Bu gün Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində “Sülh naminə 1000 qadın” sərgisinin açılış mərasimi keçirilib. Davamı…

Sen
21
Sen
21
Uzun çək-çevirdən sonra nəhayət rəssamlar üçün yaradılacaq Emalatxana Kompleksi üçün yer müəyyənləşdi. Rəssamlar İttifaqının sədr müşaviri Ənvər Qarayevin “OLAYLAR”a verdiyi məlumata görə, kompleks Şıxov ətrafında salınacaq. Davamı…
Sen
21
Sentyabrın 14-dən 19-na kimi Qazaxıstanda keçirilən “Şakin ulduzları” beynəlxalq film festivalında Azərbaycanı təmsil edən “Keçid” filmi “Ən yaxşı qısametrajlı film” mükafatına layiq görülüb. Bu barədə APA-ya “Yeni Dalğa” Prodüser Mərkəzinin direktoru Rasim Həsənov məlumat verib. Davamı…
Sen
21
Dmitri Koqan isə kamera musiqisi axşamı düzənləyəcək
Sentyabrın 22-də M.Maqomayev adına Dövlət Filarmoniyasında simfonik musiqisi konserti olacaq. Konsertdə Ü.Hacıbəyov adına Simfonik Orkestrin müşayiətilə Bethovenin, Motsartın və başqalarının əsərləri səslənəcək. Konsertin dirijoru xalq artisti Rauf Abdullayev, solisti Azad Əliyevdir. Bu barədə “Olaylar”a filarmoniyanın mətbuat xidmətindən məlumat verilib. Sentyabrın 27-də isə burada kamera musiqisi axşamı keçiriləcək. Konsertdə rus skripkaçısı Dmitri Koqan iştirak edəcək. Qeyd edək ki, D.Koqan Azərbaycan tamaşaçılarına artıq tanışdır və o bundan əvvəl də Bakıya gələrək konsert verib. Budəfəki proqram isə M.Rastropoviçin xatirəsinə ithaf olunacaq.
Sen
21
Muzeylərə maraq azalıb
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Artıq robotlar da insanları cəlb etmir
Muzeylərə olan maraq sürətlə azalır. Artıq insanları müasirlərin maraq göstərdiyi robotla da cəlb etmək mümkün deyil. Yaponiyanın Naqoya şəhərindəki robot muzeyi bağlanmaq ərəfəsindədir. Buna muzeyə son zamanlar az adamın gəlməsi və bununla da muzeyin tələbatını ödəməyin mümkün olmaması səbəb olub (”Olaylar”). Qeyd edək ki, muzeydə dünyanın bir çox ölkəsində hazırlanmış unikal robotlar toplanıb. Muzey yaradıldığı vaxt muzeyin 2010-cu ilə qədər fəaliyyət göstərəcəyi və bu illər ərzində minlərlə insanın bura baş çəkəcəyi nəzərdə tutulubmuş.
Sen
21
Azərbaycan bəstəkarlarının 8-ci qurultayında seçilmiş idarə heyətinin sədri Firəngiz Əlizadəyə qarşı mətbuatda Xəyyam Mirzəzadənin ittihamlarl davam edir. Məsələ ilə bağlı Bəstəkarlar İttifaqının mətbuat katibliyi bəyanat yayıb. “Respublikanın xalq artisti Firəngiz Əlizadə məhz öz həmkarları arasında qazandığı nüfuz sayəsində demokratik yolla, səs çoxluğu ilə Bəstəkarlar İttifaqının İdarə Heyətinin sədri seçilib. Bu seçimlə razılaşmayan Xəyyam Mirzəzadənin Firəngiz Əlizadəni gözdən salmaq cəhdləri bütövlükdə ittifaqa, onun üzvlərinə və idarə heyətinin fikrinə hörmətsizlik kimi qiymətləndirilir. Bu addım, demokratik cəmiyyətdə, qurumlarda çoxluğun seçiminə, bu tərzdə barışmaz mövqe bildirməkdir. Xəyyam Mirzəzadənin şübhə altına qoyduğu bu məsələyə tam aydınlıq gətirib bəyan edirik ki, Firəngiz Əlizadə professor adına layiq görülüb. Ona görə də Xəyyam Mirzəzadəyə üzr istəmək qalır”.
Kultaz








