Bolqarıstanda keçirilən XII musiqi festivalında Azərbaycan musiqiçiləri Anar Seyidov I, Mustafa Mehmandarov isə II yeri qazanıb. Bunu APA-ya açıqlamasında əməkdar artist, skripkaçı Zəhra Quliyeva deyib. Z. Quliyevanın sözlərinə görə, Anar Seyidov onun tələbəsidir və Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Mustafa Mehmandarov isə Bakı Musiqi Akademiyasının 10 illik musiqi məktəbində təhsil alır: “Həm Anar, həm də Mustafa öz yaş kateqoriyaları arasında yer qazanıblar. Azərbaycan bu festivala ilk dəfə qatılırdı. 15 ölkənin təmsil olunduğu festivalda musiqiçilərimizin ifası xüsusi hay-küyə səbəb oldu”.
Festival çərçivəsində Z. Quliyevanın solo-konserti keçirilib. Konsert proqramında Qara Qarayevin, Fikrət Əmirovun, Rauf Hacıyevin və Avropa bəstəkarlarının əsərləri səslənib: “Konsertdən sonra festivalda iştirak edən musiqiçilər mənə yaxınlaşaraq ifa etdiyim Azərbaycan bəstəkarlarının notlarını istədilər. Mən də onlara əlimdə olan notları və CD-ləri təqdim etdim. Festival çərçivəsində münsiflər heyətinin üzvlərinin ustad dərsləri də keçirilirdi. Münsiflər heyətinin üzvü olmasam da, mənim də 11 ustad dərsim təşkil olundu. Konsertdə amerikalı dirijor Renardo Averbaxxın rəhbərliyi və Bolqarıstan Kamera Orkestrinin müşayiəti ilə Sevda İbrahimovanın “Dünya bir pəncərədir” romansını ifa etdim”.
« VIII Tiflis Beynəlxalq Kinofestivalında Azərbaycan da təmsil olunacaq | Əsas səhifə | «Yaradıcı şəxslər və yaradıcı təşkilatlar haqqında» qanun necəolacaq? »




Bölmə: 









Novarg adlı istifadəçi, Sentyabr 20, 2007 tarixində, saat 18:06 yazıb:
Aferin ushaqlara…