Artıq robotlar da insanları cəlb etmir
Muzeylərə olan maraq sürətlə azalır. Artıq insanları müasirlərin maraq göstərdiyi robotla da cəlb etmək mümkün deyil. Yaponiyanın Naqoya şəhərindəki robot muzeyi bağlanmaq ərəfəsindədir. Buna muzeyə son zamanlar az adamın gəlməsi və bununla da muzeyin tələbatını ödəməyin mümkün olmaması səbəb olub (”Olaylar”). Qeyd edək ki, muzeydə dünyanın bir çox ölkəsində hazırlanmış unikal robotlar toplanıb. Muzey yaradıldığı vaxt muzeyin 2010-cu ilə qədər fəaliyyət göstərəcəyi və bu illər ərzində minlərlə insanın bura baş çəkəcəyi nəzərdə tutulubmuş.
« Bəstəkarlar İttifaqı Xəyyam Mirzadənin üzr istəməsini tələb edir | Əsas səhifə | Filarmoniyada simfonik musiqi səslənəcək »




Bölmə: 








