“Gözəl gözlər naminə” adlı foto-müsabiqə keçirilir
Yazar: Kənan Məcidov | Bölmə: Foto | Tarix: 11 Eylül, 2007
Bəzən bir baxış insanın o ankı bütun sevincini, kədərini, xoşbəxt və ya qəmli olduğu bir anı – bir sözlə o ankı emosiyalarını ifadə edə bilir. İnsanın bütünlükdə daxili aləmini əks etdirəcək baxışı tutmaq isə heç də asan deyil. Bu cür baxışı təsadüfi çəkilmiş bir kadrda da tutmaq olar, bəzən isə illərlə bir obraz üzərində işləmək, lakin istənilən nəticəni əldə etməmək də olar. İnternet, rəqəmli TV, rəqəmli rabitə xidmətləri ilə məşqul olan Rusiyanın “Akado” şəbəkəsinin həvəskar və peşəkar fotoqraflar arasında keçirdiyi “Gözəl gözlər naminə” adlı foto-müsabiqədə də əsas məqsəd bu çətinliyi aşmaqdan ibarətdir.
Təşkilarçıların “musbət emosiyalar” müsabiqəsi adlandırdıqları bü müsabiqə iyul-dekabr ayları arasında keçiriləcək və hər mərhələdə üç qalib seçiləcəkdir. Müsabiqə haqqında daha ətraflı məlumat almaq və iştirak qaydaları ilə tanış olmaq üçün bu keçiddən istifadə edin.





Yüklənir...