Qaynar xəbər portalı

Kitab dünyası


Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 98-ci teatr mövsümünə sabah “Qısqanc ürəklər” tamaşası ilə başlayacaq. Bu barədə APA-ya teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarova məlumat verib. Yeni mövsümün ilk tamaşası olan “Qısqanc ürəklər”i Ramiz Mirişli və Marat Haqverdiyev qələmə alıb. Truppa ilin sonuna kimi tamaşaçıları üç premyeraya dəvət etməyə hazırlaşır. İlk premyera Faiq Sücəddinov və Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” tamaşası olacaq. Bundan başqa teatrda İmri Kalmanın iki əsəri səhnələşdirilir. Öncə tamaşaçılara “Bayadera”, sonra isə “İddialı qaraçı” əsərləri təqdim olunacaq.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: