Qaynar xəbər portalı

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi olan və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən ikinci muğam müsabiqəsi sabahdan AzTV kanalı ilə yayımlanacaq. Bu barədə TrendLife-a, müsabiqənin təşkilat komitəsindən məlumat verilib. Davamı…


Rusiyanın tanınmış estrada ulduzu Valeri Leontyev Bakıda konsert verəcək. Bu barədə APA-ya konsertin təşkilatçısı “Emin Şahin production”un rəhbəri, bəstəkar Emin Şahin məlumat verib. O bildirib ki, konsert gələn ilin yanvarında “Gülüstan” Sarayında baş tutacaq: “Artıq konsert üçün danışıqlarımız baş tutub. Gününü təyin etməsək də, məkanını razılaşdırmışıq. Davamı…


Azərbaycanda hər il Rastropoviç ili olacaq

Rastropoviçin nəvəsi Bakıdadır. Dünən o, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüş keçirib. “OLAYLAR”ın məlumatına görə, nazir verdiyi açıqlamasında dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda ənənəvi Rastropoviç ilinin keçirilməsinin planlaşdırıldığını deyib. Rastropoviç ili hər il dekabr ayında keçirilməlidir.


Nobel mükafatı laureatı, türkiyəli yazıçı Orxan Pamuk Nyu-Yorkda ev satın alıb. APA-nın xəbərinə görə, bu barədə məlumat ABŞ-da daşınmaz əmlak bazarından xəbərlərə yer verən jurnalda dərc olunub. Kolumbiya Universitetinin yaxınlığında yerləşən ev üçün məşhur yazar 1,8 milyon dollar ödəyib. O. Pamukun evin bəzi divarlarını dağıdaraq yenidən inşa etdirəcəyi bildirilir.
Qeyd edək ki, “türklər 1 milyon ermənini öldürüb” dedikdən sonra Nobel mükafatı alan O. Pamuk hazırda Kolumbiya Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.


Modelyer Fəxriyyə Xələfova oktyabrın 12-də Parisə səfər edəcək. Bu barədə APA-ya məlumat verən modelyer bildirib ki, səfər zamanı Parisdə keçiriləcək beynəlxalq moda festivalında iştirak edəcək. Davamı…


Sentyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə Üzeyir Hacıbəyovun “Arşın mal alan” tamaşasında Aygün Zeynallı debüt edəcək. Teatrın mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki, aktrisanın debütü Gülçöhrə obrazı ilə olacaq. Davamı…


Azərbaycanda sentyabrın 26-29-da görkəmli şair və ictimai xadim Almas İldırımın 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Davamı…


Oktyabrın 3-6-da Bakıda Moskva Mədəniyyət Günləri keçiriləcək. Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, Mədəniyyət Günlərinin rəsmi açılışı oktyabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Moskva incəsənət xadimlərinin qala-konserti ilə baş tutacaq. Davamı…


Elçin ƏfəndiyevElçin Əfəndiyevin çoxlu şakəri var. Bunlardan dəfələlə yazmışıq. Məsələn, Elçin Əfəndiyev özü-özündən müsahibə götürməyin ustasıdır. Bu cür müsahibələrdən bezən Rəşad Məcid Elçin Əfəndiyevin axırıncı müsahibəsinin altından müsahibəni disketdə redaksiyaya gətirən Dilsuzun imzasını qoymuşdu. Elçin Əfəndiyevin başqa bir maraqlı cəhəti var, o hər işdə Anarı yamsılamağa çalışır, Anar nə edirsə o da onu edir. Məsələn, Anar “525-ci qəzet”ə müsahibə verirsə, Elçin də gələn nömrəyə disketdə müsahibə göndərir. Davamı…