Sevinc Telmanqızının iki yazısına bir cavab
“Yeni Müsavat” qəzetinin köşə yazarı Sevinc Telmanqızı növbəti dəfə gənc yazarları hədəfə aldı. Bir az bundan əvvəl Sevinc yenə də gənclərin üstünə düşmüş və onları dövlətdən təqaüd istəməkdə ittiham eləmişdi. Amma bu açıqca şər idi. Çünki gənc yazarların heç biri təqaüd istədiyini deməmiş, yazmamışdı. Məhz bu cəhətə görə yazı fakturadan kasad və olduqca bayağı alınmışdı. İlk yazısı ilə hədəfə vurmağı bacarmayan Sevinc xanım deyilənə görə YM-ın redaktor heyəti tərəfindən növbəti bir yazı yazmaq tarpşırığını alıb. YM qəzetində belə əmrlər tez-tez olur. Qəzetin redaktoru Zahid Səfəroğlu bir dəfə Azərbaycan xalqına müraciət edərək onları bizə qız verməməyə çağırmışdı. Sevincin də yazısında qız söhbəti var. Guya biz Bakının ən gözəl qızları ilə əylənmək istəyirik. İstənilən insanda bu arzu ola bilər, belə bir arzuya görə insana irad tutmaq yalnız və yalnız gülməlidir vəbunu qəzet səhifələrinə çıxardıb opponentə qarşı arqument kimi istifadə etmək sual doğurur: kim Bakının ən çirkin qızları ilə əylənmək istəyər ki? Sevincin yazısında açıqca böhtan var, guya “Anarla, Elçinlə, Fikrət Qoca ilə mübarizə aparıb, onlardan İlham Əliyevə şikayət məktubu göndərən narazı yazarların məntiqi nəyə görə anlaşılan görünməlidir axı?” Bax, bu da şərdir. Belə bir məktub isə həqiqətən yazılıb. Bunu kimsə inkar etmir. Lakin belə bir məktubu Yazıçılar Birliyindən narazı olan AYB üzvləri konkret olaraq desək Mübariz Məsimoğlu, Səfər Alışarlı və başqa yazarlar yollayıb. Sözügedən hadisə keçən il baş vermişdi. Qənimət Zahid bu məktubu çap etməsə də “Azadlıq” qəzetində bir səhifəlik məqalə yazaraq həmin yazarları kəskin tənqid etmişdi, daha bizim haqqımızda bir şey yazmamışdı. Q. Zahid yazmışdı ki, mərhum prezidenti “intriqant” adlandıran Səfər Alışarlı indi nəyə görə onun ovladından kömək istəyir? İndi isə belə bir məktubun varlığından danışıb bizi bu məktuba imza atmaqda ittiham etmək nə dərəcədə gülünc görünür, eləmi? Gənclər İlham Əliyevə cəmi bircə dəfə Rafiq Tağı və Samir Sadəqətoğlunun azadlığa buraxılmasına görə məktub yazmışdılar. Bir də anoloji məktublardan Anar Rzayev onlarla yollayıb. Bu qərəz nəyə görədir? Bilmirik.
Amma Sevinc Telmanqızı sözügedən yazıda qərəzli olduğu qədər intellektual baxımdan kasad da görünür: “Onların təqdimatında işıqlı çox az şey var. Cəmiyyət əclafdır, müxalifət fərsizdir, ziyalılar yaltaqdır, gənc nəsil mənasızdır…. Yaxşı, bəs müsbət heç nə yoxdur?! Bəlkə onu da sizlər yaradasınız?” Söhbət burda nihilist düşüncənin yanlış anlaşılmasından bəlkə də müəllifin belə bir termini heç bir zaman eşitməməsindən gedir. Biz cəmiyyətin dəyərlərinə qarşı gəlirik, onlara ironiya ilə yanaşırıq. Yazdığımız, dediyimiz səhvdirsə deyin səhvdir. Biz dağıdıcıyıq, yaradıcı deyilik. Gərək ki, bu sözü azı on dəfə demişik. İnsanı yanlış mövqeyinə görə irad tutmaq olar, amma onu “nəyə görə sən işıqlı şeyləri görmürsən, yazmırsan” demək 37-ci il ittihamlarına bənzəyir. O zaman Yusif Vəziri, Hüseyn Cavidi məhz sosialist cəmiyyətinin nailiyyətlərini görməməkdə ittiham edirdi və cəzalandırırdılar da. Balzakın bütün əsas qəhrəmanları mənfi tipajlardır. Qobzek, Rastinyak və s. İndi biz ona irad tutaq ki, nəyə görə pislərdən yazmısan? Bəlkə Dostoyoveskinin başına qatil Raskolnikov obrazı yaratdığına görə it oyunu açaq. Bu nə məntiqdir belə?
Yazının ən gülməli yerini təqdim edirik: “Dünya ədəbiyyatı bu mərhələni geridə qoyub, klassizmə, romantizmə qayıdıb. Artıq postmodernizm adı altında təqdim olunan əndrəbadiliklər Qərb oxucusunu təəccübləndirmir”. Qərb oxucusunu nəyin heyrətləndirib heyrətləndirməsini düşünmək absurddur, çünki biz ən azı Azərbaycan üçün yazırıq. Ona qalsa Füzuli də simvolizmi ilə XVI əsrdə bizi “heyrətləndirirdi”, amma Avropa ədəbiyyatından simvolizm yalnız XVI-XVII əsrdə aparıcı janra çevrildi. Bir də Sevinc Orxan Pamukun yazdıqlarını və onun haqqında yazılanları oxuyubmu? Pamuku Avropa postmodernist kimi tanıdı, bu barədə onlarla məqalə yazıldı və Orxan Pamuk keçən il Nobel aldı. Sevincin bu proyomu köhnə priyomdur, çətinə düşəndə Avropanı araya qatmaq üsulunu Anar da vaxtaşırı işə salır. Keçən dəfə hətta Anar demişdi ki, 11 sentyabrdan sonra Avropada postmodernizmin süqutu başlandı. Klassizmin və romantizmin Avropada yenidən dirçəlməsi isə gülüşdən başqa bir şey doğura bilməz, bu da yəqindir.
Sevinc xanımın yazısına cavab yazmaq lazım idi, çünki gənc olub da mühafizəkar qocalar kimi danışanlarla həqiqi gəncləri ayırmaq da lazımdır. Çünki onun dərin intellekti, böyük entuziazmı və geniş erudiyası heç kimdə şübhə doğurmur. Biz cəmiyyətin proqressiv hissəsiyik. Bizi tənqid etmək olar və vacibdir. Lakin “gözəl qızlarla əylənmək istəyi”, “cəmiyyəti qara rəngdə görməyimizlə”, “Anardan İlham Əliyevə şikayət etməyimizlə yox” . Daha ciddi arqumentlərlə, Sevinc xanım, daha ciddi arqumentlərlə. Yazınızı gözləyirik. Siz də YM-də növbənizi gözləyin. İndi Zabil Müqabiloğlunun növbəsidir. Növbəni pozmayın.
Tural
« Seymur Baycanın “18.6″ romanı haqda | Əsas səhifə | Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb »
Yazıya səs verin
Şərhlər
Bu yazı Bazar Ertəsi, Sentyabr 17th, 2007 tarixində 11:54 radələrində Mədəni İnqilab bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.




Bölmə: 










Seyyida adlı istifadəçi, Sentyabr 17, 2007 tarixində, saat 14:16 yazıb:
Tural,qadinlara hucum deyende bunu nzerde tutdur? Fakt budu ki, Sevinci tenqid elemek qadini tenqid elemek deyil. Ozu de Turalin yazisi cox zeif ve menasiz alinib.
Şahanə adlı istifadəçi, Sentyabr 17, 2007 tarixində, saat 14:52 yazıb:
Yazini oxumaqa baslayanda bildim ki, ele Turalindir.
Tural, sade yazmaq ayri seydir, besit yazmaq basqa sey.
Sevinc de ki Allah bilir ne yazib… O da Turaldan bes-beter…
Novarg adlı istifadəçi, Sentyabr 17, 2007 tarixində, saat 15:25 yazıb:
Kimdedir o “genish erudiya”…? -))
Seyidsasha adlı istifadəçi, Sentyabr 17, 2007 tarixində, saat 17:12 yazıb:
Tural yene qan-qan deyir…
scorpion adlı istifadəçi, Sentyabr 17, 2007 tarixində, saat 22:36 yazıb:
Qan-qan deyir ancaq özü qanmır ki, qanmır…
Ramin DECO adlı istifadəçi, Sentyabr 19, 2007 tarixində, saat 14:45 yazıb:
Yazi cox xosuma geldi. Turala aferin deyirem.
we are left ring adlı istifadəçi, Sentyabr 22, 2007 tarixində, saat 21:38 yazıb:
Sevincin yazisini men de oxumusham.Postmodernizmin suqut etmesi barede fikriyel qetiyyen razi deyilem.Eyni zamanda yazisinda Anari,Ekrem Eylislini haqli cixartmaq cehdleri mende yalniz teessuf dogurdu.Amma prinsipce daha tutarli yazi yazmaq olardi.Yazi cox zeif alinib.