Qaynar xəbər portalı

Kitab dünyası


Kulturoloji turizm


Bölmə Bölmə: Mədəni İnqilab | Göndər Göndər | Çap et Çap et | 558 oxunma

Aydın XanAydın Xan (Əbilov),
yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri

Bu günlərdə Avropadan mənə Almaniya Federativ Respublikasının dövlət qurumu tərəfindən dünyanın aparıcı dillərində nəşr olunan «Almaniya» dərgisinin yeni sayını göndərmişdilər. Mədəniyyət və turizm məsələlərinə həsr olunmuş dərginin bu maraqlı yeni sayının əsas intonasiyası belə idi: qiymətlərin bahalığına, mənzərəli təbiətinin yoxluğuna baxmayaraq, Almaniya özünün minlərlə muzeyiylə, hər il müntəzəm keçirilən musiqi, mətbəx, poeziya, folklor, kitab, kino festivallarıyla, beynəlxalq idman yarışlarıyla, sərgiləriylə və b. kulturoloji hadisələriylə dünya turistlərinin sevimli səyahət - görüş yerinə çevrilir. Bundan isə həm dövlət büdcəsi qazanır, həm böyük alman mədəniyyəti təbliğ olunur və dünya ictimaiyyətinə tanıdılır, həm də estetik sahələrin inkişafına yeni təkan verilir…
Diqqətlə nəzər salsaq, son vaxtlar Azərbaycanda da bu istiqamətdə böyük layihələr həyata keçirilir: ölkə başçısının sərəncamı ilə məmləkətimizin hər yerində olimpiya mərkəzləri tikilir, muzeylərimiz, teatrlarımız, mədəniyyət ocaqlarımız, konsert saraylarımız təmir edilir, bəziləri yenidən qurulur, bərpa edilir, təzələri yaradılır, turizm və səyahət, Aydın Xanın kitabıkütləvi əyləncə obyektləri, müxtəlif ulduzlu mehmanxanalar inşa edilir.
Bu yaxınlarda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birbaşa iştirakı ilə Beynəlxalq Düma - Qafqaz Turizm layihəsinə start verilib. Ən son fakt kimi isə Prezident İlham Əliyevin sivilizasiya mərkəzləri sayılan qədim İçəri Şəhər və ulu Qobustanla bağlı tarixi fərmanlarını xatırlatmaq mümkündür. Deməli, dövlət səviyyəsində dünyada gedən qlobal kulturoloji proseslərə vaxtında reaksiyalar var…
Bəli, dünya turizm sənayesi artıq əyləncə hadisəsi funksiyasını dəyişərək, qlobal mədəniyyətlərarası mübadilə - tanışlıq prosesinə çevrilir. Aydın məsələdir ki, münaqişə bölgəsi sayılan, turizm infrastrukturları hələ də beynəlxalq standartlarına cavab verməyən Güney Azərbaycanı dünyanın müxtəlif ölkələrindən axışan turistlərdən ötrü daha çox sivilizasiyaların qovuşduğu egazkar, qədim mədəniyyət məkanı kimi daha çox maraqlıdır. Respublikamıza axışan xarici ziyarətçilərin sayının ildən-ilə artmasını da daha çox bu amillə izah etmək mümkündür. Dövlət rəsmilərinin də vurğuladıqları kimi, bizdə turizm-əyləncə sahəsində xidmət xərcləri çox bahadır və əcnəbi turist o qiymətə rahatca gedib Misirdə, Türkiyədə və hətta Şərqi Avropa ölkələrində baş çəkə, istirahət edə bilər.
Bizim hamımız, istər dövlət orqanları - Mədəniyyət və Turizm Nazirliyi, rayon və şəhərlərdəki əlaqədar idarələr, istər ictimai təşkilatlar - turizm, art-turizm, eko-turizm, səyahət, tələbə turizmi, etno-turizm, daxili və xarici səyahıt və b. problemlərlə məşğul olan vətəndaş cəmiyyəti təsisatları, istərsə də bu tezinkişaf edən sahəyə maliyyə vəsaiti yatıranlar - biznes qurumları, fərdi sahibkarlar çalışmalıdır ki, ölkəyə təşrif buyuran hər bir əcnəbi turist sadəcə gəzməyə, Azərbaycanı görməyə gəlməsin, həm də buranı yaxından öyrənsin, mədəniyyətimizi, həqiqətlərimizi, tarixi-mədəni irsimizi tanısın və ən əsası isə buradan geri dönəndə haqqıödənilməyən reklamçıya, təbliğatçıya çevrilsin. Əslində bu qlobal kulturoloji turizmin əsas tələblərindən - standartlarından biridir.
Bu il Respublika Mədəniyyət və Turizm Nazirliyinin Bakıda, eləcə də bölgələrdə keçirtdiyi Novruz şənlikləri, nar bayramı kimi milli hadisələr beynəlxalq aləmdə böyük kulturoloji-turistik əks-səda oyatdı. Nə üçün də Azərbaycanda Şərq poeziyası və mətbəxi festivalı, yaxud milli plov və paxlava günləri, xalq musiqisi, muğam, folklor rəqsləri karnavalı təşkil edilməsin?! Bakıda bu günlərdə keçirilən beynəlxalq caz festivalını xatırlatmaq isə lap yerinə düşər…
Hər bir azərbaycanlı isə tanıdığı xaricini məmləkətimizə dəvət etmək üçün istənilən sivill vasitələrdən - İnternet və elektron yazışmalardan, məktublaşmadan, şifahi dəvətlərdən və b. üsuldan yararlanmalıdır.
Yazıçı dostum Elçin Hüseynbəylinin yenicə işıq üzü görmüş roman-ekskursunu - «On üçüncü Həvari - 141-ci Don Juan» kitabını əlimə alan kimi ağlıma belə bir fikir gəldi: nə üçün də Oruc bəy Bayatlı, yaxud qədim İpək Yolu, Naxçıvandakı Nuh peyğənbərin gəmisi kimi Azərbaycanımızın keçmişini Avropa və dünya tarixinə calayan hadisələrlə bağlı qlobal turist marşurutlarını layihə şəklində gerçəkləşdirməyək. Bunulu isə Azərbaycan özünün mədəni sərvətlərini maddi zənginliyə çevirərək əcnəbi səyahətçilərinin axışdığı kulturoloji turizm məkanına çevrilə bilər…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (11 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Şənbə, Sentyabr 15th, 2007 tarixində 13:05 radələrində Mədəni İnqilab bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

7 şərh var


  1. xaoskar adlı istifadəçi, Sentyabr 15, 2007 tarixində, saat 18:31 yazıb:

    Zahir bey, ciddi ve spesifik materiala gore size ve Aydin Xana minnetdarliqimizi bildirirem…

    Bize zamanin debine, nebzine, ruhuna cavab veren bu cyur analitik yazilar vacibdir…


  2. artyazar adlı istifadəçi, Sentyabr 15, 2007 tarixində, saat 21:28 yazıb:

    Salam, oxucu dost!
    Əgər mənim bashqa yazılarım, bir sözlə, intellektual və kulturoloji mətnlərlə, maraqlı şəkillərlə, dəyərli materiallarla tanış olmaq istəyindəsənsə, bura daxil olmağa səni dəvət edirəm:

    http://www.artyazar.azeriblog.com

    http://www.virtualroman.azeriblog.com

    Sayğılarla: Aydın Xan


  3. Novarg adlı istifadəçi, Sentyabr 19, 2007 tarixində, saat 10:45 yazıb:

    Aydin muellim,
    Belke, Ermenistan`la munasibetlerimizi kulturoloji aspektlerden tehlil edesiz…? Ne teklif edirsiz veya 10 il sonrani nece gorursuz…? Sizce 10 ilden sonra yene biz Yerevan`a gedib ordan kere yagi getire bileceyikmi Baki`da satmaq uchun…?


  4. Artyazar adlı istifadəçi, Sentyabr 19, 2007 tarixində, saat 21:52 yazıb:

    Novarg, dostum, məgər SSRİ dağılıb?!
    Bəs 30 min erməni deyil Bakıda yaşayan: hər gün azərilərin yatağında bizlərə “Qardaə olub Hayastan - Azərbaycan” şərqisini oxuyan???

    Hər şeyi zamanın öhdəsinə buraxaq - tələsməyə lüzum yox!!!


  5. Araz adlı istifadəçi, Sentyabr 20, 2007 tarixində, saat 00:52 yazıb:

    Turizimla baqli yazinizi oxudum va bayandim. Hormatli Aydinxan bay galacakda turizimla baqli sambali bir dars vasaiti hazirlamaqa caht gostarin bir neca profesional mutaxasislarida bura calb edib dunyadaki dars vasaitlarinida nazardan kecirib na isa hazirlamaq lazimdi cunki bu gun Azarbaycanda turizimcilik ixtisai var amma bu sahada 1 dana bela sambali vasait yoxdu uqurlar…


  6. artyazar adlı istifadəçi, Sentyabr 22, 2007 tarixində, saat 16:57 yazıb:

    Araz, men senin fikirlerini bolushurem, feqet turizm sahesini butovlukde -sistematik olaraq goturende, mutexessisi olmadiqina gore, dusunurem ki, menim bu barede kitab yazmaqim qusurlu alinacaq…
    Bir dushunce adami kimi men yalniz art-turizm ve kulturoloji turizm haqqinda polemika acmaq uchun mulahizelerimi yazmaqa ustunluk verdim…
    Inanmaq isterdim ki, yaxin gelecekde bu problemi de hell eden yeni nesil intellektuallarimiz meydana chixacaq.


  7. Sabina adlı istifadəçi, Noyabr 17, 2007 tarixində, saat 15:24 yazıb:

    Muhаribеnin turizmе tеsiri hаqindа fikirlеrinizi mеnimlе bolusun

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: