Səndəki həyat hadisələri
Orjinal və dəqiq işlənib.
Bax, səndə ərini öldürən qadın
əlinin solğunluğunu
isti qanla yuyub
qırmızı köynək kimi
dizinin üstünə sərib.Səndə qadınları qatilə çevirmək
istəyi
çılpaq qadın şəklinə
baxıb qalxan etirasa oxşayır.
Səndə Xəzər dənizi
qalın meşə kimi
göstərilir və
kölgəsində çimir tamaşaçılar.
Bulvardakı skamyalar
zorlanıb.
Səni orda ilk dəfə öpən kişi
yaxşı yadındadır.
Sonra bir başqası öpdü.
O da yadındadır ki,
500 dollar verib tibb
bacısı düzəldin.
Sonra baş həkim
xalatının düymələrini
pianino kimi dilləndirib
yanıqlı bir hava çaldı.
Xalatının düymələri
sınandan sonra
çıxdın xəstəxanadan.
Rəfiqən səni oynaşının
dostu ilə tanış elədi.
Belinə dəyən təpiklərə
təşəkkür kimi
hər gecə onun
ayağını yudun-
təpiklərin ağırlığı yüngülləşsin
deyə.
Evin kirayəsi üçün
xalçanı, gəbəni satdın
üzüyünü bir şüşə arağa dəyişdin.
Hamilə olmaq qadının təsdiqidir
elə istəyirdin qarnında
uşaq tərpənsin.
Bloknotda kişi nömrələri
mehmanxana nömrələri kimidir,
Hər gecə birində gecələyərsən.
nə deyim,
Hər an mətbəxt bıçağını götürmək
ehtimalın var.
Qadın incəsənətdir-
Gözəllik zibil yeşiyində
bitən göy ota bənzər.
Üslub
Sən bir qəşəng qızıydın
Universitetə qəbul olundun.
Əyani oxumaq istədin
partana əyləşəndə
ilk dəfə dizlərini müəllimin gördü.
Dizlərin plyajdan daha qəşəng idi.
Yaşıdın oğlanları saya salmadın
Quşun yaşlı kişilərə qondu.
Haradan bildin ki,
yaşlı kişilər gənc qızlara
bərk bağlanırlar
Onları itirməmək üçün
hər şeyə gedirlər.
Yaşlı qadınlar da
sütül oğlanları bərk tuturlar.
Bunu sənə inturist
mehmanxanasında
işləyən yaşlı xazejkan söyləmişdi.
Hələ bir dəfə də demişdi
Sən bu bədənlə yaxşı
pul qazana bilərsən
Arvadı ölmüş
bir kişiyə gedərsən.
Hazır ev-eşik sahibi olarsan.
Ona görə də yaşlı kişilərlə
kabab yedin,
Mini yubkalar geydin
Universitetdə qiymətlərini
pulsuz yazdılar.
Ancaq yaşlı kişilərin
arvadları ölmədi ki, ölmədi.
Bir gün xazeykana dedin:
“Mən necə ərə gedəcəyəm”
Kənddə əmin oğluna gedərsən - dedi,
Kənd oğlanları avam olur.
Sonra səni tanış bir ginekoloqun
yanına apardı,
Qızlığını yaxşıca düzəltdi.
Daha bir kişini də
aldada bilərsən - dedi.
Pulunu da yaşlı bir kişi verdi.
əldən - ələ düşdün
dildən - dilə.
Yaşlı kişilərin
arvadları ölmədi ki, ölmədi.
Üzləri bərk imiş.
Sonra da kafedə işlədin
Plyaj dizlərindən daha qəşəngdi.
Hər səhər bir səs gəlir
kafedən
Mən zamanın qızıyam
Köynəyi qırmızıyam.
İç, Çöl
Mən həmişə nazik bədənli bir
qadında
zırpı bir kişi təsəvvür edirəm.
Birdən qadın kişi olur
corabları tərləyən
on il türmədə həyat sürən
qabaqda iki dişi qızıl olan,
bir kişiylə üz- üzə qalmaq
sevdiyin bir qadını unutmaq qədər
ağırdı.
…Sonra kişi qadın olur,
qadın kişi görkəmləri bir-brini
əvəz edir.
Yupyumru qız döşlərinin
qalın mazutlu kişi əllərindən
nə ilə fərqləndiyini anlamıram.
Bəlkə də bu məxluqlar
şəhər evlərinin otaqları kimi
iç - içədirlər.
Əvvəl girirsən kişi,
Sonra qadın,
Və ya əksinə.
Bəlkə qadın kişinin içidir,
Belə də təsəvvür etmək olar ki,
kişi qadının içidir ki, var.
Mən heç cür onları ayıra bilmərəm
Dodaqlarını fərqləndirənə qədər
iş tamam olur.
Bəlkə də onlar çöllərini
gizlədiblər bizdən,
İçlərini eyni rəngli
paltarlar kimi
götürüb səriblər üstlərinə.
Hadisələr
Hara getsən qızlar hadisədir.
Bu səhər başıma
bir qız gəldi.
Avtobusun 30 dəqiqə gecikməyi
aramızda yemək süfrəsi
kimi açıldı.
Qız birdən anladı ki ,
biz onunla araq içirik.
Gülümsəməyi yüz qram olardı.
təzə başlamışam - dedi.
-Axı nəyə görə?
-Həyatımda bir qadın
yerimi unutmaq üçün .
-Bəs sən?
-Mən də bir kişi yerimi
aldatmaq üçün.
-Tez - tez içirsən?
-Hə bütün günü küçələrdəyəm,
Hamıyla vururam.
Mən elə bilirəm qadınlar
küçəyə tökülmüş evlərin
içləridir.
Ev uşağı olduğum üçün
keçib oturururam başda.
-İndi sən məndə yerləşmisən?
-Bə nədir?
Bax bu saat
sənin barmağında
üzük yerini
boğazında sep yerini
üzündə göz yerini
qarnında təpik yerini
belində səhəng yerini
və başqa söyüş yerlərini
eşitdim.
-Sən mənim içimdəsən axı.
Bəlkə bir tikə söz kəsəsən - dedim.
-Söz kəssəm söz olar .
-Yox, mənim sözüm
həyatdan kənara çıxmaz.
-Sənin sağlığına.
-Sağ olun, pamidor götürün.
O bir tikə pamidor götürüb
mindi avtobusa.
-Gəl avtobusda içək.
-Yox, avtobus evə oxşayır.
-Onda sağ ol
-Sən də sağ ol
Bir anda uçub getdi
hadisələr çələngi.
www.qeshemnecefzade.net




Bölmə: 










pishik adlı istifadəçi, Sentyabr 15, 2007 tarixində, saat 13:37 yazıb:
bir daha bu serlerinmuellifinin menasizliginin sahidi oldum…
Şahanə adlı istifadəçi, Sentyabr 15, 2007 tarixində, saat 15:31 yazıb:
Qesem bey, neylediyinizdi????
Bunlar ne seirdir, ne erotikadir, umumiyyetle bunlar hec nedir!
Vallah, adamda insaf yaxsi seydi, cox yaxsi seydi, dinin yarisidi deyirler insaf.
Menasiz seyler yazmaqa sizi ne vadar edir?
Rəbiqə adlı istifadəçi, Sentyabr 16, 2007 tarixində, saat 18:21 yazıb:
Iki sheirden sonra uchuncunu oxuya bilmedim… eger bunlar sheirdise…
Shane xanim haqlidir, bunlar erotika da deyil…
Seyidsasha adlı istifadəçi, Sentyabr 17, 2007 tarixində, saat 11:26 yazıb:
Acigini deyim ki, her zaman yazidan evvel sherhlere baxiram ve mende yazi haqqinda fikir formalasir..
Yazini oxuyub-oxumama isteyi formalasir mende..
Ancaq Qesemin seirlerini oxuya bilmem ucun bir tabletka valiranin cibimde olmasindan emin olmaliyam..
Ona gore de oxumadim..
ehtiram adlı istifadəçi, Sentyabr 18, 2007 tarixində, saat 13:34 yazıb:
zorakiliga meruz qalmish ucuz fahisheler haqqinda subyektiv fikirler
e110365 adlı istifadəçi, Sentyabr 18, 2007 tarixində, saat 14:16 yazıb:
Hörmətli Qəşəm Nəcəfzadə yəqin ki, yazdıqlarına şərh verib, onu sevindirmək istəyindən uzaq olmamı anlayışla qarşılayar, bu səhifəni də yalnız İdarəçidən sorğunu dəyişdirməsini xahiş etmək məqsədilə istifadə etdiyim üçün məndən inciməz. Hörmətli İdarəçi, sorğuda iştirak edənlərin əksəriyyəti fikrini dəyişmədən bəlkə Siz sualı əvəzləyəsiniz? Yazmaq imkanı əldə etmişkən, Azərbaycan musiqisevərlərini bu gün-Musiqi bayramı münasibətilə təbrik etmək istəyirəm. Bir də…yaxşı…yaxşı…heç kəsə salam göndərməyəcəyəm.
Yasin Türksoy adlı istifadəçi, Sentyabr 21, 2007 tarixində, saat 00:40 yazıb:
Qəşəm bəy, gözünüz aydın.
Bu şərhlər da mənim sizə göndərdiyim e-maildə yazdıqlarım kimidir.
Birdən elə bilərsiz AYB üzvüyəm, filanam, nəyəm?
Sıradan bir tələbəyəm, məndə mətbuata, ədəbiyyata həvəs var və nə vax İnternetdə məşğuliyyət(axtarış) edirəmsə Sizi görürəm. İnternetdə yaman təbliğat aparırsız.
Öz aramızdı Seyidsaşa burada da sizdən əl çəkmir.
Qan TURALI adlı istifadəçi, Sentyabr 21, 2007 tarixində, saat 21:18 yazıb:
Qəşəm Nəcəfzadə də sərbəst şeir yazırsa daha bu sərbəst şeirin sonudur.
Qəşəm Nəcəfzadə adlı istifadəçi, Sentyabr 22, 2007 tarixində, saat 09:23 yazıb:
Qan Tural, axır ki, öz adınla bir şey yazdın, ona görə də salam. Əvvəla bu sərbəst şeir deyil, epik şeirdi.ikincisi, mən sərbəst şeir yazanda sən anadan olmamışdın, 1978-ci ildən bəri “ulduz” jurnallarına bax. Onda hörmətli ustadın da əsgərlikdə, daha sonralar isə urusetdə alver eləyirdi.
Guler_miryahya adlı istifadəçi, Sentyabr 23, 2007 tarixində, saat 23:42 yazıb:
Salam Qeshem Muellim:)Raziyam sizinle.Beli siz serbest sher yazanda Qan Turali anadan olmamishdi.Amma sizin serbest sher yazmaniz ele o vaxtda qaldi.Hormetli,yashi cox insansiz.Niye axi ozunuze zulm edirsiz?burda da reytinqdi ne bilim hormetdi zaddi her defe bir az daha itirirsiz.Vallah aciginiza gelmesin sizin sherleri her defe oxuyub sonra serhlere baxanda Ilhame Quliyeva yadima dushur.O da reklamcun cox shey edir.Besdi de,bir az yaziginiz gelsin biz genclere.
Qəşəm Nəcəfzadə adlı istifadəçi, Sentyabr 24, 2007 tarixində, saat 00:17 yazıb:
Gülər xanım, mənim heç vaxt sizin kimi istedadsız gənclərə yazığım gəlməyəcək, çünki siz gənc deyil, ruhən çoxdan qocalmısınız.
Guler_Miryahya adlı istifadəçi, Sentyabr 24, 2007 tarixində, saat 23:59 yazıb:
Eksine Qeshem Muellim.Gorursuz nece de qisqanc olmusuz.Hetda gencleri istedadsiz bele adlandirirsiz.
Menim 21yashim var.Onume gelen her yazini oxuyuram.Bir shey oyrenim deye.Mene izah edin sizin bu ugursuz nesrinizden ne goture bilerem axi men?
Men Ruhen qocalmisham.Fexr edirem.Demek ki yavash yavash ucaliram.Sizse ushaqlashmanizla fexr ede bilmeyeceksiz:)
Orxan adlı istifadəçi, Mart 25, 2008 tarixində, saat 13:36 yazıb:
Hee yaxşıdır amma gələn dəfə şeir de yazarsiniz.
tunzale adlı istifadəçi, İyul 29, 2008 tarixində, saat 05:19 yazıb:
geri qalmish kishi. Bunu xaricde oxusalar gulmekden qarinlarini tutarlar.
Insan ozunu yaxshi gostermek evezine bele de gostere bilermish. Bashqa shey tapmadin yazmaga? Her insanin oz stili var, sen de yeqin o stildesen.
elgun adlı istifadəçi, İyul 29, 2008 tarixində, saat 13:59 yazıb:
tunzale cox hagli
dehsetdi bu adam ayb-de usag bolmesine rehberlik edir
burde derler apardi seller sarani