Dünya ədəbiyyatı kitabxanası: kimləri tərcümə etməli?!

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 25 Eylül, 2007

Aydın Xan (Əbilov)Aydın Xan (Əbilov),
yazıçı-kulturoloq

Ölkəmiz növbəti dəfə kulturoloji-intellektual yaradıcılığa xüsusi önəm verdiyini nümayiş etdirdi: cənab İlham Əliyevin imzaladığı xüsusi sənəd – “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin sərəncamı (24 avqust 2007-ci il) – ilə bir daha göstərir ki, dövlət müstəqilliyimizin indiki yeni mərhələsində bütün sahələrdə olduğu kimi, yaradiciliq sahələrində də – mədəniyyət və ədəbiyyatda da yüksəlişə aparan proseslər get-gedə güclənir.Sərəncamdan da göründüyü kimi, dövlət başçısının ədəbiyyat sahəsində imzaladığı digər iki mühüm sənəd – “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” (12 yanvar 2004-cü il) və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” (27 dekabr 2004-cü il) Azərbaycan Respublikasının Prezidentinin sərəncamlarına uyğun olaraq indiyə qədər müxtəlif çeşidli 9 milyon ədəbiyyat məhsulu nəşr olunaraq ölkəmizdəki kitabxanalar şəbəkəsi vasitəsilə oxucuların sərbəst istifadəsinə verilib. Bu dəfə isə “Dünya ədəbiyyatı kitabxanası” seriyasında 150 adda kitabın Azərbaycan dilinə tərcümə edilməsi və onların kütləvi nəşri nəzərdə tutulur.
Mədəniyyət – ədəbiyyat və kitab nəşri tarixində ciddi hadisəyə çevrilmiş bu kulturoloji proqramlar dünyanın, eləcə də Azərbaycanın intellektual çevrələrində çox rəğbətlə qarşılanıb, bir sıra dövlətlərdə, həmçinin beynəlxalq humanitar təşkilatlarda öyrənilir, proqram şəklində başqa ölkələrdə həyata keçirilməsi tövsiyə edilir.
Bu kulturoloji proqramın Azərbaycan humanitar-intellektual düşüncəsinin, mədəniyyətinin, milli söz sənətinin, çağdaş kitab-poliqrafiya sahəsinin, bədii-poetik, filoloji-elmi tərcümə işinin inkişafındakı irəliaparıcı rolunu, eləcə də yeni mütaliə mədəniyyətinin formalaşmasındakı təkanverici xüsüsiyyətlərini izah etməyə ehtiyac görmürəm: ən son sərəncamdan irəli gələn bəzi məsələlər barədə düşüncələrimi ədəbi-mədəni, elmi-filoloji ictimaiyyətlə bölüşmək istəyirəm…
Əvvəlki sərəncamın tələbləri yerinə yetirilərkən, çap edilmiş kitabların və ayrı-ayrı xarici yazıçıların əsərlərinin, hətta indiyəqədərki bədii tərcümələrin təkrar nəşrinə heç bir ehtiyac yoxdur. Ondansa milli tərcümə sənətinin ədəbi-bədii, elmi-filoloji, bir qədər də fəlsəfi-tarixi istiqamətlərinin – özü də orijinaldan çevirmək şərti ilə – inkişafını stimullaşdırmaq, yeni mütərcim nəslini yetişdirmək, çağdaş dünya bədii söz sənətinin dəbdə olan ən maraqlı, dəyərli nümunələrini buraxdırmaq məqsədiylə xüsusi kitab-nəşr proqramı işləyib hazırlamasına böyük ehtiyac duyulur.
İkincisi, ana türkcəmizdə indiyə qədər işıq üzü görməmiş kitablar mütləq o seriyaya daxil olunmalıdır. 150 adda kitabın 50-si dünya sivilizasiya tarixində böyük iz buraxmış, lakin Azərbaycan oxucusunun hələ də doğma ana dilində tanış ola bilmədiyi “Bibliya”nın hər iki hissəsinin – “Əhdi-Ətiq” və “Əhdi-Cədid” kitablarının, “Talmud”, “Riqveda”, “Avesta”, “Dxammapada”, Lao-tszı ilə Konfutsinin məşhur əsərləri, “Gilqameş”, “Mahabharata”, “Ramayana” kimi qədim yazılı abidələrin, sufi mütəfəkirləri əcərlərinin ixtisarsız bütöv mətnlərinə, o cümlədən fəlsəfə və tarix (Heredot, Platon, E.Kant, K.Marks, F.Nitşe, Z.Freyd) əsərlərinə ayrılmalıdır.
Növbəti 50 adda kitabı dünya ədəbiyyatında estetik cevrilişlər səbəb olmuş söz sənəti ustadlarının bizdə indiyə qədər də tərcümə edilməmiş dəyərli nümunələrinə, məsələn, F.Dostoyevskinin “Karamazov qardaşları”, Ceyms Coysun “Uliss”, F.Kafkanın, T.Mannın, J.P.Sartrın, U.Folknerin, Akutaqava Ryünoskenin romanlarına ayırmaqla, nə üçün də o əsərlərə azərbaycancamızda yenidən ruh verməyək…
Sonuncu 50 adda kitab isə mütləq ədəbiyyat sahəsində Nobel mükafatı almış və həmçinin son illərdə dünya ədəbi-bədii, kulturoloji-estetik düşüncəsində özünə yer etmiş müəlliflərin əsərlərinə aid olmalıdır. Bu sırada L.Borxes, Q.Markes, H.Hesse, J.Saramaqo, G.Qrass, A.Kamyu, U.Eko, P.Züskind, J.Deridda, Y.Lotman, İşBrodski, X.Murakami, O.Pamuk, V.Pelevin, X.Kortasar və b. tanınmış yaradıcı intellektualların əsərlərini görmək çox xoş olardı.
İşıq üzü görəcək bütün kitabların eyni zamanda elektron daşıyıcılar və İnternet variantlarının hazırlanaraq ən yeni nəsil istifadəçilərinin ixtiyarına vermək vacib məsələlərdən biridir.

P.S. İnanırıq ki, ölkə başçımızının növbəti sərəncamı Azərbaycan ədəbiyyatının maraqlı nümunələrinin dünyanın aparıcı dillərinə çevrilməsi, onların xaricdə kitab şəklində kütləvı çapının və yayımının təşkili, eləcə də İnternetdə yayımlanması haqqında olacaq.

1 səs2 səs3 səs4 səs5 səs (14 səs, hardasa: 4,43 ilə 5 arası)
Loading ... Loading ...

22 Şərh var
Şərh yazın »

  1. Aydin muellim,
    Deyirem 3 stul ayagi (stul ozu var, ayaqlarii sinib…), bir ventilyator, 3-4 metr ag pencerelere tutmaga, 30×45 cm`e 2-3 pencere shushesi, bir qutu rushka (kitayski olmasin, zehrimar qishda donur, krossvord elemek olmur…), bir 96, iki 48 vereq okul defteri (biri dama-dama olsun…), 2 milchekqiran, bir pech turbasi, bir araba odun da olsaydi, bu rayon ve kend kitabxanalarinin hech bir problemi olmazdi, biz de rahat-rahat oturub “Bu kulturoloji proqramın Azərbaycan humanitar-intellektual düşüncəsinin, mədəniyyətinin, milli söz sənətinin, çağdaş kitab-poliqrafiya sahəsinin, bədii-poetik, filoloji-elmi tərcümə işinin inkişafındakı irəliaparıcı rolunu, eləcə də yeni mütaliə mədəniyyətinin formalaşmasındakı təkanverici xüsüsiyyətlərini” bir-birimize izah ederdik…

  2. Novarg maraqlidi.Bes bunun Aydin Muellimle ne elaqesi var?bunu dogurdan basha dushe bilmedim.

  3. Aydindir…

    Demek Guler, evvelce psixologiyanin mutleq rasional yox, pozitiv bir elm oldugunu yada salmaliyiq…Mes. sherhi reaksiya olaraq qebul eden dostlarimiz eslinde virtual muhitin muxtelif tip psixologiyalari mushahide etmek uchun chox elverishli bir yer oldugunu bilmeleri ve heyata kechirilen psixoloji eksperimentlerin eslinde subyekt uzerinde kechirildiyini ve bunun ne qeder etik oldugunu muzakire etmeleri ozu-ozluyunde bir nezaret modelini ortaya qoymaqdadir, yani, deyek ki, sherhe reaksiya veren virtual insanlarin nickleri, lap deyek ki, sherhleri ve nicklerinin xarakter tehlilinden ziyade elimizde movcud bashqa bir profilleri varmi…? Tebii ki, yox…Hetta nickler ve sherhelerle cinsiyyeti mueyyen etmeye cehd etsen de, burda risk ve xeta payi hedden artiq yuksekdir… Mes. psixanalitikanin banisi Freyd`e muraciet etmeli olsaq gorerik ki, bir qism psixanalitikler Freyd`in nezeriyyelerinin ele Freyd`in dediyi tecrubeleri heyata kechirerek yanlish oldugunu subut etmishler, sonra bir bashqa qrup psixanalitik chixib – yooox, duz olmadi, Freyd haqli idi – dediler… Bezileri “Freyd öldü” deyerken, bezileri bu nezeriyyelere geri donmush, psixanalizi hech elm saymamishlar…

    Qisasi, ancaq bu qeder izah ede bilerem yuxaridaki yazimla Aydin muellim arasindaki elaqeni, yene basha dushmesen yanindakilardan sorush, o da olmasa…unut getsin… -))

  4. Salam.
    Aydin bey, sizle 80 faiz raziyam. Cesaretinize gore sag olun.
    Kultaz.com-un idarecilerine de tesekkur edirem.

  5. Novarg, canim, men azdan-choxdan oxuyanin biriyem, amma senin ikinci yazindan bir nesne anlaya bilmedim, o ki, qala gozelim Guler ola…
    her halda men intellektual chevreleri nezere alib yazimi yazmisham, problemleri qoy memurlar ve senin kimi Internet qehremanlari hell etsinler…
    Cinssel dushuncelerini bolushmurem – baxmayaraq ki, bu meselede ozumu kifayet qeder liberal hesab edirem…

  6. Novarg unutmaga ustunluk verdim:))))))))))

  7. Aydın salan..

    Şəklin əladır, bundan sonra həmişə bu şəkli ver qəzetlərə. Bir də ölkə başçısı yox prezident yaz. Çünki bu ifadə müxalifət mətbuatında işlənir və İlham Əliyevin legitim prezident olmadığına işarədir.

    Özünə yaxşı bax…

  8. Salam, Aydin Xan.
    Isterdim ki, bu teklifler mesul shexslerin aglina batsin.
    Cox sevinerdim ki, sonuncu 50-lik icine 19+cu esr Skandinaviyasinda en parlaq dramaturq sayilan norvecli Henrik Ibsenin de adii daxil edile.
    Zamaninda boyuk nifret vardi ona, indi ise dillerden dushmur.
    19-cu esr Skandinaviyasinin menzeresini yarada bilen yaradicidir.
    Aydin bey, imkaniniz olsa onunla tanish olun, mence onu tercume etmeyine deyer. cunki problemler cox oxshardir…
    Paxilliqdan el cekmeyi, maraqli yazilarinizi tez+tez sitelere vermeyi urekden isterdik.
    Sevgilerle Abbas Atilay.

  9. “Avesta”nın ana dilimizə tərcüməsi (kiril qrafikası ilə)mövcuddur.

  10. Əvvəl mənə də elə gəlirdi ki,prezidentin fərmanı dünya ədəbi irsindən yeni tərcümələrin edilməsi haqqındadır. Sonra fərmanla tanış olanda bunun belə olmadığını gördüm. Xatırlayırsınızsa sovet dövründə nəşr olunana yerli və dünya ədəbiyyatından seçmələrdən ibarət 150 cildin təkrar nəşr olunaraq kitabxanalara paylanması haqqında qərar verilmişdi. Bulayihə artıq yerinə yetirilib. Amma bu kitabların satışa verilməməsi, insanların öz şəxsi kitabxanalarıüçün bu kitablarıəldəedə bilməməsi bəzi narazaılıqlar yaratdı deyə, indiprezident həmin 150 cildin bir daha nəşr olunması (bu dəfə satış üçün) sərəncam verib. Heç bir yeni tərcümə olmayacaq.
    Qaldı ki Abbasın Henrix İbsenle bağlı dediklərinə, qyd edim ki, onun kitabı da dərc olunan 150 cild arasındadır. Bu kitabışəxsən özüm görmüşəm də. Deməli, təkrar nəşr də bu kitab da olacaq.

    ***
    DÜNYA ƏDƏBİYYATININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNİN ƏSƏRLƏRİNİN AZƏRBAYCAN DİLİNDƏ NƏŞR EDİLMƏSİ HAQQINDA
    AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

    SƏRƏNCAMI

    Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir. Hər iki sərəncam üzrə Azərbaycan və dünya ədəbiyyatı, eləcə də lüğət və ensiklopediyalar silsiləsindən ümumi tirajı 9 milyondan artıq kitab kitabxanalara göndərilərək oxucuların ixtiyarına verilmişdir. Proses indi də davam etməkdədir. Bu nəşrlər sayəsində gənc nəslin latın qrafikası ilə çap olunmuş bədii və elmi ədəbiyyata ehtiyacının ödənilməsi istiqamətində mühüm işlər görülmüşdür. Lakin həmin kitabların satışının nəzərdə tutulmaması və kitab həvəskarlarının öz şəxsi kitabxanalarını latın qrafikasında nəfis şəkildə çap olunmuş ədəbiyyat nümunələri ilə zənginləşdirmək tələbatı onların ayrıca olaraq nəşri zərurətini meydana çıxarmışdır.
    Müasir Azərbaycan oxucularının dünya ədəbiyyatına olan mənəvi tələbatını təmin etmək məqsədi ilə qərara alıram:
    1. Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” nəfis tərtibatla nəşr edilsin.
    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin tövsiyələrini nəzərə almaqla bu Sərəncamın 1-ci bəndində qeyd olunan “Dünya ədəbiyyatı kitabxanası”nın nəşri ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
    3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    İlham Əliyev

  11. Pahooo, veziyyet deyishdi… bu ki, esl biabirchiliqdi…hetta bir qeder de ciddi olsam – biyavir olmushux, xavarimiz yox… -))

    Bize eslinde guclu bir kulturoloq lazimdi, butun kulturoloji proseslerden xeberi olsun…sonra bizi de melumatlandirsin…

  12. Sərəncamın 2-ci bəndində aidiyyatı qurumlara təkliflər vermələri tövsiyyə olunur…Ümid eləmək olarmı ki, Aydın Xanın fikirləri ilə bu qurumlarda çalışanların təklifləri üst-üstə düşəcək. Yaxşı yazıdı Aydın. Sağ ol!!! Ancaq bu terminlərlə, qəliz ifadələrlə “avtoşluq” eləməyi tərgit. Bir az sadə yazsan daha yaxşı olar!!!

  13. scorpion, seviyyəli düşüncə – intellektual söz daşı, qayanı cartladar, məmurların betonlamış beyinlərini partlatmaq üçün hələ çox deyinməliyik biz intellektuallar…
    O ki, qaldı sade yazmağa, bu məsələdə, incimə, səninlə razı deyiləm!
    Mən evdar anam, nənəm üçün deyil, səninkimilərinə intellektimi ünvanlayıram: hələ uzun-uzadı sənin başını ağrıdıb, aşağidakı problematik məsələləri izah etməyə ehtiyac görmürəm:

    - qələm adamının hər yazısı həm də onun işlətdiyi dilin inkişafına, zənginləşməsinə, pöhrələnməsinə köklənməlidir;

    - Azərbaycan türkcəsində dilin genişlənməsi üçün böyük potensiallar var – məsələnç bizim dilimizin ədəbi-bədii üslubunun fəlsəfi, elmi, texniki, ictimai-siyasi, kulturoloji, nəsr, rəsmi-kargüzarlıq və digər qatları hələ də lazıminca səviyyəli inkişafını tapmayıb;

    - azəricəmizin xarici dillərdən alınma neologizmlər və terminlərdən – anlayışlar, elmi sözlər, söyüşlər, texnika adları, xüsusi ismlər və s. və i. a. – yararlanmaq baximdan durumu şox qəlizdir…

    Belə, İnternetdəki zaman – kontur darlığı imkan vermədi ki, daha geniş fikirlərimi sənə tuşlayım…

    P.S. Nə əcəb bu dəfə məni sancmadın?!

    Sevgilərlə, Aydın Xan

  14. Aydın, qadası, mənim terminlərin işlədilməsi ilə bağlı heç bir etirazım yoxdur. Sadəcə mən yazmışam ki, bu terminlərlə, qəliz ifadələrlə “avtoşluq” eləməyi tərgit.Yəni belə terminlərlə yüklənmiş uzun uzadı cümlələr məncə yazının dilini ağırlaşdırır.
    P.S. Səni niyə sancmalıyam qardaş? Sən xoş məramlı bir yazı yazmısan. Bir də ki, sənnən bir ton çörək kəsmişik ayıb deyil?

  15. yazini oxumadim amma
    tebrik edirem yaxsi yazmisan:))))

  16. Aydın bəy,intellektinə heyfin gəlsin. Gör kimlərlə hansı məsələlər barədə mübahisə edirsən…
    Mən bir şeyə də məəttələm ki, Zahir Əzəmət kimi bir təfəkkür sahibinin ətrafına (????)kimilərinin toplaşmasına səbəb nədir (Ceyhundan, Elnurdan, Aqşindən və istedadına hörmət etdiyim başqa dostlardan üzr istəyirəm, əlbəttə, onlar istisnadır)

    P.S. Bu da üzgörənlik deyil.

  17. Yoxdur ey, sizdən kainatda yoxdur…

    A kişilər, niyə məsələni qəlizləşdirirsiz ki…? Bu hadisə vaqe olub kultaz`da o zaman ki, artıq sərəncam verilibdir, kitab tərcüməsi filan olmayacaq… Həmin o 150 kitab var haaaaaaaaa, onları artıq tərcümə ediblər ey, ediblər… Söhbət təkrar nəşrdən gedir ki, ondan ötrü də o boyda yazı yazmagına dəyməzdi…

    Indi gələk sənə, şair:
    Rəhmətlik Uzeyir bəy haqqınızda söhbət gedəndə,

    “Dərdimi dağa desəm, dağ əriyər,
    Şam yanar, şölə çəkər, piltə yanar, yağ əriyər”

    deyib…

    Səyin oldu, ey şair, lap hədər
    O cür şeirlərin səbətə gedər.
    Şeir yazmaq da çox hünər istər.
    Səndə də yoxdur bir belə hünər.
    Sən get bu dərsi elə əzbər və de:
    Əlif, bey, püş, dü zəbər, dü-zir!

    Yoxsa qafiyəbazlığa qalsa, aşıq Pəri xala da şairdir ki, deyibdir:

    Ay doğdu qəlbilləndi,
    Doğduqca qəlbilləndi.
    Gedib canana deyin
    Bu qəlb o qəlbiləndi.

  18. Intellekt tuluqu – Novarg, serencamin bu hisseleri seninkimi her sheye barmaq soxmaqi xoshlayanlara nese deyir, ya yox???

    1. Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” nəfis tərtibatla nəşr edilsin.
    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin tövsiyələrini nəzərə almaqla bu Sərəncamın 1-ci bəndində qeyd olunan “Dünya ədəbiyyatı kitabxanası”nın nəşri ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

    P.S. Mehz sizinkimilerin dayaz sohbetlerindendir ki, bele gozel fermanlar bir sira memurlarin shexsi bizneslerini qurmaqa xidmet edir, neinki kitab medeniyyetinin inkishafina…

    Novarg, mende olan melumatlara gore sen ozunde hansisa memurun qoltuquna siqinmish shirketlerin biri ile baqli kessen: belke sizlerin inhisarina zerbe vuran yazilari xoshlamirsiniz, HA!!!

  19. Oho, reaksiyanin gozelliyi ayri sheydi, amma mence ucuz soz birleshmelerinden istifade etmeyek, zira mende onlarin lugeti var, yanarsiz…

    Evvela, Menimki “hersheyebarmaqsoxmaq” deyil; ictimai muzakireye achiq bir yazi qoymusuz, Allah imanini kamil etmish bu kishi, Zahir bey de imkan verib ki, oxuyanlar dushuncelerini yazsinlar… Men de bezilerinize basha dushulmesi ne qeder chetin de olsa, qeyd eledim ki, a muellif, kitabxana-zad yoxdur ey olkede, hansi “kulturoloji proqramın Azərbaycan humanitar-intellektual düşüncəsinin, mədəniyyətinin, milli söz sənətinin, çağdaş kitab-poliqrafiya sahəsinin, bədii-poetik, filoloji-elmi tərcümə işinin inkişafındakı irəliaparıcı rolunu, eləcə də yeni mütaliə mədəniyyətinin formalaşmasındakı təkanverici xüsüsiyyətlərin”den danishirsiz…???

    Ikinci terefden, elbette, baxaq serencama:

    1. Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” nəfis tərtibatla nəşr edilsin.
    MENIM SHERHIM – Xosh, gozel, pakize, xub… burda demir ki, kimise tercume edin…??? Burda demir ki, tercume kimlerden olmalidir…??? Neshr edin, deyir, neshr…

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin tövsiyələrini nəzərə almaqla bu Sərəncamın 1-ci bəndində qeyd olunan “Dünya ədəbiyyatı kitabxanası”nın nəşri ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
    MENIM SHERHIM – Burda tapshirir ki, teklif verin, neteri chap edek, A4 kagizindami, yoxsa Fransa`dan kagiz zakazmi edek, ya verek “Azerneshr” chap elesin, yoxsa disketde yazaq gonderek Dubay`da hansisa “Al arabi humayunu poligraf” shirketinemi…? Aydindir…???

    P.S. Ferman yox, serencam… ve sozsuz ki, chox deyerli serencamdir… buna hech kim shubhe etmir, amma bu serencam 150 KITABIN TEKRAR NESHRI ILE BAGLIDIR, SIZIN YAZDIGINIZ KIMI, TERCUME ILE DEYIL!!! Memur meselesinde haqlisiz, teessuf ki, bugun memurlar kitab biznesinden de xeyli pul qazanirlar…

    Aydin muellim,
    Menim hansisa memurun qoltuguna siginmish shirketlerin birinde ishlemeyimle bu yuxarida yazdiqlarim arasinda ters mutenasib veziyyet varsa, xahish edirem, achiqlayasiz, men ya ishden chixim, ya da yazmayim…

  20. Novarg, qaqa, teki senin dediyin olsun…

  21. Aydın beyi niyə incidirsən, canim Saşa? :) )
    O, genc ruhlu deyerli xarakterdir, son yazisindakı fikirləri də gözəldir (ciddiyəm)

  22. Abbas-can, eksine, o meni heveslendiri ve bu sayt uchun daha problematik bir yazi hazirladim: eger Zahir o material;n qabirqalarini sindirmasa, yaman polemika kuleyinin esmesine sebeb olacaq…

Şərh yazın