Bu il Naxçıvan MR-də 35 mədəniyyət müəssisəsinin fəaliyyəti dayandırılıb. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, fəaliyyəti ləğv edilən müəssisələrin 20-si klub, 15-i kitabxanadır. Nazirlikdən bildiriblər ki, cari ildə Muxtar Respublikanın kitabxana, klub və mədəniyyət evlərində maddi-texniki bazasının araşdırılması, kadr seçimi ilə tanışlıq məqsədilə yoxlamalar təşkil olunub. Davamı…

Sen
19
Sen
19
Anapada “Kinoşok” XVI MDB, Latviya, Litva və Estoniya ölkələrinin XVI açıq kinofestivalı keçirilir
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Rusiyanın Anapa şəhərində “Kinoşok” XVI MDB, Latviya, Litva və Estoniya ölkələrinin XVI açıq kinofestivalı keçirilir. APA-nın məlumatına görə, sentyabrın 16-da start götürən festivalda Azərbaycanda təmsil olunur. Davamı…
Sen
19
«Yaradıcı şəxslər və yaradıcı təşkilatlar haqqında» qanun necəolacaq?
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Nizami Cəfərov Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı kimi qurumları qeyri-hökümət təşkilatı hesab etmir
Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasında Azərbaycanın yaradıcı təşkilatlarını qeyri-hökumət təşkilatlarından fərqləndirmək və yaradıcı birliklərə dövlət qayğısını qanunla tənzimləmək üçün qanun layihəsi hazırlanır. Bu barədə çərşənbə axşamı Parlamentin mədəniyyət məsələləri daimi komissiyasının sədri, millət vəkili Nizami Cəfərov məlumat verib.
«Bəzi hallarda Yazıçılar Birliyi, Rəssamlar, Bəstəkarlar, Kienmotorqafçılar ittifaqları kimi yaradıcı təşkilatlar son illər yaranmış və sayı iki mini keçmiş Qeyri-Hökumət Təşkilatları ilə eyniləşdirilir. Bu isə yolverilməzdir», -deyə komissiya sədri bildirib. Davamı…
Sen
19
Bolqarıstanda keçirilən XII musiqi festivalında ilk yerləri Azərbaycan musiqiçiləri tutub
Bölmə: Xəbərlər | ≅ 1 şərh var
Bolqarıstanda keçirilən XII musiqi festivalında Azərbaycan musiqiçiləri Anar Seyidov I, Mustafa Mehmandarov isə II yeri qazanıb. Bunu APA-ya açıqlamasında əməkdar artist, skripkaçı Zəhra Quliyeva deyib. Z. Quliyevanın sözlərinə görə, Anar Seyidov onun tələbəsidir və Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Mustafa Mehmandarov isə Bakı Musiqi Akademiyasının 10 illik musiqi məktəbində təhsil alır: Davamı…
Sen
19
VIII Tiflis Beynəlxalq Kinofestivalında Azərbaycan da təmsil olunacaq
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
3-9 dekabr tarixlərində Gürcüstanda keçiriləcək VIII Tiflis Beynəlxalq Kinofestivalında Azərbaycan da təmsil olunacaq. Bu barədə APA-ya Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Assosiasiyasının (İFASK) rəsmi nümayəndəsi olan “Nərimanfilm” kino kompaniyasından məlumat verilib. Festivala qatılacaq filmlər Cənubi Qafqaz Panoramasında nümayiş olunacaq. Davamı…
Sen
19
Şərqin ilk operası, Azərbaycan klassik musiqisinin təməli olan Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının 100 illiyi qeyd olunacaq. APA-nın xəbərinə görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bu gün Üzeyir Hacıbəyovun ev-muzeyinin əlavə korpusunun açılış mərasimindəki çıxışında məlumat verib. O bildirib ki, “Leyli və Məcnun” operasının yubileyi 2008-ci ildə təntənə ilə qeyd olunacaq. Davamı…








