Bu gün Almatıda IV “Avrasiya” Beynəlxalq Kino Festivalı start götürüb. Sentyabrın 29-dək davam edəcək tədbirə 15-dən artıq ölkənin kinematoqrafı gəlmişdir. Azərbaycanı gənc rejissorlar Murad İbrahimbəyov və Akif Hüseynov təmsil edirlər. Kino bayramının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında festivalın art-direktoru Gülnara Abikeeva bildirmişdir ki, festivalda Berlin, Kann, Moskva və Çikaqo beynəlxalq kinofestivallarında qalib gəlmiş filmlər də müsabiqədənkənar nümayiş etdiriləcəkdir.
Xatırladırıq ki, Almatıda I “Avrasiya” Beynəlxalq Kino Festivalı 1998-ci ilin payızında keçirilmişdir.


Sen
23
Almatıda IV “AVRASİYA” beynəlxalq kinofestivalı start götürdü
Bölmə: Xəbərlər |
Göndər
|
Çap et
| 229 oxunma 








