olub, sizi yaratdığınız cahil qadınlarla, sonda dönəcəyiniz və evlənəcəyiniz kəndinizdəki qul psixologiyalı “sən nə deyirsən, düz deyirsən”, “sən bilən məsləhətdir” şüurlu xalaqızlarınızla təkətək qoymaq ən maraqlı çıxış yoludur…
Seymur deyə bilər ki, normal Azərbaycan qadını obrazı yaratmaqda çətinlik çəkməsinin səbəbi şərqli qadını komplekslərindən azad, uğurlu, intelektual Azərbaycanlı qadınlarının əhali nisbətinə baxanda az olmasıdır. Yenə də bu, ona “Azərbaycan qadını toyuq-cücədir” hökmünü verməyə əsas vermir. Əgər biz küçədən keçən 10 ağ maşın görürüksə, buna görə “bütün maşınlar ağdır” demək məntiqi yanlışlıqdır. Azərbaycanlı həmcinslərimin və həmyaşıdlarımın çoxunun az qala yeganə arzusu “Çağteks”dən gəlinlik geyinib, “7 gözəl” salonunda bəzənib, “Neolit” restoranında özünə toy etməkdir. Səbəbini də anlayıram, ərə gedib ailə qurmaqdan çox onlar heç olmasa, bir gün diqqət mərkəzində olmaq istəyirlər. Toy günü əcaib saç düzümləri başlarında quraşdırıb, üzlərinə əfsanəvi yapon qeyşalarını kölgədə qoyan qədər kosmetika çekirlər, güzgü qarşısında dəfələrlə məşq etdikləri kimi xüsusi kraliçalara məxsus əda ilə gəlin və bəy masasında oturub, qohum-qonşu ilə şəkil çəkdirirlər. Ən azı bir gün özlərini xoşbəxt hiss edirlər. Amma belə qızların çoxluq təşkil etməsində günahkar kimdi, cənab ziyalılar? Əlbəttə, ilk növbədə siz kişilər və kişimərkəzçi cəmiyyətimiz. Əsrlər boyu qadınlara sadəcə nəslin davamçısını dünyaya gətirən, qab və paltaryuyan, bozbaş bişirən, soyuq gecələrini yataqda qızdıran maşınlar kimi baxan kişilər. Siz yeni ziyalılar postmodern düşüncə tərzinin köməyilə bu alışılmış şablonları dəyişməkdənsə, onları çeynəyib durursunuz… Azərbaycanın postmodernisti də qadına eyni cür yanaşır, adi “Qazel” şoferi də.
« Yaşıl Teatrda “Şərq-Qərb” Beynəlxalq Kinofestivalının açılış mərasimi keçirilib | Əsas səhifə | “Azərbaycan nağılları” çin dilində »




Bölmə: 









Rezo adlı istifadəçi, Sentyabr 6, 2007 tarixində, saat 17:59 yazıb:
Vefa xanim,
Siz haqlisiniz. Azerbaycan qadinini arvad eleyen, ruslari ve bashqalarini xanim eden ele bizim oz muselman kishilerimiz olub. Muasirleshmekde olan gencliyimiz ise evde gorduklerinden yazir. Bu millet, nesl, mentalitet problemidir. Yegin ki, vaxt kecdikce bizde de qadinlara munasibet deyishecek. Axi biz Avropaya (yavsh-yavash olsa da) integrasiya edirik.
Şahanə adlı istifadəçi, Sentyabr 6, 2007 tarixində, saat 19:21 yazıb:
Vefa xanim, ellerinize saqliq!
Bu, fikirleriniz ucun.
Seymur beye cavab ucunse onun kitabini oxumaq lazim gelecek teessuf ki…
Tural adlı istifadəçi, Sentyabr 6, 2007 tarixində, saat 22:55 yazıb:
Seymur duz yazib…o olani gosterir bir daha olmamasi uchun
Seyid Ramin adlı istifadəçi, Sentyabr 6, 2007 tarixində, saat 23:44 yazıb:
Mən belə düşünürəm ki, seymur 2-ci romanını sifarişlə yazıb. Özüdə xarici təşkilatların sifarişi ilə. Əgər belə olmasaydı seymur Azərbaycan qadınını fahişə adlandırmazdı. Hər halda düşünməyə dəyər…
scorpion adlı istifadəçi, Sentyabr 7, 2007 tarixində, saat 01:34 yazıb:
Vəfa xanım yazı üçün çox sağ olun!!! Ancaq mən fikirləşirəm ki, Seymur Baycanın və onun kimilərin cavabı “Alma” qəzetinin bu həftəki sayında Lalə xanım Cavanşirin Aqşinə ünvanladığı yazısında daha dəqiq verilib. Bu yazını yalnız adları və sitatları dəyişməklə yüzdə-yüz Seymur Baycana aid eləmək olar. Məsləhətdir ki, hamı bu yazını “Alma” qəzetinin saytından oxusun. Oxumayıbsa elə Seymur Baycanın özünün də oxuması məsləhətdir.
Ryabina adlı istifadəçi, Sentyabr 7, 2007 tarixində, saat 04:39 yazıb:
“Alma” da çıxan bir yazımda “Azad qadın olmaq yox, azad kişinin qadını olmaq lazımdır” sözlərimi əldə baryaq edib qəzetin növbəti sayındaca öz iç dünyasının zindan xislətindən xəbər verən bir yazıyla çıxış edən Aqşinə heç bir cavab reaksiyası nümayiş etdirmədim…Zatən bu MAS (hərflərin yerini hər kəs zövqünə görə dəyişə bilər)- Murad, Aqşin, Seymur bermudunun cavabı sonradan daha tutarlı və kəskin veriləcəkdi…Hələ ki bu mənasız adamların Azərbaycan qadını haqqında sağa-sola cəfəng səpələməyinə bir az da imkan vermək gərək idi ki, özlərini-sözlərini bir az da biabır eləsinlər…
Öncə Lalə Cavanşirin yazısını oxudum “Alma”da…sonra Vəfa Cəfərovanın yazısını oxudum “Reytinq”də…
Əlbəttə ki əllərinə sağlıq..!
Elimizin gözəl məsəlləri var, hayıf ki el içində onları çəkmək olmur…
Nə isə…Sizə uğurlar, qızlar..!
Duzgun Sehv adlı istifadəçi, Sentyabr 7, 2007 tarixində, saat 07:00 yazıb:
Ay camaat,
Belke o kitabda Seymur Baycan ozunun qadina olan munasibetini deyil, umumiyyetle siravi, tehsilsiz ve s. bir azerbaycan kishisinin munasibetini tesvir edib? O kitabi Seymur yazib deye, o kitabdaki qehremanlarin dilinden cixan ele Seymurun azeri qadinina munasibeti kimi qeleme verilmelidir? Bes bu yazicinin deyek ki tenqid etdiyi xarakterlerin dilinden bir shey yazmaga haqqi yoxdur?
Seymurun bir qehremani bele deyir deye, Seymurun qadina munasibeti de ele o qehremaninin dediyi kimi oldu? Sabir “oxutmuram, el cekin” deyende tehsile oz munasibetini ifade edirdi, yoxsa oz dovrunun axmaqlarinin?
Novarg adlı istifadəçi, Sentyabr 7, 2007 tarixində, saat 11:22 yazıb:
Men basha dushmurem, bir mutantin sersemlemesi niye bu qeder musakire olunur…?
Tural adlı istifadəçi, Sentyabr 7, 2007 tarixində, saat 16:03 yazıb:
Hemishe bele olub…Seymurun yazilari niye xoshuvuza gelmir??heqiqeti yazir ona gore??? eslinde her gun qadinlar barlardan saunaya dahsinir,coxlarini ishe duzeltmek adindan istifade edib bashqa ishlert gorurler, bir qalstuk vurub televizorda azerbaycan qadini verilishine oxshar bi seyler aparanda haminin xoshuna gelir chunki serf edir axi..teki menim evimdekiler evde olsun bashqasi ne qelet eliyir elesin shuari bugun haminin bashindadi..Niye razi olmursuz ki?? Seymur eslinde bilir ne edir.Bilir ki bele adamlara cavab vermeyin en yaxshi yolu ironiyadir,satiradir…en azindan
Urmu » Archive » سئيمور بايجان و اونون ” قادينلاري ” - وفا جعفرووا adlı istifadəçi, Sentyabr 7, 2007 tarixində, saat 21:48 yazıb:
[...] kultaz.com/200… [...]
Emin adlı istifadəçi, Sentyabr 7, 2007 tarixində, saat 23:47 yazıb:
men bu kitabi yari etmisem,hele axira qeder oxumamisam.Ancaq her sey aydindi artiq.Burda Seymur milleti yeni usulla oyatmaga,pis seylerden iyrendirmekle cekindirmeye calisir.Qadinlara geldikde ise o da yene menim fikrimce dogru seyi yazib.Indi siz ozunuzu guzgude gorduz.Ve hemcininde qeyri-azeri qadinlarin simasinda sizi nece gormek istediyini yazib.Sizse ele Seymurun kitabda sizi tanitdigi kimi hereket edirsiz.Ancaq gerek sizler deyisilesiz
Persiani adlı istifadəçi, Sentyabr 8, 2007 tarixində, saat 02:33 yazıb:
Aqshinle bu yaxinlarda etdiyim bir sohbet zamani misal getirdiyi qadinlar-demiryolu yaxinligindaki kafede fahishelikle meshgul olanlar, kendden gelib yatagxanada fahishelikle meshgul olan telebe gizlar ves. bu kimi misallar. Bu insanlarin loru dilde desek “krug”u-chevresi bele insanlardir, axi onlar harda gorubler agilli, gozel, esil-necabetli,hereketlerinden,hetta baxishindan kubarliq yagan xanimlarimizi, ishguzar qadinlarimizi, qerb universitetlerinde oxuyan, muhazire soyleyen, qerbli kishileri bele ozune heyran eden genc gizlarimizi??Ashig da gorduyunu chalar da, gormeyibler de buna ne deyesen?bir adi var-gormemish!
aishen aliyeva adlı istifadəçi, Sentyabr 10, 2007 tarixində, saat 06:55 yazıb:
Men inanmiram ki agilli azeri qizi Seymur kimilere baxib hele onlarla gozel munasibet qursunlar. O insanlarin ne qeder puc olmalari ele ilk cumlelerinden bilinir. Tamam men Seymurla raziyam men demirem ki azeri qizlarinin hamisi melek, ilahedirler. Aramizda Seymurun tesvir etdikleri yeterincedir amma bunu butun azeri qizlarina aid etmesi ozuneguvenden, bashdan yuxari danishmadan ve yazmadan bashqa bir shey deyil. Ne yaziq ki Seymur Baycan, senin tesvir etdiyin azeri qizlari qeder senin kimi dushunen AZERI oglanlariniz var. haralarda gezib nerelerde vaxt keciren sizlerin agilli azeri qizi gormeyimize imkan yox.
Qan TURALI adlı istifadəçi, Sentyabr 10, 2007 tarixində, saat 17:38 yazıb:
Azərbaycan qadını nə qədər dözümsüz imiş. :)) Romandır da yazıb. Guya bunu deməklə siz pis olursunuz?
aishen aliyeva adlı istifadəçi, Sentyabr 10, 2007 tarixində, saat 23:29 yazıb:
Ele deyil qan turali. gorursen sen biz yazdigimiza tepki verdiyin kimi biz de ona tepki gosteririk. Amma biz demekle deyil o da var.Ne ise men o romani oxumaq hevesinden vaz kecdim bunu yeqin bilirem.
Natiq adlı istifadəçi, Sentyabr 11, 2007 tarixində, saat 17:06 yazıb:
“Et ve et mehsullarin”dan sonra inanmiram ki Seymur nese zay shey yazsin. Qoyun oxuyaq gorek ne demish?Burda aga Ramin yazib ki? bu roman xarixi kesfiyyatin sifarisi ile yazilib. bax ele buna gore de bu kitabi oxumaga dəyər
elminhesenli adlı istifadəçi, Sentyabr 13, 2007 tarixində, saat 00:42 yazıb:
bu yaxinlarda senet qezetinde seymurun musahibesi olacaq. orda haminiza cavab verilecek.
Seyyida adlı istifadəçi, Sentyabr 13, 2007 tarixində, saat 15:46 yazıb:
Qadinlarin eleyhine yeni kompaniya baslanilir. Bu hefte Seymur Baycan ve Qan Tural da bu kompaniyayaya qosulacaq. Bir sozle, gozleyin. Aqsin ise Celilabaddan qayidib.
Seyid Ramin adlı istifadəçi, Sentyabr 13, 2007 tarixində, saat 16:18 yazıb:
seymur cavab verə bilirsə, əvvəlcə mənə cavab versin, sonra sənətə…
scorpion women adlı istifadəçi, Sentyabr 13, 2007 tarixində, saat 22:01 yazıb:
yazarlar Vefa xanim kimi xanimlarimiz cavablarini vererler!
Haci Natiq Allahshukur adlı istifadəçi, Sentyabr 14, 2007 tarixində, saat 13:19 yazıb:
Roman misilsizdir. Onu ele alib sonunana catmadan yere qoymaq qeyri mumkundur. Dogrudur ciriq Seymur burada mentaltenimizi qamcilayib. Neyneyek bu onun terbiyesidir de. Kitabin butun sehfeleri yeyib icmekdir. Mence bu roman adi sklet-memuar yox bagirsaq-memuar adlanmaliydi
elmin adlı istifadəçi, Sentyabr 15, 2007 tarixində, saat 17:45 yazıb:
İKİUZLU ADAMLARDAN ZEHLEM GEDİR! BU XANİM OZU BUTUN GUNU BU POSTMODERNİST ADLANAN ADAMLARLA OTURUB DURUR SONRADA ONLARDAN YAZİR!BU seymur baycanı REKLAM ETMEKDEN BASQA BİR SEY DEYİL
oteri adlı istifadəçi, İyul 4, 2008 tarixində, saat 08:26 yazıb:
Elminle raziyam.
muxtar adlı istifadəçi, İyul 5, 2008 tarixində, saat 18:22 yazıb:
siz ne eşə baxarsiz.
teliz?