Qaynar xəbər portalı

Kitab dünyası


Sentyabrın 14-dən 19-na kimi Qazaxıstanda keçirilən “Şakin ulduzları” beynəlxalq film festivalında Azərbaycanı təmsil edən “Keçid” filmi “Ən yaxşı qısametrajlı film” mükafatına layiq görülüb. Bu barədə APA-ya “Yeni Dalğa” Prodüser Mərkəzinin direktoru Rasim Həsənov məlumat verib. Onun sözlərinə görə, bu, 2005-ci ildə rəhbərlik etdiyi mərkəzdə istehsal olunan filmin 6-cı beynəlxalq mükafatıdır: “Çox sevindirici haldır ki, Yusif Quliyevin rejissoru olduğu bu ekran işi qatıldığı hər festivalda yüksək mükafatlara layiq görülüb. Bu festivalda da layiqli mükatafa sahiblənməsi olduqca önəmlidir”. R. Həsənovun sözlərinə görə, sözügedən film bundan sonra da bir çox beynəlxalq film festivallarında ölkəmizi təmsil edəcək.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: