Qaynar xəbər portalı

Kitab dünyası


“Məni Azərbaycanda ən çox narahat edən kinoteatrlar məsələsidir. Vaxtilə Azərbaycanda ən gözəl “Nizami” kinoteatrı idi. İndi isə o kinoteatr çox pis vəziyyətdədir. Bir “Azərbaycan” kinoteatrı çox azdır. Amma bilirəm ki, söz veriblər, “Nizami”, “Dostluq” və başqa kinoteatrlar yeni avadanlıqla təmin ediləcək”. Rusiyanın mədəniyyət işçisi, həmyerlimiz Yuli Qusman “OLAYLAR”a verdiyi açıqlamada belə deyib. Y.Qusman Bakı ilə bağlı təəssüratlarını da bölüşüb. Aktyor hesab edir ki, Bakı gündən-günə gözəlləşir: “Bizim şəhərin dəyişməsi məni heyrətləndirir. Mən hələ Yaşıl Teatrda olmamışdım. Səhnə balaca, amma çox gözəldir”. Həmyerlimiz onu da bildirib ki, Azərbaycanda son vaxtlar kino sahəsində görülən işlər müasir filmlər üçün yol açacaq.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: