Qaynar xəbər portalı

Kitab dünyası


Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi olan və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən ikinci muğam müsabiqəsi sabahdan AzTV kanalı ilə yayımlanacaq. Bu barədə TrendLife-a, müsabiqənin təşkilat komitəsindən məlumat verilib. Layihənin rəhbəri Nadir Axundovun sözlərinə görə, «Muğam-star-2»-nin seçim mərhələsi artıq başa çatıb. Namizədləri seçmək məqsədilə 6 bölgədə - Şamaxı, Lənkəran, Sabirabad, Şəki, Gəncə, Bərdə və Bakıda dinləmələr keçirilib və yarışmada iştirak etmək üçün 60 nəfər arasından 20-si seçilib. Müsabiqənin şərtlərinə görə, iki ay yarım müddətinə efirdə yayımlanacaq yarış sonda bir nəfərin qələbəsi ilə yekunlaşmalıdır.
«Muğam-star-1»-dən fərqli olaraq, bu dəfə qaliblər SMS-lə seçilməyəcək. Hər həftənin çərşənbə axşamı AzTV-də yayımlanacaq «Muğam-star-2»-dən bir nəfərin getməsini münsiflər heyəti müəyyənləşdirəcək. Münsifələr heyətinə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabov, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru İbrahim Quliyev, AzTV-nin musiqi və əyləncəli proqramlar redaksiyasının baş redaktoru Nadir Axundov daxildir./Trend/






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar ertesi, Sentyabr 24th, 2007 tarixində 21:09 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. aishen aliyeva adlı istifadəçi, Sentyabr 24, 2007 tarixində, saat 23:07 yazıb:

    sms-siz olacaqsa musabiqeni alqishlamaga deyer. her halda ugurlar.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: