Sentyabrın 28-29-da Qurban Səidin “Əli və Nino” romanının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Bu barədə APA-ya Almaniya-Azərbaycan Cəmiyyətinin sədri Cingiz Abdullayev məlumat verib. Onun sözlərinə görə, cəmiyyətin təşkil etdiyi tədbirdən öncə Qurban Səidin yaradıcılığına həsr olunmuş “Xatirə kitabı” çap olunacaq. Kitabda Qurban Səidin əlyazmaları, məktubları yer alacaq. Romanın yubiley tədbirində Azərbaycan, Almaniya, Gürcüstan və Rusiyanın elm və mədəniyyət xadimləri iştirak edəcəklər.
« I Beynəlxalq Uşaq Film Festivalının “qran-pri”sini Gürcüstan qazandı | Əsas səhifə | ABŞ filmlərinin Bakıda festivalı baş tutmadı »




Bölmə: 








