Dövlət “Yuğ” Teatrı bu həftə “Mən Məhəmməd Füzuli…”adlı layihənin icrasına başlayacaq. Bu barədə APA-ya Dövlət “Yuğ” Teatrının direktoru Tərlan Cəfərov məlumat verib. Onun sözlərinə görə, layihəyə Məhəmməd Füzulinin “Vəsl”, “Hicr”, “Rüsva”, “Yar”, “Rəhm”, “Bəlayi-eşq”, “Əfğan”, “Ya rəb” adlı əsərləri əsasında hazırlanmış tamaşalar daxildir. Layihə rejissorlar Vaqif İbrahimoğlu, Mir Sahib, Tural Mustafayev, Mikayıl Mikayılov, Günay Səttar, İradə Səyya, Şahbaz Rəsulun quruluşunda hazırlanacaq: “Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə həyata keçiriləcək layihənin uğurla keçəcəyinə ümid edirəm. Layihənin ilin sonuna kimi təhvil verilməsini planlaşdırırıq”.
« İçərişəhərin elektron xəritəsi hazırlanacaq | Əsas səhifə | “İlahi heyvan” sənədli filmi Türkiyə və Gürcüstanda keçiriləcək kinofestivalda iştirak edəcək »




Bölmə: 








