Bu gün saat 18.00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının önündə Füzuli meydanında 2007-2008-ci illər teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan teatrlarının nümayəndələri, dövlət və teatr xadimləri, tanınmış müğənnilər iştirak ediblər. Tədbir zamanı həmçinin Azərbaycan teatrlarının aktyorlarının ifazında maraqlı səhnəciklər oynanılıb. Davamı…

Sen
14
Sen
14
“SAVADLI MİLLƏTİN TƏMƏLİ - SAVADLI QADIN” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Bu gün Muzey Mərkəzində tədqiqatçı Fuad Axundovun Hacı Zeynalabdin Tağıyevlə bağlı “Savadlı millətin təməli - savadlı qadın” kitabının təqdimat mərasimi keçirilib. BMT İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun dəstəyi ilə çap olunan 168 səhifəlik kitab islam dünyasında müsəlman qızlar üçün ilk məktəbin təsis edilməsinə həsr olunub. Davamı…
Sen
14
“Azərbaycan ədəbiyyatında ədəbi tənqid, ədəbiyyatşünaslıq süqut eləyib”
Bölmə: Ədəbiyyat | ≅ 1 şərh var
Xalq yazıçısı Sabir Əhmədli: “Bütün Ermənistan oğlumun qatilidir”
- Bir ara səhhətinizdə problemlər yaranmışdı. İndi necəsiniz?
- İndi yaxşıyam. Bu yeni məskənimə yavaş-yavaş öyrəşirəm. Hələ ki, mənim bu təzə məskəndə bir növ ərkim ötən tanışım-dostum uşaqlardır. Başqa elə bir həmsöhbətim, mənimlə gəzən, oturub-duran yoxdur. Bura da yaxşı yerdir, amma heç hara Cəbrayılın yerini vermir.
- Azərbaycanın bir qrup ziyalısı bu yaxınlarda Qarabağa səfər etdi. Belə bir səfər çərçivəsində Cəbrayıla gedərsinizmi?
- Mənim ermənilərə münasibətim heç cür barışdırıcı ruhda deyil. Bilirsiniz ki, oğlum şəhid olub. Mən onun şəhidliyinin faciəsini yaşamaqla bərabər, hər an qisasını alacağım barədə fikirləşirəm. Keçmiş mədəniyyət naziri Polad Bülbüloğlu atasının Şuşadakı evindən torpaq gətirdi. Mən isə bir ovuc yox, bu boyda respublikanın 1/5 hissəsini tutmuş düşməndən torpağımı bütöv almaq istəyirəm. Bəs o min hektarlarla torpağı kim ovcuna alıb gətirəcək? Davamı…
Sen
14
Musiqili Komediya Teatrı yeni mövsümü “Qısqanc ürəklər” tamaşası ilə açacaq
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 98-ci teatr mövsümünə sabah “Qısqanc ürəklər” tamaşası ilə başlayacaq. Bu barədə APA-ya teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarova məlumat verib. Davamı…
Sen
14
Dövlət Gənclər Teatrı yeni mövsümə sentyabrın 15-də “Dünyanın axırı” tamaşası ilə başlayacaq. Bu barədə APA-ya teatrın direktoru Həsən Həsənov məlumat verib. O bildirib ki, Gənclər Teatrı 19-cu teatr mövsümünün açılışını yeni binasında qeyd edəcək. Davamı…
Sen
14
Azərbaycanın teatr tarixində ilk dəfə olaraq İblis rolunu qadın aktrisa ifa edəcək. Bu barədə APA-ya Azərbaycan Dövlət Gənclər Teatrının direktoru Həsən Həsənov məlumat verib. Onun sözlərinə görə, Hüseyn Cavidin məşhur “İblis” faciəsinin qəhrəmanı olan İblisi Azərbaycanın bir neçə tanınmış aktrisası oynamağa çalışıb. Davamı…
Sen
14
“BAKIFİLM” “QIZLAR”ı ÇƏKİR
Bölmə: Xəbərlər | ≅ 1 şərh var
Bir müddət əvvəl fəaliyyətə başlayan “Bakıfilm” kino şirkəti yerli serial həvəskarları üçün əsl sürpriz olacağını vəd edir. Öyrəndik ki, hazırda “Qızlar” serialının çəkilişləri gedir. Davamı…
Sen
14
AZDRAMA ABŞ-DAN DƏVƏT ALIB
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi ABŞ-a dəvət olunub. Teatrın direktoru Maqbet Bünyadovun sözlərinə görə, M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsəri ilk dəfə orada nümayiş etdiriləcək. Davamı…
Sen
14
Rüstəm Behrudinin 50 yaşı tamam olub.
Şair sənət dostları ilə birgə yubileyini təntənə ilə qeyd edib. Yubiley gecəsinə qatılanlar arasında şairin yaxın qohumları və qələm dostları olub. Davamı…








