İslamın İpi

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 23 Eylül, 2007

Abbas AtilayAbbas Atilay

Leonardo Da Vinçi, Qalileo Qaliley, Joanlorenzo Berni, İsaak Nyuton, Motsart və Nitsşhenin orta əsrlərdə etdiklərini İmam Ayətullah Xomeyni, Eymən Əl-Zəvahiri, Sheyx Fazil Lənkərani ötən illərdə etdi. Dini qətl edib torpaqda quyladılar. Artıq individdə həbs olunmalı olan din yoxdur. Hər şeyə barmaq uzadan, hər yerdə olub-heç bir yerdə olmayan böyük GÖZ – siyasi din var. Avropada “Xristianlığın edamı”ndan sonra “insan-fərd” doğuldu. Burda isə İslam “qətl” edib neo-İslamı doğdular. Bəli, Neo-İslam bəşəriyyətə İran inqilabında- İmam Xomeyni şəklində gəldi.Şahın İranında İslami İnqilab əslində İran xalqının modern dəyərlərə açıq olmaması, öz təbii halına qayıtmaq istəyinin nəticəsi idi. Əslində İslam İnqilabı 70-ci illərdə şahın apardığı modernləşmə-müasirləşmə siyasətinin tezliyi ilə toplumun onu dərketmə surəti arasında yaranan böyük uçurumdan doğdu.
İranda “İslami” deyilən İnqilab İslam kölgəsində geriliyə, cəhalətə dönüş idi. İnsana verilən dəyərin “0″-a enməsi, fərqli düşüncələrə qoyulan qadağa, fikir opponentlərinin təqibi, ədalət sistemində antik sivilizasiya prinsiplərinin tətbiqi, siyasi terrorun dövlət politikası səviyyəsinədək yüksəlməsi, xarici siyasətdə din faktorundan kifayət qədər istifadə edilməsi həmin inqilabın nəticəsiydi ki, hələ də var. Təsadüfi deyil ki, İnqilabın ilk illərində bu reallıqla barışmayan 50 minə yaxın solçu (“Fedai”, “Tudə”), solçu-dinçi gənclər (“Mücahid”) həbsxanalara atıldı, 10 dəqiqəlik məhkəmələrlə minlərlə insanın edam edilməsi həmin dövrü araşdıran insanlar üçün aksiomadır. O illərdə İslam İnqilabi Məhkəməsinin sədri Xalxaliyə haqqında ölüm hökmü çıxarılmış təqsirkarlardan birinin vəkilinin verdiyi “Axı bu insana 12 dəqiqə ərzində necə ölüm hökmü kəsilə bilər? Axı bu insanın günahı sübuta yetirilməyib” sualına hakimin verdiyi cavab Neo-İslamda “İNSAN” faktorunun əsas göstərici meyarıdır: “Belə narahat olmağına dəyməz, əgər siz iddia etdiyiniz kimi müqəssir günahsızdırsa cənnətə gedəcək, bu da ki hər müsəlmanın ən böyük arzusudur, yox əgər günahı varsa, onda mən haqlı olaraq onun barəsində ən ağır hökmü vermişəm.”
İslami İnqilabın gətirdiyi Neo-İslamın yaratdığı dini diktatura rejiminin repressiyaları hətta İslamda modernləşmə tərəfdarı olan İslamçı alimlərdən də kənar ötmədi. İslami İnqilab zamanı İran daxilində böyük nüfuzu olan milliyyətcə türk Şeyx Şəriət Mədari inqilabdan 1 il sonra etdiyi yanlışlıqları düzəltmək üçün rejim əleyhinə mübarizəyə qalxdı. Şəriət Mədari Təbriz şəhərində verdiyi bəyanatda dövlətin sekular olmasının labüdlüyünü, dövlət orqanlarına “Vilayəti Fəqih”lərin (dini müctəhidlər) yaxın buraxılmamasının zəruriliyini qeyd edir, dünyəvi dövlət qurulmazsa, dini diktatura yaranacağı haqqda mülahizələr irəli sürürdü. 1 ilə yaxın davam edən qarşıdurmadn sonra Şəriət Mədarinin minlərlə tərəfdarı həbs edildi, edam maşını yenidən işə düşdü və nüfuzlu Şeyx ömrünün sonlarınadək ev məhbusu oldu.
İran İslam Respublikasında yaşayan millətlərin, etnosların öz mədəniyyətlərini yaşama imkansızlığı, dövlət konstitusiyasında təsbit olunmuş “azınlıqların öz ana dillərində danışmaq, təhsil almaq, aid olduqları mədəniyyətləri təbliğ etmək azadlıqları var” müddəasına əməl edilməməsi, zorla farslaşdırılma siyasəti bu ölkədəki “İlahi Ədalət”in bariz göstəricisidir. Bu cür təbliğ edilən İslama iman gətirmək üçün adam gərək insani dəyərlərinin üstündən iki böyük xətt çəkib təbii haqlarından, söz, vicdan azadlıqlarından bir də geri almamaq şərti ilə imtina etsin.
“Modern İslam” siyasi münasibətlər sistemində Əhmədi Necat, fərdi həyatda isə yazıçı Rafiq Tağı və Samir Sədaqaətoğlu haqqında Ölüm hökmü verən müctəhid Fazil Lənkəranilərin formasında peyda olub. 21-ci əsrdə bir fikir adamı düşündüyü fikirləri təbii haqqı olaraq deməkdən çəkinirsə və ya haqqında “başını boynunun arxasından kəsmək” kimi nə ilahi, nə də insani ədalətə sığmayan fitvalarla hədələnirsə, deməli “İnsan”-ların “Tanrılar”-a qurban verilməsi adəti hələ də yaşayır. Halbu ki, Qurani Kərimdə “söz azadlığı” ilə bağlı kifayət qədər müddəa var. Bəs bu bəşəri prinsiplərə niyə əməl edilmir? Sualın cavabı aşağıdakı lətifədə gizlənir:
Bir neçə əsr öncə Xorasanda bir şeyx yaşarmış. (Gəlin, təhsil çatışmazlığı, intellekt azlığı, düşüncə kasadlığına bir də gopçuluğu, qarışqanı fil etməkdə olan müstəsna qabiliyyəti də əlavə edərək bu şeyxi təsəvvürümüzdə canlandırıb edək bu yazının qəhrəmanı.) Şeyxlərindən cana gəlmiş müridləri təklif edirlər ki, şeyxin ayağına ip bağlayaq. Haçan ki o, minbərdə hadisələri şişirdir, o zaman ipi dartaq, şeyx hadisədən hali olsun və səhvini düzəltsin. Gözəl təkliflə şeyxin özü də sevə-sevə razılaşır.
Bir gün şeyx minbərdə Kərbəla hadisələrindən danışırmış. “Həmin hadisələrdə Yezid ibn Muaviyyənin 100 min qoşunu olsa da İmamın dəstəsində 72 kişi vardı” dediyi vaxt kimsə səhvən Şeyxin ayağna bağlanmış ipə toxunur. Şeyx hadisəni səhv dediyini zənn edib “başqa bir rəvayət də var ki, həmin hadisədə İmamın dəstəsində 720 nəfər varmış” deyir. Müridlər Şeyxin əvvəlki peşəsini yenə əlinə aldığını görüb ipi dartmaqla vəziyyəti Şeyxə izah edirlər. Şeyx anlayır: “Bir rəvayət də var ki, həmin döyüşdə İmam tərəfindən 7.2 min insan iştirak edib”. Müridlər şeyxin gop etdiyini anlayıb yenidən ipi çəkirlər. Şeyxə davam edir: “Digər bir rəvayətə görə isə həmin vaxt İmamın tərəfində 72 min əsgər olub”. Müridlər ipi yenə dartırlar. Şeyx üçün vəziyyət anlaşılmaz olaraq qalır: “Baxın əziz mömin bacı-qardaşlarım. Belə müxtəlif rəvayətlər çoxdur. İndi mən anlaya bilmirəm, ya bu rəvayətlər yalandır, ya da ip keçib gədə-güdələrin əlinə”…
Son Söz: Əziz İslama iman gətirmiş oxucu dostlarım. Sizi “müqəddəs” sayılan Ramazan ayının gəlişi münasibəti ilə ürəkdən təbrik edir və “ibadətləriniz qəbul olsun” deyirəm.

1 səs2 səs3 səs4 səs5 səs (7 səs, hardasa: 3,86 ilə 5 arası)
Loading ... Loading ...

30 Şərh var
Şərh yazın »

  1. Hörmətli Abbas Atilay.
    Birincisi Rafiq Tağı çox savadsız birisidir. O heç yazıçı da deyil. Çünki onun Avropa və biz yazısı İslama dəxli olmayan yazıdır. Yəni o yazıda Sərq əfsanələri ilə İslam səhv salınıb. Rafiq Tağı bilmir ki, İslam nədir. O yazınıda çox güman ki, Rafiq Tağı sifarişlə yazıb. Bu açıq – aydın hiss olunur. Bu alatorançılarda adi haldır. Sözüm onda yox.
    İkincisi bu ölkədə (yəni Azərbaycanda) müsəlmanlar çoxluq təşkil edir. Yəni yazı yazılanda nəzərə alınmalı idi ki, bura müsəlman ölkəsidir. Burda belə şey yazmağ olmaz, və müsəlmanların dini ilə oynamağ olmaz. Hər şeyin bir sonu var.
    Üçüncüsü yazırsan, sonra müsəlmanardan üzr istəyirsən. Və deyirsən ki “mən də müsəlmanam…” və sairə. Buradan məlum olur ki, Rafiq Tağı iki üzlü və riyakar bir məxluqdur. Nə isə. Bununla da işim yox.
    O ki, qaldı Ayətullah Lənkərani haqqında danışdığın sözlərə, o bir İslam rəhbəridir. Onun hər cür hökm verməyə ixtiyarı var. Bunu geridə qalmışlığ kimi və terror adlandırmağ isə başdan böyük danışmağdır. Axı İslamın terrorla heç bir əlaqsi yoxdur.
    Əgər belədirsə niyə siz Azadlığın və insan haqqlarının simolu kimi tanıdığınız amerikanı və onun prezidentini, böyük britaniya və israil hökümətini terrorçu hesab etmirsiniz? Görəsən İraqda, Əfqanıstanda, Fələstində, Livanda və digər yerlərdə milyonlarla müsəlmanları şəhid edən kimidi? amerika, ingiltərə və israil höküməti deyildi? Bəs bu terrorları kimin ayağına yazağ. Niyə görə yazmırsınız? Yoxsa yazmağa qoxursunuz?
    Siz İslam qanunun qəbul etmirsiniz, Məm də butün lənətə gəlmiş avropa və qərb qanunlarını. Əslin də bü gün İslam olmasaydı, indi qərb də olmazdı. Qərbdə bütün yaxşı dəyərlər İslamdan götürülüb. Qərbin islamdan kənar və önəm verdiyi dəyərlər bəs hansıdır? fahişəlik, mavilik, terror, şərab və bir çox başqa şeylər.
    Vətəndən qaçıb detmək və Avropada rahat oturub boş-boş danışmağ yaxşı iş deyil, Cənab Atilay. Əgər solçusunuzsa oturun vətəndə və açıq mübarizə aparın. Vətəndən qaçmağ qorxağlıqdır.
    Cavabınızı gözləyirəm.
    Bu qədər.

    Hörmətlə: Anti West ( Rədd olsun Qərb!!!)

  2. Dagil ay dunya…
    Gor ne gune qaldin…

  3. Abbas yene olduqca ciddi probleme toxunmusan.Yazin ugurludu.Cox xoshuma geldi.Sebirsizlikle novbeti ugurlarini gozleyirem.

  4. iranin dunyanin usa bashda olmaqla 1 cox boyuk guclerine hakimlik eden quvveye qarshi direne bilen 3-4 nadir dovletden biri oldugunu dushunurem.son sozden muellifin islama inanmadigi melum olur,ancaq bu ona muqeddes sozunu dirnaq icinde yazmaq haqqi vermir.

  5. Əvvəla Abbasın rafiqtağılar kimi əlacsız və biçarə vəziyyətinə düşəcəyinə inanmazdım. Onu mən mübariz bir insan kimi tanıyırdım. Görünür o da mübarizə üsulunu anti islamçılığı ilə biruzə verməkdə gördü. Çünki bu gün heydərizmə gücü çatmayanlar hədəf nöqtələrini İslama tuşlayıblar.
    Bəli İslamda və Quranda söz azadlığı var, Abbas bəy amma Peyğəmbərin təhqirinə yol vermək yoxdur. İnsanın düşüncə və söz azadlığı ona haqq vermir ki, aləmlərin əşrəfi olan Peyğəmbərimizə əxlaqsızcasına dil uzatsın. Uzatdığı anda gələn reaksiya sizi niyə bu cür narahat edir? Niyə “layiklik” sisteminin yeşiyi sayılan Fransada sözdə “Erməni Soyqırımı” haqqında şübhə edən insanlara cəza kəsilir və burda demokratik dəyərlərə kölgə düşmür amma rafiqtağıkimi sözünü deyib sonra qorxaraq üzr istəyənlər barədə kəsilən hökmlər haqqında bu qədər dil tökülür? Şəxsən mən də Avropaya gələndən sonra barbar bağıran demokratların, “insan azadlığı”, “söz azadlığı” kimi anlayışların xülya olduğunu dərk etdim. Sənin sonda yas məclislərində bozbaş mollalarının danışdığı rəvayətlərdən fərqlənməyən lətifən elə ağzını açanda Qərb dəyərləri, demokratiya hayqıranlar üçün də keçərlidir.
    Son söz: “Xətrini” çox istəyirəm, Abbas :)

    P.S. Ümumiyyətlə bu cür bir məqalənin mədəniyyət portalında nə işi olduğunu da anlamadım. Redaktor çox güman ki, “Alma” qəzeti ilə mədəniyyat jurnalını səhv salıb!?

  6. Mən bir şeyi anlamadım: İran dövləti adının qabağına bir İslam Respublikası yazıb öz siyasətini yeridirsə bunun İslam dininə nə dəxli var? Ümumiyyətlə bu yazıda nə demək istənildiyi anlaşılmır. Məntiqsiz bir yazıdır…

  7. Sag ol Abbas bey. Mence genc yashinda cox meselelerden bash cixardisan ki coxlari 70-80 il yashienen sonra bashlari gebir dashina deyende basha tushecax.

    Anti West dostimiza demeliem ki Coxli dinlerde insan heggi ki yox belke sadistik axlaglar ve reftarlar teshvig oliner.Cehenemde verilen cezalar sadismiden basgami?
    Ozune zencir vurmax masosismiden basgami?
    Anti west dostum, Isterdim ki bashin gebir dashina deimemish Sadomasosist ideologidan ozuvi ayrasan.

    Menim turkce yazmag da coxli sehvim var cun anadilinde makteb almamisham.Taasufle bilmirem neden Iran Sahi(modern?) ve Mullasi(morteceh) anadiline edavetleri var.Bo edavetde Sahci ve mulla rejimi ittihadlari var.

  8. Salam, e-dostum Abbas!!!

    Mence, Iran – ne qeder qeribe seslense de – qlobal menade en solchu olkedir ki, ABSh-in hokmranliqina qarshi delicesine mubarize aparir…
    Solchular ise, bildiyimiz kimi diktator olurlar…
    P.S. Abbas, senden otru e-darixiriq, ozu de yaman…

  9. Hörmətli Azad. Sənə birinci məsləhətim budur ki, Azərbaycan dilini yaxşı öyrənəsən.
    İkincisi isə İslamda zəncir vurmağ yoxdur, ay yazığ. Ged İslamı yaxşı öyrən sonra çərənlə.
    Gör biz nə günə qalmışığ ki, sən də insan haqqından danışırsan.
    Yazıqlar olsun…

    Hörmətlə: Anti West ( Rədd olsun Qərb!!!)

  10. Anti West, “nick”iniz Şərqin ayaqları altında inləməsin, bir özünüzə baxın, bir də Azada! O, ana dilini yaxşı bilməməsinin səbəbini yuxarıda qeyd edib. Üstəlik sizdən fərqli olaraq o, ana dilinin hansı dil olduğunu da bilir. Diqqətli olsaydınız, onun qeydlərinin “bir çox dinlər” haqqında olduğu da nəzərinizdən qaçmazdı. Mən də söz danışıram. Diqqətli olsaydınız, Sizdən şərqdə yerləşən hər kəs üçün “qərb”də olduğunuzu da bilərdiniz.

  11. e110365. Siz lap nağılbazsınız ki…

  12. Düz tapmamısınız, Anti West…Mən nağılbaz yox, alpinistəm. Yeri gəlmişkən, Abbas, çantanı mənə verərsən? ;)
    P.S. Şəklin uğurlu alınıb.

  13. Abbas, yaxsidir. Tebrik edirem. Bele yazilardan tez tez yaz gonder. Biz burda yaza bilmirik. Adami kucede bacada bezdirirler. :)

  14. Hörmətli Anti West. Fikirlərinizə ürəyimcə cavab verilmədiyi üçün yazmaq qərarına gəldim.Amma sizin öz yazdıqlarınızı analiz edərək və Abbasla tanışlığımızı unudaraq şəxsən cavab yazmaq istədim.Başlayaq.
    1.” Birincisi Rafiq Tağı çox savadsız birisidir. O heç yazıçı da deyil. Çünki onun Avropa və biz yazısı İslama dəxli olmayan yazıdır.”
    Dəxli olmayan fikirdi.Ümumiyyətlə son zamanlar mənə təəccüblü gələn bir şeydir. Kimsə İslam əleyhinə bir şey deyirse o dəqiqə onu savadsız adlandırırlar. Əksinə, İslam barədə yazanlar özləri də onun haqqında geniş biliyə malik olurlar.Sadəcə baxış tərzləri fərqlidir.Hər kəsin eyni fikri ola bilməz.
    “ Rafiq Tağı bilmir ki, İslam nədir. O yazınıda çox güman ki, Rafiq Tağı sifarişlə yazıb.”
    Həəə,bax bu artıq əməlli başlı səhvdi. Diqqətli olun AntiQərb.Danışanda fikir verin.İnsana şər atmaq və bilmədiyi şeyi başqa birinin üzərinə yaxmaq əsl müsəlmana yaraşmaz.
    2. ” bura müsəlman ölkəsidir”
    Əsassız fikir .Olmaz belə. Bura müsəlman ölkəsi deyil bura dünyəvi ölkədir.Hər kəsin azad söz hüququ var.
    “;müsəlmanların dini ilə oynamağ olmaz. Hər şeyin bir sonu var.”
    Yox belə olmaz qardaşım.Bir cümlədə iki səhv.Müsəlmanların dini olmur.İslamdini var. Və əslində heç kəs İslam dini ilə oynamır. Rafiq Tağı da oynamaq istəməmişdi, sadəcə mövhumatdan yazarkən qələmi caymışdı. Hədə – bu İslamda təqdir olunmur. Bir müsəlman digər insanlara qarşı sayqılı və sbrli olmalı, onu hədələməməlidir.
    3.” Rafiq Tağı iki üzlü və riyakar bir məxluqdur.”
    Yuxarıda dedim, təhqir lazım deyil. Qətiyyən lazım deyil.Etika AntiQərb etika.
    4. “O ki, qaldı Ayətullah Lənkərani haqqında danışdığın sözlərə, o bir İslam rəhbəridir. Onun hər cür hökm verməyə ixtiyarı var.”
    Həəəə, necə də şanslıyam.Belə maraqlı cümləyə rast gəldim.Xeyir. Qətiyyən. Hərkəsin hüquqları eynidir.Bir dövlət rəhbəri və ya dini lider heç də istədiyini etmək üçün mövcud deyil.O xalqı üçün mövcuddur.Necə dəhşətli səhv etdiniz. İslam heç kəsə istədiyini etmək hüququ vermir.Bu sadəcə Allaha məxsusdur.Müsəlmana yaraşmayan sözlər.
    5. “Siz İslam qanunun qəbul etmirsiniz”
    İslam qanunu yoxdur.Dindən uzaq qanunlar toplusu- şəriət var. Səhv etmə.
    6. “Qərbin islamdan kənar və önəm verdiyi dəyərlər bəs hansıdır? fahişəlik, mavilik, terror, şərab və bir çox başqa şeylər.”
    Kim sənə deyib ki bunlar dəyərdir?
    7.” Vətəndən qaçıb getmək və Avropada rahat oturub boş-boş danışmağ yaxşı iş deyil”
    İnsanı tanımadan mühakimə yürütmək..Lazım deyil .Abbas vətəndə mübarizəsini davam etdirə bilseydi indi orda vətən, ailə həsrəti çəkməzdi. Əllərimizi bağlamasalar çox şey edərik.Amma bizdə artıq vətən anlayışı da yoxdu.Hansı vətəndən danışırsan? Napaleon bir dəfə Fransa üçün “ o dəfələrlə zorlanmış qadındır” ifadəsi işlətmişdi.Təxmini dedim.Azərbaycan da dəfələrlə zorlanıb.Və artıq baş verənləri vecinə almır.Olan onsuz da olub deyərək hər şeyə susur.İtirəcək heç nəyi qalmayıb.
    P.S.Bir də son olaraq mənə maraqlıdır,niyə rədd olsun qərb dediyiniz halda nikinizi elə məhz o qərblilərin dilində seçmisiz? Hmmm….
    Minnətdaram qiymətli göz nurunu əridib bu uzunluqda yazını oxuyanlara. Amma doğurdan bu qədər səhv tapmaq mənə də ləzzət elədi.Yazının şərhinin və tənqidinin yerinə şəxsi fikirlərini beynə yeridənlərə antipatiyam var.

  15. Guler, dovletin movcudlugu ucun labud komponentlerden olan “olke”, serhedleri mueyyen torpaq parcasidir. Ona gore de, “dunyevi olke” ibaresi sheren caiz deyil -)
    O ki qaldi sherhimizin senzuradan kechmeyine; Abbas, ala ineyin umuduna qalan Hesen kishiye chorek lazimdir, chorek…

  16. Postmodernpərvərpərəst.Eyib olsun.demeli bu olkede oz fikrini de yazmaq mumkun deyil demeli.nese.

  17. ugurlar Abbas bey!
    mene ele gelirki, islam hec ozunu muselman adlandiranlarada tam aydin deyil! her halda mene bugunedek muxtelif muselmanlar ferqli islam teqdim edibler! mence islam haqqinda acilan muzakireler ele islamin inkishafina xidmet etmelidi! tebii ki, eger bu inkishafa ve diskusiyalara imkan verilse! bu da muselmanlarin oz elindedi! qerbin ustune gunahi atmaq yalniz gucsuzlik kimi qiymetlendirile biler!
    herkese ugurlar

  18. qerb medeniyyeti bizden goturub sozune munasibet bildirmek isteyirem, o hansi medeniyyetdir ki qerb onu bizden goturub amma o bizde hal hazirda yoxdur meger medeniyyet elm bir eshyadir ki onu bizden goturubler deye o artiq bizde yoxdur. bizim hansi deyerlerimiz var zeifi ezmek guclunun qabaqinda quyruq bulamaq, riyakarliq, insana yox tekce boyuke hormet etmek, saxta saxta ibadet edib esl meqamda allahi taninimamaq, cavab vermeye elmi chatmayanda guce el atmaq ve s. bunlar ne vaxtdan medeni deyer olub. qerb eger butun yaxshi deyerleri bizden goturubse demek o deyerler bizde ne vaxtsa olub demeli, indi bize ne mane olur ki o deyerlerden istifade edib qerbe de ustun gelek , inkishiaf edek bizim de insanlarimizin qerb insanlari kimi sosial teminatlari olsun , insanlarimiz savadli olsunlar, iran fizika elmini bilmek uchun xiristian ruslara yalvarmasin. meger heqiqeti dediklerine gore on iki imamin on ikisini de oruc tutub namaz qilan muselmanlar oldurmedimi, yoxsa onlarida qerb gelib oldurdu. napleon uch neferle fransa sahiline qayidanda ona qarshi atesh emri verilerken bi nefer vicdansiz fransiz tapilib ona atesh achmadi,baxmayaraq atesh achilmamasi muqabilinde esgerleri katorqa cezasi gozleyirdi, amma imamlari oldurmek uchun bir anda minlerle muselman tapildi. men hele bu yasha qeder tanidiqim oxuduqum gorduyum bir dene de olsun muselmandan numune olacaq hech bir hereket gormemishem. huquqda bele bir deyim var qanunlar kutlevi suretde pozulursa demeli qanun ozu mukemmel deyil , eger islami insanlara sevdirmek isteyirsinizse bunu yalniz gosterdiyiniz numunelerle ede bilersiniz neinki zorla ve ya tehqir etmekle, nece ki qerb de insani onlara sevdiren kifayet qeder numuneler var.qaldi redd olsun qerb demeye, bunu sen yalniz sozde deyirsen senin corabindan tutmush papaqina qeder, meishetde istifade etdiyin butun eshyalar, stul, stol, cengel ve s, ovladina elediyin toydaki butun hereketlerin hamisi qerbinkidir. senin vetendashlarinin bashina mehkemelerde elli cur haqsizliqlar edilir. niye gore bu haqsizliqlarin qurbani muselman olkelerine yox haqqini tapmaq uchun qerbe uz tuturlar. qerbde nicatini axtarnlarin ekseriyyeti oruc tutub namaz qilan muselmanlardir.

  19. Abbas,meni bir sey maraqlandirir bizim bu qeder problemimiz ola-ola se nie bu qeder Guney Azerbaycanlilarin problemlerine toxunursan?
    Almada olanda bele deyildin,ayrilandan sonra ancaq onlar haqqinda yazmaga bashladin-bizi unutdun..
    ?

  20. Menim anti west dostum coxli dinler de sadomasosism axlaglar olmaginan kederlendi.
    Bilmeliex ki psykopatologi baxishinan coxli dinler analyz olsa,bo ilahi adlanan dinler rusvay olar.Ogadar belenci patologi anlayshlar dinlerde taparsez ki,fikr elersez ki tamam axlagi gusur ve ruhi patologilari yigiblar ve onlardan din dozeldibler.
    Misal:
    1-Narshisism(rasisim):
    Moeyen diler idea elliler ki bizim dinde ag gere birdi.bizde rasism yoxdi.
    Bir bashga dinde olani ya disizi insani mondar bilmax rasisim deir?

    2-Pedofili xastaligi:
    60 yashda kishinen 9 yashda gizin seksual emeli pedofili xastaligi deir?

    3-Seksula kompleks:
    Bir kishinin 10-20 arvadi ya sigsi olmasi bir insanen gozunun doymamaginin elameti deir?

    4-Fikir elemisez ki neden coxli diler sekse aludediler?Elebir ki onlar ucun bo dunyada seksden sonra bashga mohem bir ne yox.

    coxli bashga patologilar da var ki men fikr elirem bo yaziya cox olar.

    Menim dostlarimizdan bir soalim var.
    Neden insanlarin coxi dini ata anasinan irs aparir?
    Din bir ideologi=dea=fikirdi.Fikir ev palazi deir ki ata anadan irs aparasan.Fikiri gereh her insan ozi sala cixa sora gebol elie.
    Agar menim dedem solci ideologisina inansa mende gereh onen ideologisin irs aparam?
    Nie gereh menim atam yehodi ya mosulman ya kiristen ideologisina inansa mende gereh zorunan oni miras aparam ve shertsiz gebol edem,yoxsa ganim hela olar.

  21. Hörmətli Guler_Miryahya. Sizin mənə cavab olarağ yazdığınız şərhi oxuyanda inanın ki, özümü gülməkdən saxlaya bilmədim. Çünki sizin İslam haqqımda dedikləriniz başdan-ayağa cəfəngiyatdır. Vallahi…

    Davam edək…

    1. Dögurdanda siz də helə Rafiq Tağı kimi savadsızsınız və onun tayısınız. Onun yazısında ki, dünyanın öküz üzərində yerləşməyi mifdən başqa bir şey deyil. Bunun İslama nə dəxli var?!

    2. İndi çoxları yazanda yaradıcılıq xatirinə yox, məhz sifarişlə yazır (Məsələn Seymur Baycan kimi) Bu şeyləri Zahir əzəmət daha yaxşı bilər. Çünki o, Alma qəzetini sifariş əsasında çap edir. Yəni bu layihədir. (Elə QayNar portalda) Nəsə bu başqa söhbət.

    3. ” bura müsəlman ölkəsidir” Bəli elədir ki var. əhalinin 95 faizi müsəlmandır. Əgər belə deyilsə niyə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) var. Niyə “Qafqaz Xristianlar İdarəsi” yoxdur?

    4. Ay bisavad İslam müsəlmanların dinidir. Yəhudilərin deyil ki?! Sizə tövsiyə edərdim ki, ərəb dilində İslam və Müsəlman sözlərinin tərcümələrinə baxasınız və İslamdan azda olsa məlumat toplayasınız.

    5. Rafiq Tağı əvvəl mövhumatın nə olduğunu bilsin sonra mövhumatdan yazsın.

    6. Etikaya qaldığda isə birinci dostlarınıza başa salın. Açıb Seymurun, Ələkbərin, Rasimin və digərlərinin yazılarını vərəqləyin. Mən bilirəm etikanın nə olduğunu.

    8. Siz nə qədər savadsız birisisiniz. Heyhat… Mən haçan dedim ki, İslam rəhbəri öz istədiyini edir. Əgər kimsə cinayət edibsə mütləq cəzasını almalıdır. Cəzanı da rəhbər təyin edir.

    9. İslam qanunu olanda , bilin ki, nə başqa qanunlar var idi nə də qərbin iy vermiş qanunları.

    10. O biri “maddələriniz” lap boş olduğundan, onlara cavab yazmağı caiz bilmədim.

    P.S. Sizdən bir xahişim var. Əgər yenə boş-boş şeylər yazacaqsınızsa, yazmayın. Gedin İslamı öyrənin sonra danışın. Bisavad-bisavad yazılar yazmayın. Mənim də vaxtımı belə şeylərlə almayın. Onsuz da vaxtım çox az olur. Salamat qalmağınıza dəyərsə qalın.

    Hörmətlə: Anti West (Rədd olsun qərb!!!)

  22. Abbas əslində yazısında İslamı İrandan müdafiə edir. Məncə sözünün canı “əsil İslam İranda deyil”, və yaxud “əsil İslam heç yerdə deyil”dir. Hətta yazısının ən kəskin yerində belə “Bu cür təbliğ edilən İslama” ifadəsi işlədib. Belə çıxır ki, İslam başqa cür təbliğ olunsaydı daha yaxşı olardı?
    Və yaxud, “Neo-İslam”. Abbas, İrandakı elə İslamın üzlərindən biridir, Türkiyədəki başqa bir üzü, Ərəbistanda da başqa bir üzü.
    Əgər bir insan digər insanı daşla vurub öldürürsə, digəri əlini kəsirsə və hər ikisi də bunu kitaba istinadən edirsə, bu Neo`dur? Bu ki, əsl islamdır!
    İnsanı daşqalaq etmək ya da əlini kəsməkdənsə azadlıqdan məhrum etmək ən böyük cəza olmalıdır. Bunu AZADLIĞI BÖYÜK BİLƏNLƏR ANLAYAR!
    Dini qanunlarla idarə olunan hər hansı dövlət insan haqqlarına ziddir. İnsanlar özlərinin yaratdığı qanunlarla idarə olunmalıdır. İnanç və yönətim – bunlar tamam başqa-başqa şeylərdir. Necə ola bilər ki, bir qrup insan bütün bir toplumu GÖYDƏN GƏLDİYİ İDDİA OLUNAN qanunlarla idarə etsinlər? Bəs insanın öz düşüncələri harada qaldı?
    Biri özünə həyat tərzi seçibsə və bundan başqalarına bir ziyanı dəymirsə, onu tutub asmaq olarmı?
    O ki, qaldı R.Tağıya… o həqiqətən də savadsız və bir qrup insanlara qarşı hörmətsiz yazıdır. Amma bu o demək deyil ki, onun başını BOYNUNUN ARDINDAN KƏSMƏK lazımdır… Onu öz vicdanına buraxmaq lazımdır. Bunu isə vicdanı olanlar anlayar…
    Hələlik

  23. Mənim başım çıxmır, bura mədəniyyət saytıdır yoxsa, dini müzakirə saytı?!
    İkincisi Abbas kimdir axı? İslam təəssübkeşidir, yoxsa islam alimidir? İslam üçün belə ürəyi yanır? Bizim xəbərimiz yoxdur?!
    Abbasa məsləhət görərdim ki, öz işiylə məşğul olsun. Yoxsa rafiq tağının aqibəti, onu da gözləyə bilər…

  24. Seyid Ramin bəyin sözlərində bir hədə var. İnsan özünün bacara biləcəyi ilə başqalarını hədələyir adətən.
    Məsələn, mən Abbası Mars planetinə sürgün etməklə hədələyə bilmərəm. Çünki, bunu bacarmaram. Desəm, gülünc çıxaram və hamı mənə gülər.
    Və yaxud deyə bilmərəm ki, Abbas səni filan terrorçu kimi Guantanamoya saldıraram. Hamı bilir ki, bu mənim əlimdən gəlməyən bir işdir.
    Amma Seyid Ramin bəy Abbasın öz işi ilə məşğul olmasa onu Rafiq Tağının aqibəti gözlədiyini deyir… :) Əcəba Seyid Ramin bəy bu işi necə bacarar? Aydınlıq gətirsə hamımız üçün maraqlı olar.
    P.S. Seyid Ramin bəyin saytına baxdım, maraqlıdır, dəyərlidir, hamını o sayta baxmağa dəvət edirəm.

  25. Hörmətli Bəstəkar olmaq istəyən adam – MANIS. Şərhiniz olduqca maraqlıdır. Fantazıyanız da çox güclüdür. O dəqiqə hiss olunur ki, bəstəkarsınız. Sizin şərhlərinizin motivləri əsasında bir kitab yazmaq, hələ bir film də çəkmək olar…
    Hörmətli MANIS mənim sözlərimdə hədə – zad yoxdur. Bu sizə elə gəlir. Mənə nahaqq yerə şərh və böhtan atırsınız. Mən heç yerdə deməmişəm ki, mən Abbasa nəsə edərəm (İşim gücüm qurtarmışdı…). Mənim sözlərimi başqa yerə yozmaq lazım deyil.
    Mənim birinci sözüm budur ki, Abbas kimdir? Onun İslamdan yazmağa nə ixtiyarı var? Axı hər kəs öz işi ilə məşğul olmalıdır. Abbas hara? İslamdan yazmaq hara?
    Bəli rafiq tağının aqibətini, indi çoxları yaşaya bilər. Niyə başadüşmürsünüz? Bura tarixən müsəlman ölkəsidir və burada yaşayan kəs müsəlmanlara və onların dini olan İslama (və digər dinlərə də) hörmət etməlidir. Bunu bir dəfəlik yaddaşınıza həkk edin ki, müsəlmanların dini və digər mənəvi dəyərləri ilə oynamaq olmaz. Gəmidə oturub gəmiçi ilə dava etmək lazım deyil.
    Sizə məsləhət görərdim ki, Abbası ermənistana sürgün edəsiniz. Çünki, sizin ( Əli Əkbər və Seymur Baycan da daxil olmaqla ) ermənilərlə və ermənistanla çox güclü əlaqələriniz var ( Allah sonunu xeyir eləsin ).
    Bir də ki sürgün edilmiş birisini sizcə təzədən harasa sürgün etmək olarmı?
    P.S. Saytıma daxil olduğunuz üçün sizə minnətdaram.

  26. Salam eziz doastlar.
    Oz yazim haqqda deyilen butun fikirlere hormet beslediyimi evvelceden deyim ki, tehsekkurum de ikinci olsun.
    Manisin sozlerinde heqiqet var.
    Manis, bezi sebeblere gore “Neo” ve “Irandaki Islam” sozlerini yazdim. Dushunduklerimizi azad yaza bildiyimiz tek-tuk sitelerin baglanmasi, mesullarinin da qaranliq zirzemilere atilmasina sen de uzulersen yeqin ki.
    Seyyid Ramin, “Abbas hara, Islam hara?” muemmasina deyim ki, men 4 il Uni seviyyesinde Dinler ve Islami arasgdirmisham, ve tevazokarliqdan uzaq olsa da Islam Alimi Lenkeraniden daha yaxshi bilirem Dinlerin cemiyyete ve insanliga qarshi toretdikleri felaketi…
    Seyyid Ramin, qismet olarsa novbeti Yazimda Islamla bagli fikirlerimi islam huququna soykenerek yazacagam.
    Xusui teshekkurum Azad dostumuzadir, hiss edirem sherhleri yazarken nece rasional fikirlerini yazarken nece eziyyet cekib…
    Inancindan asili olmayaraq hamiya sevgilerle, Abbas Atilay.

  27. Haqq yolda olanlara salam.
    Hörmətli abbas atilay. Sən islamı bilsən-bilsən zahir əzəmətdən və seymur baycandan yaxşı bilə bilərsən. Ayətullah Lənkəranidən yox. Lənkəraninin dırnağının bildiyini sənin başın bilməz.
    Səni bu qədər təkəbbürlü və özündən razı bilməzdim. Allah səni doğru yola hidayət eləsin.
    Amin.

  28. Seyyid Ramin.
    Salam vererken insanlari “haqq yolunda olan” ve “haqq yolunda olmayan” deye formalize etmeniz “Modern Islam” sozcuyunun ustunden sizin serhed tanimayan intellektiniz boyukluyunde 2 xett cekir.
    Islamla bagli yazacagim yazi ucun IMAM Xomeyninin risalesini oxuyurdum. Aile bolumunde Imam fitva verir: “Eger qadin “heyz” dovrunu yashayirsa (aybashidirsa) icaze var ki heyat yoldashi ona arxadan temas etsin.”
    Insanlara hormetle.

  29. Haqq yolda olanlara salam.
    Hörmətli Abbas Atilay.
    Əgər bir kimsə mənim dinimə və əqidəmə hörmət etmirsə (həmən o insanı haqq yolun yolçusu hesab etmirəmsə) mən ona niyə salam verməliyəm?! Bir halda ki, salam Allah salamıdır. Allahı tanımayana nə salam?! Agah ol ki, İslam dininin düşməni mənim də düşmənimdir. Nə isə.
    Sənin bu saytda yazdığın şərhlər inan ki, bir-birinə tam olaraq ziddir. Məsələn yazdığın bir şərhdə “Seyyid Ramin, qismet olarsa novbeti Yazimda Islamla bagli fikirlerimi islam huququna soykenerek yazacagam” yazmısan. Sonra yazırsan ki, “Islamla bagli yazacagim yazi ucun IMAM Xomeyninin risalesini oxuyurdum”. Mən səni vallahi anlamıram və başa düşmürəm. Əgər sən Muhamməd Fazil Lənkəranidən (guya) savadlısansa niyə İslam hüququnu oxuyursan? Sən bunu bilməlisən. Çünki mərhum Muhamməd Fazil Lənkərani İslam hüququn tam və ətraflı şəkildə bilirdi axı. Burdan belə məlum olur ki, sən İslam hüququn bilmirsən və növbəti yazında islam hüququn oxuyub sonra ona istinadən yazacaqsan. Deməli sən İslam hüququn bilmirsən və M. F. Lənkəranidən də savadlı deyilsən. Sən (guya) İslamı dödr il öyrənmisən (çox təəssüf ki heç bir faydası olmayıb!) amma M. F. Lənkərani ömrünün 76 ilinin 63 ilini İslama sərf edib. Buradan da məlum olur ki, sən İslamdan hələ heç nə bilmirsən. Amma yalandan özünü tərifləyirsən və təkəbbürlük edirsən. Bununla sən nəyə nail olmaq istəyirsən? Məlum deyil.
    İkinci sən İslam hüququn oxumaq isəyirsənsə niyə İmam Xomeyninin şəriət risaləsini oxuyursan.? Get İslam hüququ kitabları oxu da.
    Üçüncü sənin İmam Xomeyninin risaləsindən gətirdiyin məsələ heç ailə bölməsində deyil.
    P.S. Niyə (Müstəmləkəçilik siyasəti yeridən və guya ki azadlıq rəmzi olan) Avropa və Qərb ölkələrində kişi, kişi ilə evlənir. Qadın-zad tapılmır bəyəm? Belə getsə Avropa və Qərb ölkələrinin nəsli kəsilmə ehtimalı nə qədərdir?
    Mənim sənə verdiyim suala qaneedici cavab versən, mən də sənin İmam Xomeyninin risaləsindən gətirdiyin 453-cü məsələyə aydınlıq gətirəcəyəm.
    Bu qədər.
    Hamınızı Allah qorusun.

  30. Yazi yaxsi alinib.Amma Islam tenqid olunarkan predmet kimi Iranin secilmesini qetiyyen anlamadim.Axi Iran sozun butun menalarinda Islamdan uzaq olkedir…

Şərh yazın