Oktyabrın ortalarında Hollandiyada keçiriləcək beynəlxalq kinofestivalda Azərbaycan da təmsil olunacaq. Bu barədə APA-ya “Yeni Dalğa” Prodüser Mərkəzinin direktoru Rasim Həsənov məlumat verib. O bildirib ki, festivalda “Keçid” filmi nümayiş olunacaq. Bu festivaldan əvvəl isə sözügedən ekran işi sentyabrın 14-dən 19-na kimi Qazaxıstanda keçiriləcək beynəlxalq kinofestivalda iştirak edəcək. R. Həsənovun sözlərinə görə, mərkəzin istehsalı olan “İlahi heyvan” sənədli filmi oktyabrın sonunda Antalyada keçiriləcək “Qızıl portağal” kinofestivalında nümayiş olunacaq. Həmin sənədli film noyabrın əvvəlində Gürcüstanda keçiriləcək festivala da qatılacaq.
« “Yuğ” teatrı bu həftə yeni layihənin icrasına başlayacaq | Əsas səhifə | Luçano Pavarottinin vəsiyyəti açıqlanıb »




Bölmə: 








