Dövlət Gənclər Teatrı yeni mövsümə sentyabrın 15-də “Dünyanın axırı” tamaşası ilə başlayacaq. Bu barədə APA-ya teatrın direktoru Həsən Həsənov məlumat verib. O bildirib ki, Gənclər Teatrı 19-cu teatr mövsümünün açılışını yeni binasında qeyd edəcək. Açılış günü tamaşaçılara təqdim olunacaq “Dünyanın axırı” tamaşasının ssenari müəllifi və rejissoru Rəhman Əlizadədir. Tamaşada əsas rolları Sərvər Əliyev, Cəmilə Allahverdiyeva, Hüsniyyə Əliyeva və başqaları ifa edirlər.
« Azərbaycan səhnəsində ilk dəfə olaraq İblisi qadın oynayacaq | Əsas səhifə | Musiqili Komediya Teatrı yeni mövsümü “Qısqanc ürəklər” tamaşası ilə açacaq »




Bölmə: 








