Sen
7
Kanal bunu mentalitetlə əlaqələndirir, rejissor isə deyir ki, filmi məhv ediblər
İctimai Televiziya sentyabrın 5-də nümayiş etdirdiyi rejissor Ayaz Salayevin «Yarasa» filmindən iki intim məqamı efirə verməyib. Teleşirkətin mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov «Media forum»a deyib ki, İTV ailəvi kanal adı qazandığından filmdəki iki fraqmentin geniş auditoriyaya göstərilməsini məsləhət bilməyib və onları çıxarıb: «Həmin səhnələrə kimsə öz evində oturub videokasetdə, diskdə baxa bilər». Davamı…
Sen
7
Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında “Lənkəran TV”-nin tezliyi üzrə elan olunan təkrar müsabiqənin yekunları müzakirə edilib.
MTRŞ-dən APA-ya verilən məlumata görə, Şuranın qərarı ilə müsabiqənin yeganə iştirakçısı olan “Cənub TV” MMC-yə 6 il müddətinə yayım üçün xüsusi razılıq (lisenziya) verilib. Davamı…
Sen
7
Ələkbər Muradov
əməkdar incəsənət xadimi
Rəssamlar İttifaqınnı üzvü
Yaxşı rəssam sözlə yox, tablosu ilə tanınır, yadda qalır.
Kinostudiyanın 70-ci illəri yadıma düşür. O vaxtlar kinofilm istehsala buraxılanda və quruluşçu rejissor özünə yaradıcı qrup toplamağa başlayanda (və yaxud həmən rejissorun öz həmfikirləri var idi) birinci növbədə yaxşı quruluşçu operator və quruluşçu rəssam axtarışında olurdu. Özü hər dəfə bu iki nəfəri xüsusi seçirdi. Çünki filmin görünən tərəfi bu iki nəfərdən asılı idi. Böyük zövqə məxsus yüksək professionallar ilk növbədə filmdən filmə keçir, onunla işləyənlər «yaxşı oğlan» - rəssam olub bu siyahıya düşürdülər. Həmin məşhur rəssamın yanında «dekorator» kimi vəzifə alanlar çox sevinirdilər. Davamı…
Sen
7
Onun yerinə köhnə rəhbərlik qayıdıb
Xəbər aldıq ki, ötən ay Bakı şəhər İcra Hakimiyyətinin göstərişi ilə Yaşıl Teatra direktor təyin olunan Gövhər Həsənzadə həmin vəzifədən uzaqlaşdırılıb. Mənbənin məlumatında bəstəkar xanımın vəzifədən getməsinə səbəb onun teatrın repertuarını düzgün qurmaması göstərilir. Teatrın fəaliyyətinin ilk aylarında Nadir Qafarzadənin orada çıxışı da misal olaraq qeyd olunub. Xatırladaq ki, Gövhər xanım uzun müddətdir Şəhriyar adına mədəniyyət sarayına rəhbərlik edir və eyni zamanda o, bir sıra estrada mahnılarının müəllifidir.
Məlumatı dəqiqləşdirmək məqsədi ilə Yaşıl Teatrla əlaqə saxladıq. Telefon dəstəyini teatrın keçmiş rəhbəri Eldar Xəlilovun qaldırması informasiyanın doğru olduğuna bir sübut idi. Diqqətinizə çatdıraq ki, uzun illər teatrın direktoru kimi çalışan Eldar Xəlilov sənət ocağının açılışından bir neçə gün sonra vəzifədən uzaqlaşdırılmışdı. Davamı…