Sentyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə Üzeyir Hacıbəyovun “Arşın mal alan” tamaşasında Aygün Zeynallı debüt edəcək. Teatrın mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki, aktrisanın debütü Gülçöhrə obrazı ilə olacaq. Tamaşada xalq artistləri Azər Zeynalov (Əsgər), Şahlar Quliyev (Süleyman), Yaşar Nuri (Soltan bəy), əməkdar artistlər Fidan Hacıyeva (Asya), Gülyaz Məmmədova (Telli), Gülüstan Əliyeva (Cahan xala) çıxış edəcəklər. Hazırda Gülçöhrə rolunu teatrın aparıcı solistləri əməkdar artistlər Zemfira İsmayılova, Gülnaz İsmayılova və Natəvan İsmayılova ifa edəcəklər.
Qeyd edək ki, Aygün Zeynallı Bakı Musiqi Akademiyasının məzunudur. Gənc vokalçı indiyə kimi Filarmoniyada, “ÜNS” teatrının səhnəsində, Azərbaycan incəsənət ustalarının iştirakı ilə Fransa Senatında baş tutan konsertdə uğurla çıxış edib. A. Zeynallı bu ilin əvvəlində teatrın Bədii Şurası tərəfindən dinlənilib və ona dərhal Gülçöhrə rolu həvalə olunub.


Sen
24
“Arşın mal alan” tamaşasında daha bir gənc aktrisa debüt edəcək
Bölmə: Xəbərlər |
Göndər
|
Çap et
| 179 oxunma 








