Qaynar xəbər portalı

Qan TuralıQan Turalı

qan_tural@yahoo.com

Havaların istiləşib soyuqladığı bu günlərdə kitab oxumaq insan yeganə xilas yolu kimi gəlir. Son vaxtlarda bir xeyli kitab oxumuşam. Əvvəlcə Orxan Pamukun “Kar” romanını Şərif Ağayarın təbiri ilə desək su kimi içdim. Daha sonra Qoqolun “Taras Bulba” povestini oxudum. Artur Heylinin “Aeroport” romanı bir il idi ki, evdə yatırdı. Seymur Verdizadəyə onu oxumaq üçün verdim. Davamı…


Xeyli vaxtdır ki, təmir olunan Azərbaycan Kinematoqrafçılar İttifaqının təmir işi yubanır. Sentyabrın sonu üçün ittifaqın təmirdən çıxacağı deyilsə də, bu iş ləngiməkdədir. Davamı…


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin mədəniyyət departamenti bu il Bakıda ABŞ filmləri fesivalı keçirməyi planlaşdırsa da, bu baş tutmadı. Davamı…


Sentyabrın 28-29-da Qurban Səidin “Əli və Nino” romanının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Bu barədə APA-ya Almaniya-Azərbaycan Cəmiyyətinin sədri Cingiz Abdullayev məlumat verib. Davamı…


Bakıda ilk dəfə keçirilən Beynəlxalq Uşaq Film Festivalının iştirakçıları mükafatlandırılıb. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya bildirib ki, festivalın “Qran-pri”sinə Gürcüstanın “Pionerfilm” studiyasının istehsalı olan “Qızıl balıq” filmi layiq görülüb. Davamı…


Norveç bəstəkarı Edvard Qriqin vəfatının 100 illiyi münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Norveç musiqiçilərinin konsert proqramı təşkil olunacaq. Davamı…


Bu gün IX “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalının bağlanış mərasimi keçiriləcək. APA-nın məlumatına görə, sentyabrın 5-də start götürən festival çərçivəsində Azərbaycandan “Məhkumlar” (rejissor - Mehriban Ələkbərzadə, 2007), “Cavid ömrü” (rejissor - Ramiz Həsənoğlu, 2007), Ukraynadan “Çay kənarında” (rejissor - Eva Neyman, 2007), Rusiyadan “Şəxsi heçnə” (rejissor - Larisa Sadilova, 2007), “Sadə şeylər” (rejissor - Aleksey Popoqrebskiy, 2006), Davamı…