Qaynar xəbər portalı

Kitab dünyası


Həmid Herisçi, şeirlər


Bölmə Bölmə: Ədəbiyyat | Göndər Göndər | Çap et Çap et | 485 oxunma

Həmid HerisçiAğıllı kukla

Ay uzunsaç, qaragöz,
ağıllı kuklam mənim!
Gəl «Əlifba» oxuyaq,
sən şagird ol, mən müəllim.
Bir de görüm «A»,
ay gözəl kukla!
Yoxsa səninlə
danışmaram haa…

***

Sonra gəl
qumar oynayaq sənlə.

Elə bir qumar ki
lap axırda
gecənin özü
gəlib girişsin bu oyuna,
salsın bizi orda öz toruna.
Qocaların muğamatına,
nisgilli sınıq tarına

düşək…
çayxanaların tənha söyüdü kimi
təklənək,
Şampan dolu qədəhlərə atdığımız
buz parçaları
əriyənədək,
acı taleyimiz dəyişsin…
Bu an
çiyinlərim öz üzərində
sənin
incə barmaqlarını
hiss etsin…

Hakimiyyətdəki
oğraş əleyhü-salamlar,
ruhumuzu hifz etsin!

Sonra, gəl, köhnə yorğan-döşəyimizi
sökək,
Onların qədim yununu,
xəstə ruhunu,
ordakı ölməz qoyunu,
çırpıb, təzədən dirildək.
Əlində çubuq
yun çırpan qarılar tək,
əbədiləşdirək
QOYUNU…
Minillik bir yuxunu,
tarixin əprimiş yununu.
Qismətimizdəki
OYUNU.

***
Sonra gəl girək
pirlərin, çildağların
üfünətli ayaqyollarına,
yazaq oranın divarlarına:
«sənin 17 gün vaxtın qalıb qalıb!»

Bu kəlmələri,
işəyənlərin
alın yazısına oxşadıb,
yazıqları xeyli həyəcanlandırıb,
onları, nəzir qutularının hüzuruna
təzədən qaytarıb,

özümüzü ağıllı bilək…
Gizləyək
bu sirri,
hamıdan… hamıdan.
Qonşu arvadların
iti qulaqlarından…

***
Ay mənim ağıllı kuklam!
Sənsən mənimçün
BMT, Avropa birliyi, SNQ,
QUAM…
Sənsən,
alt tumanına tikdirdiyim
sonuncu
müqəddəs duam…
Bir vaxt, «Pravda» qəzetinə bükdüyüm
sovet malı, dadlı-sevimli kolbasam!

De görüm
neyçün, arvadlar
pullarını güzgülərin önünə
atırlar?
Güldanların içində saxlayırlar?
İnanırlar
güzgülərdə bu pulların artacağına?
Güldanda gül açacağına?
Tüpürüm,
bu burjua əxlaqına!

Mən, nişan üzüyü taxmaq fikriylə
sənin barmağına,
gör gedib çıxdım haralara,
hansı bahalı dükanlara…
sənsə cavab vermədin
bircə sualıma…

Nə verdin sən
yaratdığım
QUAM-a?…

***

Gəl sənin boynunu buraq,
Səni lüm-lüt soyunduraq,
Sonra səni çırıl-çılpaq
Dubaya,
ərəblərə yollayaq.

Meyidin, bilirəm, gec-tez
ordan,
Fars körfəzindən
tapılacaq!

Sadə bir hərfi,
bütün əyər-əskiyimizi
sən bilmirsən ki…
İncimə kukla
alırsan «iki»!
UROLOGİYA İNSTİTUNUN DAŞ MUZEYİNDƏ

Tozu da…

Hətta tozu da
ağırmış
yaşadığımız bu
çürük həyatın…

Sən
bunu
tozlu çəkmələrinin
ağırlığından
duymalıydın.

Sən
türk dönərçilərinin
enli bıçaqlarına
başqa təyinat tapmalıydın…
Əzrayılın deputat toxunulmazlığını
sən heç… heç eee
saymamalıydın…

Bəs neyçün
saydın?
Küçələrin daş-qəmbərini çıxarıb
Oliqarxların sifətinə atmadın?

bil ki,
bu ölkədə
arvadların yazdığı cadu duası,
sonra,
kələm, yarpaq dolması,
Şəki halvası
eyni bir üsulla
qatlanıb,
bükülür…
Gözlərimizin yaşı tökülsə də,
Böyrəklərimizin daşı
tökülmür…

Uzağa getmə, elə gəl
Uralogiya İnstitunun
daş muzeyini götür,
Ordadı
canımızdan, böyrəklərimizdən,
öd kisələrimizdən,
canımızdakı əksinqilabi nüvədən
çıxan qara daşlar…

Gəlin oranı gəzək
ay avaralar,

qırmızı briqadaçılar…

Yoxsa, sabah bu sirlərin üzərinə
Çox milli bir qazan qapağı
qoyacaqlar!!!
Bax, yaxşı bax,
bu daş
Prezident sarayında işləyən
məmurun
böyrəyindən çıxarılıb.

Tərkibində qızıl aşkarlanıb.

Bayıl zindanındakı
bütün daşlar,
polis kapitanlarının öd kisəsindən
çıxardılanlar,
heç bilməmişik,
görürsən,
doğmaca qardaşımışlar…

Bu daş isə,
kəskin sancı verirmiş
xalq şairinin
öd kisəsinə,
Sovet vaxtı Kislovodskidə
içdiyi suların təsiriylə,
həmin daşda çat yaranıb,
müstəqillik dövrü
həmin çatları
yenə də malalayıb…

Muzey işçisi - əyrimçə bir qız,
keçir izahata,
fəlsəfi qatlara,
ən oğraş fikirlərini
saxlayaraq ehtiyatda:
- Prezidentlərin
böyrəyindən, öd kisəsindən,
sidiyindən, ürək hissəsindən
çıxanları
götürüb
apardılar…
Heyif…
Gecələr
onlar
bilirsizmi necə
işıldayırdılar?
Andıraqalmışlar,
bizə
bircəciyini də saxlamadılar…

Mən çaşıram…
Şeytanlarla tək qalıram.
Divarda hərəkət edən
kölgəmdən də
ayrılıram…

Özüm dönüb daş oluram
Məmurların öd kisəsində,
sidiyində,
işəməyində.
Bu dünyanı tərk edirəm
daşların, duzların tərkibində!
İnanmağa başlayıram,
1920-ci ildə, Krım sahillərində
bir ağqvardiyaçı gəmisində
vətəni tərk etməyimə.

Qulaqlarımı tuturam
həmin gəmi fit verəndə…

Allah rəhmət etsin mənə…
Mayakovskinin ənənələrinə

Mənə… proletar
şairinə…
Vətənim SSRİ-yə!
Kim gətirib məni saldı
indinin daş ölkəsinə?

Kommunizmə yox…

Neolitə,
Neolitə…

***
Bu yaz fəsli
heç kimi, heç nəyi sevmədim…
Kimsəyə «Dayan! Mənə bax!» demədim,
həyətimizdəki heyva ağacının
al çiçəklərindən başqa…

MƏDAİN XƏRABƏLƏRİ

Biz ədl sarayıykən, zülm ilə xarab olduq,
Zalimlər olan qəsrə, gör, neyləyəcək dövran.

Sarsıtdı kim əflaka qalxan belə eyvanı,
Göylərdəki qüvvətmi etdi, ya fələk viran?

Xaqani, bu dərgahdan sən daima ibrət al,
Ta almaq üçün ibrət gəlsin qapına xaqan.
Məhv olacaq Azərbaycan!

(Xaqani Şirvani, «Mədain xərabələri» qəsidəsindən)
Ey qurumuş gül,
ümüdsüz cümlələrdən sonrakı
nöqtəli vergül,
Vətən çöllərində
saçı tökülmüş yetimçə
süsən-sünbül…

Bir gün
Ermitaj muzeyindən MƏƏktub gəldi
MƏƏdəniyyət NAAZirimizə -
-«İcazə verin,
Naxçıvanın «Xaraba-Gilan» xarabalıqlarında
ARxeoloji qazıntılar aparaq,
dindən, siyasətdən uzaq.
gəlin vaxtı çox da uzatmayaq…
qazıntı qurtaranadək
haramdı bizlərə araq-marağ»…

İcazə vermədilər,
bərk əsəbləşdilər,
«tariximizi erməniləşdirirlər!»
fəryadının nida işarəsini göndərdilər
soyuq Neva sahillərinə…

«Xaraba-Gilan»
həmişə xaraba qalmalıymış…

Üzərində daim
tənha ulduz yanmalıymış,
bu ulduz göyləri belində daşıyan
Nikolaydanqalma hambalıymış…
Sovet vaxtı
atası zavmağıymış…
mütləq
o ulduz haqda
zəif gəraylı YAZmalıymış
oğraş bir kənd balası,
gözündə süzmə torbası,
əlində Şəki halvası!

Latın hüruflarına keçməyimizə baxmayaraq,
hələ yüz il kirill hərifləriylə YAZılmalıymış
ata-ana söyüşləri
bu xarabalığın uçuq divarlarına

yayın istisində
yemək süfrəsinə çırpılan
milçəköldürənlərin ŞAPPILTISINA
bütün millət oyanmalıymış

«Xaraba- Gilan»ın
uyqusunu POZMAmalıymış.

Gicmolla çobANLAR
itmiş isteDADlar,
Səməd Vurğunlar, SƏMƏDə vurğunlar,
İynəvuranlar
yolunu AZmalıymış,
muğamatla yoğrulmalıymış
orda

Həm də
bu çobanlar
dükandan aldıqları yumurtaların üstünə
götüpoxlu övladlarının
nəcisini yaxMALIYMIŞ,
«kənd yumurTASı» kimi satmalıymış
sadəlövh Bakı sakinlərinə…

Eşq olsun ruzu gətirən,
Ölkəyə rusu gətirən,
Andreas Qrossu gətirən
vətən nəcisinə!

Çobanlar qırxıncı otağın sirrini
orada tapmalıymış,
orda TARix TAMamlanmalıymış,
çobanlar o sirri
satmalıymış
razılaşma yoluyla
qonşunun səfeş oğluyla
birgə
Aeroport bazarında…
Güllü yorğanını çək başına
Yat

Hamı qurban olsun
oğlunun
daşşağına!

Özümüz qazarıq oraları
«Yeni Musavat»ın bütün köşə yazarları
«Qafqaz müsəlmanları idarəsi»nin işbaz,
aşbaz mollaları
öz nüvəsini,
oğraşlığın ümummilli türbəsini,
vətən torpağını ən qoca
kərtəngələsini
bulacaq oralardan…

Budaqları ilbiz yuvalı,
küləyin tərpətdiyi raziyana kolları,
örnək götürsün bizdəki
hissiyyatdan…
Göydə
sinəsini toqquşduran
göyərçin quşlarından
bizdəki şeriyyəti gözləmə.

Qurban olum, Azərbaycan…

Xaraba-Gilan, Xaraba-Gilan…

Ağzım acıdı,

Gərək qaşıq götürüb
bütün yas məclislərinin
halvasını
yaralayam…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Şənbə, Sentyabr 8th, 2007 tarixində 16:42 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

7 şərh var


  1. ceyhun musaoglu adlı istifadəçi, Sentyabr 8, 2007 tarixində, saat 19:15 yazıb:

    super!super!super! insan necisine bulashan sherlerin cicek iyi verir!


  2. ehtiram adlı istifadəçi, Sentyabr 8, 2007 tarixində, saat 20:35 yazıb:

    oxudum. cox bedbinlik ashilayan sheyler.eslinde butun qoyunlar ozlerini xoshbext hiss etmelidirler mence . cunki, qurban olaraq allah onlari secdi.


  3. Rəbiqə adlı istifadəçi, Sentyabr 8, 2007 tarixində, saat 22:36 yazıb:

    hech beyenmedim


  4. scorpion adlı istifadəçi, Sentyabr 8, 2007 tarixində, saat 23:30 yazıb:

    Həmid bəy siz get-gedə nə qədər də Qəşəm Nəcəfzadənin karikaturasına oxşayırsınız.Deyəsən son vaxtlar ancaq Qəşəmin cızmaqaralarını oxuyursunuz.


  5. Ryabina adlı istifadəçi, Sentyabr 9, 2007 tarixində, saat 07:05 yazıb:

    Uşaq vaxtı Mayakovskinin dəli-dolu şeirlərini sevmişdim…sadəcə onu digərlərindən fərqləndirən qarşısıalınmaz bir od-alov vardı şeirlərində…sonra özünü yandıran bir od-alov…Həmid bəyin də şeirlərində dəli-doluluq duyulur…amma hikkəli bir adamın deyinməsindən başqa bir şey deyil bu…burda heç od-alov da yoxdur…partlayıb daşmış kanalizasiya sistemi var…nə isə…ardından Allah qorusun…oxucuları…


  6. Çılğın adlı istifadəçi, Sentyabr 9, 2007 tarixində, saat 11:27 yazıb:

    Cox maraqlidir….


  7. Novarg adlı istifadəçi, Sentyabr 9, 2007 tarixində, saat 12:52 yazıb:

    AYB`deki Qeshem`in AYO`daki varianti - Hemid… Yerlerini deyishdirsek muvafiq olaraq sheirlerin de obyekti deyisher…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: