Qaynar xəbər portalı

Kitab dünyası


Sənəd müvafiq təşkilatlara təqdim edilib

Ötən gün Bəstəkarlar İttifaqının yeni seçilmiş İdarə Heyətinin növbəti iclası keçirilib. Xalq artisti Firəngiz Əlizadənin rəhbərliyi ilə keçirilən yığıncaqda dövlət başçısı İlham Əliyevin 6 avqust 2007-ci il tarixdə “Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondunun yaradılması” ilə bağlı imzaladığı 612 saylı fərmandan irəli gələn məsələlər, təqaüdə adları namizəd göstərilən bəstəkar və musiqişünasların yaradıcılıq fəaliyyətləri müzakirə olunub. İclasda həmçinin 2007-ci ilin sonunadək Bəstəkarlar İttifaqının iş planı, qurumda yeni bölmələrin yaradılması, o cümlədən bölmələrin tərkibi, sədr və həmsədrlərinin namizədliyi təsdiq olunub.
Bəstəkarlar İttifaqında görülən işlərin arasında xüsusi önəm daşıyan məsələlərdən biri də Dəvəçi rayonunda inşa ediləcək Respublika Yaradıcılıq Evinin layihəsidir. Həmin layihə müvafiq təşkilatlara təqdim edilib. İlin sonunadək Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə bir sıra dövlət miqyaslı tədbirlərin keçirilməci planlaşdırılıb.
Qeyd edək ki, tədbirlər planına dirijor və bəstəkar SSRİ xalq artisti Niyazinin anadan olmasının 95 illiyi ilə əlaqədar elmi-praktik konfrans, Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə xalq artisti Tofiq Quliyevin 90 illik yubileyinə həsr olunan tədbirlər, Naxçıvan, Lənkəran və Sumqayıt şəhərlərində mahnı janrına həsr olunan səyyar plenumların keçirilməsi daxildir.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: