Qaynar xəbər portalı

Kitab dünyası


Kinoİlqar Fəhminin ssenarisi əsasında 24 seriyalı film çəkiləcək

Hazırda bir neçə filmin istehsalı ilə məşğul olan “Bakıfilm” kino şirkəti yaxın günlərdə daha bir layihəsini tamaşaçılara təqdim edəcəkdir.
Şirkətin “Həqiqətin böyüyü” adlı layihə çərçivəsində istehsal edəcəyi sənədli filmlərdə Azərbaycanın bir çox ziyalıları barədə həqiqətlər öz əksini tapacaqdır. Bu silsiləyə əvvəlcə repressiya qurbanı olmuş və mühacirət həyatı yaşamış Əli bəy Hüseynzadə, görkəmli dövlət xadimi Nəriman Nərimanov, dramaturq Cəfər Cabbarlı, nakam şair Mikayıl Müşfiq haqqında filmlər daxil ediləcəkdir.
Artıq Əlibəy Hüseynzadə haqqında filmin çəkilişinə hazırlıq görülür. Filmin müəllifi Azər Turandır.
“Bakıfilm”in baş redaktoru Mailə Muradxanlının bildirdiyinə görə, yaxın günlərdə yaradıcı heyət növbəti serialın çəkilişlərinə də başlayacaqdır. İlqar Fəhminin ssenarisi əsasında rejissor Yaşar Əhmədovun quruluşunda lentə alınacaq “Qoç döyüşü” serialı 24 hissədən ibarət olacaqdır. Filmdə müasir dövrümüzün problemləri, ədalət uğrunda mübarizə və digər məqamlar öz əksini tapacaqdır.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar, Sentyabr 23rd, 2007 tarixində 16:24 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

2 şərh var


  1. Sain adlı istifadəçi, Noyabr 11, 2007 tarixində, saat 11:20 yazıb:

    Haqqımda

    Mən Sain Fərmanlı Fərhad oğlu 1985-ci ildə İyun ayının 7-də Bakı şəhərində anadan olmuşam.
    1992-ci ildə doğulduğum Bakı şəhərində yerləşən 192-saylı orta məktəbə daxil olmuşam.
    2003-cü ildə həmin məktəbdə orta təhsilimi bitirib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşam. 2007-ci ildə təhsilimi başa çatdırdım.

    1996-cı ilin Noyabır ayının əvvllərində “Vado-Ryu” Karate-Do döyüş növünə maraq göstərməklə idmanda olan ilk addımlarımı atmağa başladım. Bu döyüş növündə məşğul olduğum 6 il ərzində, Braziliyada qullar tərəfindən yaradılmış Kapoeyra döyüş növündə də özümü sınamağa başlamışdım.
    Həmən illər ərzində özümü Jiu-Jitsu döyüş sənətində az da olsa yoxladım.
    2002-ci ildə Kunq-Fu döyüş sənətinin Jit Kun Do növü ilə də məşğul olmağa başladım.Həmən növ ilə 2 ilə yaxın məşğul oldum.
    2003-cü ildə Azərbaycanda, Kapuera döyüş növünün inkişafı naminə çalışmağa başladım. Azərbaycan “Kontakt” Kapuera İdman Klubu yaradıldı və orada ikinci təsisçi və baş məşqçi kimi çalışmağa başladım.Bu illər ərzində Kapuera döyüş növünün təbliğatı uğrunda çalışmaqla, bir çox telekanallarda, klip və reklam çarxlarında, verilişlərdə və mətbuatda çıxış etməklə Kapuera döyüş növünün laiqli təmsilçisi kimi insanlar arasında rəğbət qazandım.2005-ci ilin May ayının 15-də Beynəlxalq Döyüş Növləri Assosiasiyasının prezidenti Grandmaster Professor Dr. B.Höhl tərəfindən 3-cü Dərəcə və Qara kəmərlə təltif olundum.
    2006-cı ilin əvvəllərində Azərbaycanda ilk dəfə olaraq “Armada” Kaskadyor Döyüşçülər Qrupunu yaratdım.Məqsədimiz Ceki Çandan geri qalmamaq idi.
    2006-cı ilin sonlarında Azərbaycan Kinematoqrafçılar ittifaqının “Ekran” Yaradıcılıq-İstehsalat Birliyi nəzdində “Armada” Kaskadyor Döyüşçülər Qrupunun rəhbəri kimi fəaliyyətə başladım.
    2007-cı ilin əvvəlində, Oyamanın oğlu sayəlan Sigeru Oyamanın rəhbərliyi altında təşkil olunmuş beynəlxalq seminara dəvət aldım. Sigeru Oyama öz tərifini məndən əsirgəmədi.
    2007-ci ilin əvvəllərində, bir neçə nəfərlə yaratdığımız “İZ” Film MMC adlı birlik də, ikinci təsisçi və kaskadyor döyüşçülər qrupunun rəhbəri kimi çalışmağa başladım.
    Hal hazırda Azərbaycan “Contragolpe” Kapuera Qrupunun prezidentiyəm. Bu yaxınlarda Beynəlxal Axe Capoeira və Ankara Kapuera Federasiyalarından aldığım təklifə görə, həmən federasiyaların Azərbaycandakı nümayəndəsi kimi fəaliyyət göstərməyə çalışıram.

    Hal hazırda, döyüş üslubunda çəkiləcək bir neçə dəqiqəlik film çarxı üçün hazırlaşırıq.

    Ümumiyyətlə, həm aktyor həm də aktyor-döyüşçü kimi fəaliyyət göstəririk. Bu yolda sizinlə də əməkdaşlıq etməkdən məmnun olardıq.

    Öncədən minnətdaram!

    Hörmetle: Sain Fərmanlı


  2. Rəşad adlı istifadəçi, İyul 23, 2008 tarixində, saat 20:41 yazıb:

    Salam Sain müəllim. Mən elə bilirdim siz məndən böyüksünüz siz ki, hələ cavansız.Mənim şərhim yox. Sizdən bir dost kimi, qardaş kimi xahiş etmək istəyirəm mənə bir dənə kung-fu kitabı lazımdır.Lap özünüzün varsa üzünü çıxarmağada razıyam.
    Hörmətlə: sizin hələ tanımadığınız tanış.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: