Qaynar xəbər portalı

İlham ƏliyevPrezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən Roza Cəlilova və Zamiq Əliyevə “Azərbaycan Respublikasının xalq artisti” adı verilib. Bundan başqa Cəlal Abbasov, Gülnaz Abdullazadə, Tahir Atakişiyev, Mobil Babayev, Elnarə Dadaşova, Sərdar Fərəcov, Ülviyyə Hacıbəyova, Qalina Kosyançuk, Rimma Məmmədova, Faiq Nağıyev və Tərlan Seyidova “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” adı verilib. Davamı…


Sevinc-TelmanqızıSevinc Telmanqızının iki yazısına bir cavab

“Yeni Müsavat” qəzetinin köşə yazarı Sevinc Telmanqızı növbəti dəfə gənc yazarları hədəfə aldı. Bir az bundan əvvəl Sevinc yenə də gənclərin üstünə düşmüş və onları dövlətdən təqaüd istəməkdə ittiham eləmişdi. Amma bu açıqca şər idi. Çünki gənc yazarların heç biri təqaüd istədiyini deməmiş, yazmamışdı. Məhz bu cəhətə görə yazı fakturadan kasad və olduqca bayağı alınmışdı. İlk yazısı ilə hədəfə vurmağı bacarmayan Sevinc xanım deyilənə görə YM-ın redaktor heyəti tərəfindən növbəti bir yazı yazmaq tarpşırığını alıb. YM qəzetində belə əmrlər tez-tez olur. Qəzetin redaktoru Zahid Səfəroğlu bir dəfə Azərbaycan xalqına müraciət edərək onları bizə qız verməməyə çağırmışdı. Sevincin də yazısında qız söhbəti var. Guya biz Bakının ən gözəl qızları ilə əylənmək istəyirik. İstənilən insanda bu arzu ola bilər, belə bir arzuya görə insana irad tutmaq yalnız və yalnız gülməlidir vəbunu qəzet səhifələrinə çıxardıb opponentə qarşı arqument kimi istifadə etmək sual doğurur: kim Bakının ən çirkin qızları ilə əylənmək istəyər ki? Davamı…


Qan TuralıQan Turalı
qantural@gmail.com

Seymur Baycanın yeni romanı «18.6 cm»-in çap olunmağından bir neçə gün keçir. Bu vaxta qədər Vəfanın yazısı istisna olmaqla üstəgəl tanıtım xarakterli mətnləri çıxsaq, bu barədə mətbuat heç bir şey yazmayıb. Amma ədəbi kuluarlarda, daha dəqiq desək, çayxanalarda və başqa ünsiyyət formalarında-emaillərdə, smslərdə bu roman haqqında kifayət qədər, əksər hallarda isə neqativ xarakterli mövqelər tüğyan edir. Bu mövqeləri bu cür qruplaşdırmaq olar: Davamı…