Azərbaycan bəstəkarlarının 8-ci qurultayında seçilmiş idarə heyətinin sədri Firəngiz Əlizadəyə qarşı mətbuatda Xəyyam Mirzəzadənin ittihamlarl davam edir. Məsələ ilə bağlı Bəstəkarlar İttifaqının mətbuat katibliyi bəyanat yayıb. “Respublikanın xalq artisti Firəngiz Əlizadə məhz öz həmkarları arasında qazandığı nüfuz sayəsində demokratik yolla, səs çoxluğu ilə Bəstəkarlar İttifaqının İdarə Heyətinin sədri seçilib. Bu seçimlə razılaşmayan Xəyyam Mirzəzadənin Firəngiz Əlizadəni gözdən salmaq cəhdləri bütövlükdə ittifaqa, onun üzvlərinə və idarə heyətinin fikrinə hörmətsizlik kimi qiymətləndirilir. Bu addım, demokratik cəmiyyətdə, qurumlarda çoxluğun seçiminə, bu tərzdə barışmaz mövqe bildirməkdir. Xəyyam Mirzəzadənin şübhə altına qoyduğu bu məsələyə tam aydınlıq gətirib bəyan edirik ki, Firəngiz Əlizadə professor adına layiq görülüb. Ona görə də Xəyyam Mirzəzadəyə üzr istəmək qalır”.
Kultaz
« Bu il Naxçıvanda 35 mədəniyyət müəssisənin fəaliyyəti dayandırılıb | Əsas səhifə | Muzeylərə maraq azalıb »




Bölmə: 








