Qaynar xəbər portalı

Kitab dünyası


KadrƏləkbər Muradov
əməkdar incəsənət xadimi
Rəssamlar İttifaqınnı üzvü

Yaxşı rəssam sözlə yox, tablosu ilə tanınır, yadda qalır.
Kinostudiyanın 70-ci illəri yadıma düşür. O vaxtlar kinofilm istehsala buraxılanda və quruluşçu rejissor özünə yaradıcı qrup toplamağa başlayanda (və yaxud həmən rejissorun öz həmfikirləri var idi) birinci növbədə yaxşı quruluşçu operator və quruluşçu rəssam axtarışında olurdu. Özü hər dəfə bu iki nəfəri xüsusi seçirdi. Çünki filmin görünən tərəfi bu iki nəfərdən asılı idi. Böyük zövqə məxsus yüksək professionallar ilk növbədə filmdən filmə keçir, onunla işləyənlər «yaxşı oğlan» - rəssam olub bu siyahıya düşürdülər. Həmin məşhur rəssamın yanında «dekorator» kimi vəzifə alanlar çox sevinirdilər. Həmən quruluşçu rəssam rejissor və operator ilə ssenarini oxuyub obyektləri seçəndən sonra, onların çəkdikləri gələcək filmin kadrlarını tablolarda əks etdirirdi. Bu da komissiya tərəfindən qəbul olunmalı idi. Bu tablolara baxdıqda gələcək filmin kaloriti, ritmi, qəhrəmanları haqqında tam təsəvvür yaranırdı. O gözəl tabloların yanında filmin qəhrəmanlarının kostyum eskizləri asılırdı. Bu eskizlər yüksək professional səviyyədə qəbul olunurdu. Çəkiliş qrupunda işləyənlər quruluşçu rəssamın tablolarından gözaltı eləyirdilər ki, münasib bir zaman düşən kimi, onları öz «otaq»larından assınlar. Elə indi də belədir. Amma indi rəssamların işlərini divardan asmırlar. Köhnə filmlərdən qalan eskizlər yenə otaqları bəzəyir. Yaxşı, görəsən indiki rəssamlar niyə gələcək filmi görmürlər? Daha doğrusu, eskiz çəkmirlər. Ya da elə çəkirlər ki, xala xətirin qalmasın…
Yaradıcılığına və şəxsiyyətinə böyük hörmət bəslədiyim Elbəy Rzaquliyev İçərişəhərdə keçirdiyim fərdi sərgidə zarafatca bir gözəl söz dedi:
- Ələkbər, bu rəssamlığı biz tullamışıq, indi sən götürmüsən?
Elbəy müəllimin zarafatla dediyi bu sözdə bir həqiqət də var. Niyə bu dırnaqarası quruluşçu rəssamlar əllərinə fırça götürüb, gələcək filmin bəzi epizodlarına eskiz çəkmirlər? Bəlkə heç rəssamlarda təqsir yoxdur? Epizod var ki, onlar da çəksin? Bəs necə olsun?
Bu sualın cavabını indi yaxşı bilirlər. Rəssam, ssenaristdən tutmuş operatora, aktyorlara qədər, öz məsləhətini verir. Bir adam da demir ki, ay kişi, get, öz işinlə məşğul ol. Sənin aktyorla nə işin var? Rejissor yoxdur bəyəm? Elə çıxır ki, yoxdur. Deyirəm bəlkə bunlar doğrudan əllərini heç rəngə bulaşdırmaq istəmirlər. Təsadüfən bir heykəltaraş dostumun emalatxanasında bir qucaq plakat və xırda kalendarda bir tanış üz gördük. Rəssamdır, deputatlığa namizəddir. Həmin plakatda oxudum ki, bu yoldaş Moskva Kinematoqrafiya İnstitutunu bitirib və s. və i. a. Amma doğrusu onun bir dənə də olsun filmdə işləməyi yadıma gəlmir. Doktorluğu yazan vaxt onunla söhbətimiz oldu. Çox böyük bir mövzu idi. Ancaq bu mövzunu yazmaq üçün heç olmasa bir filmdə işləmək lazım idi. Bəlkə də yox. Müəyyən bir məbləğ verəndən sonra «Xəzən dənizinin suyunun ayda rolu» mövzusunda dissertasiya yaza bilərsən. Nə isə, onsuz da bunların yazdıqların heç kim oxumur. Qayıdaq öz doğma studiyamıza. Axı doğrudan da bu studiyanın gözəl ənənələri olub. Burada, mənim yadıma gələn, Cəbrail Əzimov, Kamil Nəcəfzadə, Elbəy Rzaquliyev, Nadir Zeynalov, Rafiq İsmayılov, Fikrət Bağırov- böyük rəssamlar işləyirdi.
Bunlar idi «Azərbaycanfilm»də çəkilən filmin estetikasına cavabdeh…
Görəsən bu yaranan boşluqda özlərinə yer tutmuş indiki rəssamlar heç olmasa bu rəssamları yada salırlarmı? Deyəsən, yox? Yada düşsəydilər ekranda görünərdilər.
Mənə elə gəlir ki, indi zaman dəyişib. Tək heç kim işləmək istəmir. Axı rejissoru tək qoymaq olmaz! Ona məsləhət verə-verə elə rejissor olurlar. Rejissordan yüksəyi var görəsən? Gərək rejissor olasan ki, belə süni rəssamlardan, operatorlardan baş açasan.
Kinomuzun yenidən dirçəldiyi bir vaxtda doğrudan da özümüz özümüzə qarşı çox məsuliyyətli olmalıyıq. Tariximizi yaddan çıxarmamaq şərti ilə… Öz işimizlə məşğul olmaq lazımdır. Bəlkə də gecdir. Yox, saf-çürük eləmək həmişə lazımdır. Cavanlar bizim kino tariximizə hörmətlə yanaşıb kinoya gəlməlidirlər. Onlarda təqsir yoxdur axı… Onlar nə görürlər, elə bilirlər ki, kino elə belə də çəkirilir.
Mən həmişə demişəm, yenə dneyirəm: indi və beş-altı ildən sonra adamlar çıxıb deyəcək ki, «Məşədi İbad»ı mən çəkmişəm, «Uzaq sahillər»i mən çəkmişəm, «Ögey ana»nı mən çəkmişəm. Hamı bir-birinə təəccüb və həsrətlə baxacaq…
Hər şey yaddan çıxıb axı…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: