Qaynar xəbər portalı

Kitab dünyası


İlham ƏliyevPrezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən Roza Cəlilova və Zamiq Əliyevə “Azərbaycan Respublikasının xalq artisti” adı verilib. Bundan başqa Cəlal Abbasov, Gülnaz Abdullazadə, Tahir Atakişiyev, Mobil Babayev, Elnarə Dadaşova, Sərdar Fərəcov, Ülviyyə Hacıbəyova, Qalina Kosyançuk, Rimma Məmmədova, Faiq Nağıyev və Tərlan Seyidova “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” adı verilib. Prezident həmçinin Həsənağa Abasquliyev, Cabir Abdullayev, Çingiz Axundov, Teyyub Aslanov, Adil Bayramov, Rəhilə Bəndəliyeva, Mircavad Cəfərov, Eteri Cəfərova, Sevda Ələkbərzadə, Almaz Ələsgərova, Kökəb Əliyeva, Gülşən Ənnağıyeva, Kifayət Gəncəli, Nuriyyə Hüseynova, Hüseyn Qafarov, Elçin Qədimov, Elşən Mansurov, Malik Mansurov, Dilarə Mehdiyeva, Sabir Mirzəyev, Sabir Novruzov, Ənvər Sadıqov, Marianna Süleymanova və Natiq Şirinovu “Azərbaycan Respublikasının əməkdar artisti” adı ilə təltif edib. Ədalət Qaraşov, Allahverdi Qulamov, Elxan Məmmədov, Səbuhi Məmmədov, Tamilla Məmmədova, Ülviyyə Məmmədova, Nəzakət Mövsümzadə, İlhamiz Paşayev, Əhliman Rəhimov və Tağı Tağıyev “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” adına layiq görülüb.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: