Bu gün “Azərbaycan” kinoteatrında “Yeni Dalğa” Prodüser Mərkəzində istehsal olunan “Cavid ömrü” iki seriyalı bədii filminə ilk baxış olub. APA-nın məlumatına görə, yazıçı Anarın ssenarisi əsasında Ramiz Həsənoğlunun quruluş verdiyi “Cavid ömrü” filmi dövlət sifarişi ilə istehsal olunub. Filmdə Hüseyn Cavid rolunu Rasim Balayev, İblis rolunu Məmməd Səfa, Mircəfər Bağırovu Ramiz Novruz, Müşgünaz rolunu isə Dilarə Əliyeva canlandırıb. Film Hüseyn Cavidin həyatından bəhs edir.
« Luçano Pavarottinin vəsiyyəti açıqlanıb | Əsas səhifə | Dövlət hesabına filmlər Ekspert Şurası tərəfindən seçiləcək »




Bölmə: 








